Merkuri planetində gecə ilə gündüz arasında 1000 °C fərq olduğunu bilirdinizmi?!

Günəş sisteminin qüsursuz nizamı

Kainatdakı həssas tarazlıq və nizamı ən aydın müşahidə etdiyimiz sahələrdən biri də planetimizin yerləşdiyi Günəş sistemidir. Günəş sistemindəki böyük-kiçik bütün planetlərin bənzərsiz nizamı, sistemin 4 milyard ildən artıq sabit quruluşda olmasını təmin etmişdir.

Günəş sistemində 9 ayrı planet və bu planetlərə aid 54 peyk var. Bu planetlər Günəşlə aralarındakı məsafəyə görə Merkuri, Venera, Yer, Mars, Yupiter, Saturn, Uran və Neptun şəklində sıralanır. Bu planetlərin və 54 peykin arasında həyata uyğun səthi və atmosferi olan yeganə göy cismi Yer kürəsidir.

Planetləri kosmik fəzaya sovrulmaqdan qoruyan təsir, Günəşin güclü cazibə qüvvəsi ilə planetlərin mərkəzdənqaçma qüvvəsi arasındakı tarazlıqdır. Günəş güclü cazibə qüvvəsinə görə bütün planetləri cəzb edir, planetlər isə fırlanmaları nəticəsində əmələ gələn mərkəzdənqaçma qüvvələri ilə bu cazibədən xilas olurlar. Əgər planetlərin fırlanma sürəti bir qədər daha yavaş olsaydı, o zaman planetlər sürətlə Günəşə cəzb olunar və sonunda Günəş tərəfindən böyük partlayışla udulardılar.

Bunun əksi də mümkündür. Əgər planetlər daha sürətlə fırlansaydılar, Günəşin cazibə qüvvəsi onları saxlaya bilməyəcək və planetlər kosmik fəzaya sovrulacaqdılar. Lakin çox həssas olan bu tarazlıq qurulmuşdur və sistem bu tarazlığı qoruduğu üçün davam edir.

blank