İslam və xurafat bir-birindən tamamilə fərqli, hətta bir-birinə tamamilə zidd iki müxtəlif dindir. Lakin kifayət qədər məlumatı olmayan insanlar çox vaxt xurafatı İslama bərabər hesab edilirlər.
Bu gün müsəlman aləminin böyük hissəsində yaşanılan dinin adı İslam olsa da, əslində, Quran və Peyğəmbərimizin (s) dediklərindən uzaq, uydurmalara əsaslanan xurafat dinidir.
Xurafat və əsl İslam, yəni Quran müsəlmanlığı arasındakı fərqi əsas yönləri ilə nəzərdən keçirək.
İslam dininin yeganə həqiqi və etibarlı mənbəyi Allahın Kitabı Qurandır. Peyğəmbərimiz (s) Quranı tətbiq etmiş, insanlara çatdırmış, Qurana əməl edilməsini əmr etmiş və sünnənin Quran olduğunu bildirmişdir. Xurafat dininin isə minlərlə fərqli mənbəyi var. Bu etibarsız mənbələr bunlardır:
- Peyğəmbərimizə böhtan ataraq ona aid olduğu deyilən yüz minlərlə uydurma hədis…
- İslam alimi kimi tanıdılan insanların din adından ortaya atdıqları uydurma qayda və qadağalar, səhv Quran təfsirləri…
- Xurafatlara, batil adət və ənənələrə əsaslanan səhv inanc, hökm və tətbiqlər…
Halbuki Allah insanların din məsələsində yalnız Qurandan məsul olduqlarını açıq şəkildə bildirmişdir:
Doğrusu, bu (Quran) sənin üçün və sənin xalqın üçün bir şərəfdir. Siz (ondan) sorğu-suala tutulacaqsınız. (Zuxruf surəsi, 44)
Xurafatçılar Quranın (haşa) başa düşülməyən, üstüörtülü və əskik olduğunu, onu başa düşmək üçün yuxarıda bəhs etdiyimiz saysız-hesabsız mənbəyə ehtiyac olduğunu müdafiə edirlər. Halbuki Quranın açıq-aydın və yetərli olduğunu söyləyən Allahdır. Allah bir çox ayədə Quranın çox aydın və qüsursuz olduğunu, başqa heç bir mənbəyə ehtiyac olmadığını xəbər verir. Bu ayələrdən bəziləri bunlardır:
Məgər (müşriklər) oxunmaqda olan Kitabı sənə nazil etməyimiz onlara kifayət etmədimi? … (Ənkəbut surəsi, 51)
Allah sizə Kitabı (Quranı) müfəssəl surətdə nazil etdiyi halda, mən Ondan başqasınımı özümə hakim istəməliyəm?! … (Ənam surəsi, 114)
… Biz Kitabda heç bir şeyi nəzərdən qaçırmadıq. Sonra onlar Rəbbinin hüzuruna cəm ediləcəkdir. (Ənam surəsi, 38)
Firqələr öz aralarında ixtilafa düşdülər. Ağrılı-acılı bir günün əzabından vay zalımların halına! (Zuxruf surəsi, 65)
Dinlərini parçalayıb firqə-firqə olanlarla sənin heç bir əlaqən yoxdur. Onların işi Allaha aiddir. Sonra Allah onlara etdikləri əməllər barədə xəbər verəcəkdir. (Ənam surəsi, 159)
Sonra firqələrin arasında ziddiyyət düşdü. Böyük günü görəcək kafirlərin vay halına! (Məryəm surəsi, 37)
Lakin ümmətlər öz dinini aralarında parçalayıb firqələrə bölündülər. Hər firqə özündə olana sevinir. (Muminun surəsi, 53)
O kəslərdən ki, öz dinini bölüb firqələrə ayrıldılar. Hər firqə öz təriqətini üstün bilib sevinir. (Rum surəsi, 32)
Hamınız Allahın ipindən möhkəm yapışın və parçalanmayın! Allahın sizə olan nemətini xatırlayın ki, siz bir-birinizə düşmən idiniz, O, sizin qəlblərinizi birləşdirdi və Onun neməti sayəsində bir-birinizlə qardaş oldunuz. Siz odlu bir uçurumun lap kənarında idiniz. O, sizi ondan xilas etdi. Allah Öz ayələrini sizə beləcə bəyan edir ki, bəlkə doğru yola gələsiniz. (Ali İmran surəsi, 103)
Allah Nuha tövsiyə etdiyini, sənə vəhy etdiyimizi, İbrahimə, Musaya və İsaya tövsiyə etdiyimizi sizin üçün də dində qanun etdi: “Dinə doğru-düzgün etiqad edin və onda bölünüb firqə-firqə olmayın!” Sənin dəvət etdiyin tövhid müşriklərə ağır gəldi. Allah istədiyi kəsi Özü üçün seçər və Ona üz tutanı Özünə tərəf yönəldər. (Şura surəsi, 13)
Kitab verilənlər onlara yalnız aydın bir dəlil gəldikdən sonra firqələrə bölündülər. (Bəyyinə surəsi, 4)

