Həqiqi mərhəmətin qaynağı Allah sevgisidir. İnsanın Allaha olan sevgisi, Onun yaratdığı varlıqlara qarşı qəlbində bir sevgi hiss etməsinə səbəb olur. Allahı sevən insan, Onun yaratdıqlarına qarşı birbaşa məhəbbət, şəfqət və mərhəmət hiss edər. Özünü və bütün insanları yaradan Rəbbimizə qarşı hiss etdiyi bu güclü sevgi və bağlılıq səbəbindən, Quranda əmr edildiyi istiqamətdə insanlara qarşı gözəl əxlaqlı davranar. Allahın özünə, mərhəmət mövzusunda əmr etdiklərini yerinə yetirər. Bir insanın Quranın bu əmrlərini tamamilə yerinə yetirməsiylə həqiqi mərhəmət ortaya çıxar. Çünki həqiqi mərhəmətin nə mənaya gəldiyini və mərhəmətli bir insanın nələr etməli olduğunu ən doğru şəkildə təsvir edən qaynaq Qurandır. Quranda insanları həqiqi mərhəmətə yönəldən, bu mövzuda təşviq edən bir çox ayə vardır.
Ancaq Allaha duyulan sevgiylə, mərhəmət duyğusu arasında çox böyük bir fərq vardır. Bu fərq Allaha qarşı hiss edilən duyğunun yalnız saf sevgidən meydana gəlməsindən meydana gəlir. Mərhəmətdə, sevgiylə birlikdə qarşıdakının acizliyindən ötrü duyulan bir acıma hissi vardır. Allaha duyulan sevginin içində isə mərhəmət yoxdur. Çünki Allah bütün nöqsanlardan, acizliklərdən və qüsurlardan uzaqdır. İnsanın özünü və hər şeyi yaradan Allaha qarşı hiss etdiyi duyğu, ancaq ürəkdə coşğu, həyəcan, heyranlıq meydana gətirən güclü bir “eşq” hissidir. Bu səbəblə, saf sevgi yalnız Allaha duyular. Mərhəmət isə Allahın yaratdığı və hər biri “yaradılmış” olmaları səbəbiylə əslində aciz və gücsüz olan varlıqlara qarşı hiss edilər.
Quranda, həqiqi mərhəmətin necə olmalı olduğu, mərhəmətli bir insanın xüsusiyyətləri, mərhəmət hissinin bir insanın əxlaqında nə kimi fərqlər meydana gətirdiyi, mərhəmətli insanların ətraflarında yaratdığı təsir, müxtəlif nümunələrlə izah edilmişdir. Allah ayələrində, mərhəməti və şəfqətin əskikliyindən qaynaqlanan zalımlığı çox təfərrüatlı olaraq təsvir etmişdir. Bunun nəticəsində yaxşılar və pislər, zalımlar və şəfqətlilər bir-birlərindən açıq şəkildə görülən fərqlərlə ayırd edilmişlər.
Möminlər quruluş olaraq Quran əxlaqından zövq alacaq və ancaq bu əxlaqı yaşadıqlarında hüzur duyacaq şəkildə yaradılmışlar. Bu səbəblə, Quranda bildirilən mərhəmət anlayışını yaşamaqda heç bir çətinlik hiss etməz, əksinə bunu imanlarından qaynaqlanan təbii bir əxlaq olaraq yaşayarlar.
Allah, “Onların bəzi təbəqələrinə verdiyimiz fani dünya malına gözünü dikmə, onlara görə kədərlənmə, möminlər üçün də (şəfqət) qanadlarını gər” (Hicr surəsi, 88) ayəsiylə möminləri mərhəməti yaşamağa dəvət etmişdir.

