Məzhəblər ləğv olacaq

Hz. Mehdi dövründə din Peyğəmbərimiz dövründəki kimi yaşanacaq

Hz. Mehdi dövründə din Peyğəmbərimiz dövründəki kimi yaşanacaq

Hz. Peyğəmbər ilk öncə İslama necə dəstək oldusa, hz. Mehdi də ən sonda eyni şəkildə İslamı yaşadacaq. (El-Kavlul Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, səh. 27)

ONUN DÖVRÜNDƏ MƏZHƏBLƏR LƏĞV OLACAQ

… Dini Peyğəmbərin zamanında olduğu kimi eynilə tətbiq edəcək. Yer üzündə məzhəbləri ləğv edəcəkdir. Xalis, həqiqi dindən başqa heç bir məzhəb qalmayacaq. (Bərzənci, “Qiyamət əlamətləri”, səh. 186)

MUHYİDDİN ƏRƏBİ “FÜTÜHAT-ÜL MEKKİYE” ADLI ƏSƏRİNDƏ BU MÖVZUDA BELƏ MƏLUMAT VERMİŞDİR:

… HZ. MEHDİ DİNİ PEYĞƏMBƏRİN ZAMANINDA OLDUĞU KİMİ EYNİLƏ TƏTBİQ EDƏCƏK. YER ÜZÜNDƏ MƏZHƏBLƏRİ LƏĞV EDƏCƏK. XALİS HƏQİQİ DİNDƏN BAŞQA HEÇ BİR MƏZHƏB QALMAYACAQ. (Bərzənci, “Qiyamət əlamətləri”, səh. 187)

HÜSEYN HELMİ İŞIQ İSƏ “SƏADƏTİ ƏBƏDİYƏ” ADLI ƏSƏRİNDƏ HZ. MEHDİNİN BU XÜSUSİYYƏTİNİ BELƏ XƏBƏR VERMİŞDİR:

HƏZRƏTİ MEHDİ, AXIRZAMANDA DÜNYAYA GƏLƏCƏKDİR. Rəsullulahın soyundan olacaq. Hz. İsa ilə görüşəcək, MƏZHƏBLƏRİ LƏĞV EDƏCƏKDİR. (Hüseyin Hilmi Işık, Saadet-i Ebediye, səh. 35)

RƏSULULLAHIN YOLUNA TAM UYACAQDIR

Rəsulullahın hər etdiyini o da (hz. Mehdi) edəcək: RƏSULULLAH CAHİLİYYƏ TƏMƏLLƏRİNİ YIXDIĞI KİMİ O DA (HZ. MEHDİ DƏ) ƏVVƏLKİ TƏMƏLLƏRİ YIXACAQ. O (HZ. MEHDİ), İslamı yenidən başlayacaqdır. (Mikyalul Mekarim, 1-ci cild, səh. 57)

BÜTÜN BİDƏTLƏRİ ORTADAN QALDIRACAQ

İmam Sadiqdən: ”Mehdi Allahın Peyğəmbərinin etdiyi şeyi edəcək, yəni Peyğəmbərin bütpərəstliyi yox etməsi kimi o da eyni şəkildə mövcud bidətləri yox edəcək və sonra İslamı yenidən quracaq”. (Biharul Ənvar, 52-ci cild, səh. 352)

Hz. Mehdi heç bir bidəti saxlamayacaq. (El-Kavlul Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, səh. 43)

Hz. Mehdinin ləğv etmədiyi bidət qalmayacaq. Axırzamanda eyni Peyğəmbər kimi dinin zərurətlərini yerinə yetirəcək”. (Bərzənci, “Qiyamət əlamətləri”, səh. 163)

(Bidət: Dində əslində olmadığı halda, dinə daxil edilən batil adətlərdir.)

İNSANLARIN HAQQI İLƏ İBADƏT ETMƏSİNƏ VƏSİLƏ OLAR

İmam Sadiqdən İmam Zeynəl-Abidinin belə buyurduğu nəql edilmişdir: ”ƏGƏR İMAM MEHDİ OLMASA ALLAHA (HAQQI İLƏ) İBADƏT EDİLMƏZ”. (Yenabiul-Mevedde, 2-ci cild, səh. 217)