Dünya bütün insanlar üçün bir imtahan yeridir. Allah: “O, hansınız daha yaxşı əməl edəcək deyə sizi sınamaq üçün ölümü və həyatı yaratdı. …” (Mülk surəsi, 2) ayəsi ilə bu həqiqəti bütün insanlara bildirmişdir. Bu imtahanın tələbi olaraq insanlar etdikləri hər bir davranışdan, yerinə yetirdikləri və ya yerinə yetirməyib təxirə saldıqları bütün ibadətlərdən məsuldurlar. Belə bir halda təkcə qəlb təmizliyi ölçü ola bilməz. Şübhəsiz ki, insanın qəlbinin təmiz olması, yaxşı niyyətli və dürüst bir şəxsiyyətə sahib olması Allah qatında dəyərlidir. Lakin bu qəlb təmizliyinin və səmimiyyətin ən mühüm göstəricisi insanın Allahın əmrlərini həssaslıqla yerinə yetirməsi ilə ortaya çıxar. Əks halda, Quranda bildirilən ibadətləri yerinə yetirməyən, Allahdan qorxub çəkinməyən, ölçüsü Quran və Allahın razılığı olmayan bir insan nə qədər yaxşı niyyətli olduğunu iddia etsə də, bu düşüncəsinin ona axirətdə heç bir faydası olmayacaqdır.
Bundan başqa, “qəlb təmizliyi”nin yeganə ölçüsü Qurandır. Yəni insan yalnız Qurana görə səmimi niyyətli və ixlaslı bir insandırsa, “qəlbim təmizdir” deyə bilər. Əks halda, insanın öz dəyər mühakimələrinə və cahiliyyə meyarlarına əsaslanaraq qəlb təmizliyi iddiasında olmasının heç bir mənası yoxdur. statusdadır?

