Mənfi düşüncələrə təslim olmayın

Bəzən insan heç bir səy göstərməsə də hər hansı yaxşı nəticələr əldə edəcəyini düşünür

Bəzən insan heç bir səy göstərməsə də hər hansı yaxşı nəticələr əldə edəcəyini düşünür. Halbuki, bu tamamilə səhv fikirdir. Heç bir gözəl nəticə səy göstərmədən öz-özünə ortaya çıxmaz. Bu Allahın insanlar üçün yaratdığı imtahanın qanunudur.

İnsan nəfsində yaxşılıqlar və pisliklər bir yerdədir. Bu da Allahın insanlar üçün yaratdığı imtahanın bir başqa xüsusiyyətidir. İnsan həyatının son saniyəsinə qədər nəfsindəki pisliklərə qarşı mübarizə aparmalıdır. Nəfsini özbaşına buraxdığı halda gözəlliklər heç vaxt pisliklərə öz-özünə qalib gələ bilməz. Ağlını, iradəsini, vicdanını həmişə daha gözəl əxlaqa sahib olmaq üçün istifadə etməlidir.

İnsanın bu mübarizəsində əldə etməli olduğu bir xüsusiyyətdə “müsbət düşünməkdir”. Yaxşılıqları və pislikləri özündə cəmləşdirən “nəfsin insanları mənfi düşünməyə təşviq etmə xüsusiyyəti” də var. Və əlbəttə ki, nəfs müxtəlif yollarla əsil üzünü gizlədər.

İnsan belə bir vəziyyətdə Quran əxlaqına görə davranmağa çalışmalıdır. Allah Quranda müsəlmanlara “təvəkkül etməyi, hər hadisəni xeyirə yozmağı, Allahın taledə hər şeyi xeyirlə yaratdığını düşünməyi, hər nə olursa olsun hər mövzuda Allahdan ümidini kəsməməyi” bildirmişdir. Mömin Quranı əsas alaraq davrandığı üçün şeytan və ya nəfs əksini istəsə də, hər nə qədər istədiyi davranışı düzgün göstərmək üçün bəzəsə də mömin müsbət düşünməkdən uzaqlaşmaz.

Eyni zamanda insan istərsə “müsbət düşünmək” ilə “mənfi düşünməyin” insanın nəyi qazanmağına və nəyi itirməyinə səbəb olacağını sürətli və asan bir şəkildə müqayisə edib, qavraya bilər.

Müsbət düşünmək Allahın bəyəndiyi əxlaqın, səmimi imanın, Allaha qarşı olan inamın və təslimiyyətin gərəyidir. Bu əxlaqı yaşayan adamın vicdanı rahatdır. Çünki, Qurana uyğun bir əxlaq yaşayır. Yaşadığı hadisəyə, ətrafındakı insanlara Allahın istədiyi və bəyəndiyi formada baxır. Hər hadisəni xeyirə yozan, hər şeyin gözəl tərəfini görən bir yanaşması var. Yaşadığı hadisələrdəki mənfilikləri görüb, bunlara kədərlənib, sıxılıb, pessimizmə qapılmaq yerinə, çox kiçik gözəlliyi belə görən, bu nemət üçün Allaha şükür edən və bunun sevincini yaşayan bir əxlaq yaşayır.