Münafiq mənfəət arxasınca gedər. Əvvəlcə mal-mülk, pul qazanmağı hədəfləyər, bu yolları qoruyar. Maneə törədəcək hər şeydən qaçar. Müsəlmanların yanında düşünər, “bu mühit mənə zərər verər” deyər. “Mən buradan qaçım” deyər. Bir mağara, bir ev olsun, torpağın altında hər hansı bir yer, mütləq qaçmaq istəyir, elə orada da gələcəyini planlayır.
Münafiq malları olsun, uşaqları olsun, zənginləşsin istəyir. Allah onların malına, mülkünə qibtə etmə, canları əzab içində çıxsın deyə bunlar verilir deyir. Münafiq anasını miras üçün sevər, atasını miras üçün sevər, babasını miras üçün sevər, qardaşını mal-mülk üçün sevər. Atasına baxar, mal çıxmayacaqsa onu qocalar evinə göndərmək üçün bir yol tapar, Qurandan dəlil axtarar.
“De: “Mən bunun qarşılığında”“, yəni İslamı, Quranı yayma xidmətim qarşılığında, “Rəbbinə doğru bir yol tutmağı istəyən (insanlar olmağınızdan) başqa sizdən zəhmət haqqı istəmirəm”. Peyğəmbərimiz (s.ə.v): “Təkcə hidayətə gəlin. İslama, Qurana xidmət edin, başqa şey istəmirəm” deyir. Axırzaman müşrikləri necədir? Ağlasığmaz iyrənclik, ağlasığmaz rüsvayçılıq edirlər, dindən ticarət etmək ardınca gedirlər, mənfəət ardınca gedirlər.

