“Mənim qəlbim təmizdir” yalanı

Allah insanlara dünya həyatının qısa və keçici imtahan yeri olduğunu bildirmiş, bu müddət

Allah insanlara dünya həyatının qısa və keçici imtahan yeri olduğunu bildirmiş, bu müddət ərzində Onun əmr və tövsiyələrini əməl etməyi xəbər vermişdir. Hər insan Allahın Quranda əmr etdiyi ibadətləri yerinə yetirməklə məsuldur. Ancaq bəzi insanlar Allahın buyurduğu ibadətləri tətbiq etməmək üçün bir çox bəhanə uydururlar. Ən çox istifadə etdikləri bəhanə isə qəlbinin təmiz olması və buna görə də, başqa bir şey etməyin lazım olmamasıdır.

Halbuki qəlb təmizliyinin yeganə ölçüsü Qurandır. İnsan ancaq Qurandakı əmrlərə əməl etdiyi zaman təmiz qəlbli sayıla bilər. İnsanın fərdi dəyər və mühakimələri əsasında özünü təmiz qəlbli elan etməsinin heç bir əhəmiyyəti yoxdur.

Quran əxlaqına görə qəlb təmizliyi və səmimiyyətin əhəmiyyətli göstəricisi isə Allahın əmr və tövsiyələrini yerinə yetirməkdir. Əgər insan Quranda bildirilən əxlaqı tam olaraq tətbiq etmirsə, deməli Allahdan lazımi qədər qorxub-çəkinmir. Lazımi qədər Allahdan qorxub-çəkinməyən və “qəlbim təmizdir” – deyərək dindən və Qurandan uzaq olanlar axirətdə çox peşman olacaqlar. Çünki cənnətə ancaq Allahın Quranda bildirdiyi təmiz qəlbli və səmimi qulları girəcək ki, onlar da Allahın əmr və tövsiyələrini əskiksiz yerinə yetirən, Allah sevgisini və Allah qorxusunu dərin şəkildə qəlbində hiss edən və həyatının hər anında Ona yönələn ixlaslı möminlərdir.

Möminlər ancaq o kəslərdir ki, Allah anıldığı zaman onların qəlbi qorxuya düşər, Onun ayələri onlara oxunduqda imanları artar, yalnız öz Rəbbinə təvəkkül edər, namaz qılar və Bizim onlara verdiyimiz ruzidən (Allah yolunda) xərcləyərlər. Onlar həqiqi möminlərdir. Onlar üçün Rəbbi yanında dərəcələr, bağışlanma və bolluca ruzi vardır. (Ənfal surəsi, 2-4)

Kafir olanlar deyirlər: “Niyə ona Rəbbindən bir möcüzə endirilməyib?” De: “Şübhəsiz ki, Allah istədiyini sapdırır. (Tövbə edib Ona) üz tutan kimsəni isə doğru yola yönəldir”. Bunlar, iman gətirənlər və qəlbləri Allahı zikr etməklə rahatlıq tapanlardır. Bilin ki, qəlblər ancaq Allahı zikr etməklə rahatlıq tapır. İman gətirib saleh əməllər edənlər üçün xoş güzəran və gözəl qayıdış yeri hazırlanmışdır. (Rəd surəsi, 27-29)