“Mən müsəlmanam” demək iman etmək üçün kifayətdirmi?

İnsanın yalnız dili ilə müsəlman olduğunu deməsi təkbaşına kifayət deyil. Çünki iman etmək, dillə təsdiq etməklə yanaşı, Allahın əmr etdiyi din əxlaqını əməli olaraq yaşamaq və yaşatmaqla mümkündür. Allah Quranda iman edən insanları aşağıdakı xüsusiyyətlərlə təsvir etmişdir:

Din əxlaqının yaşanması üçün səy göstərən, lazım gəldikdə dinin mənafeyi naminə öz şəxsi mənfəətlərindən fədakarlıq edən, nəfsinin eqoist ehtiraslarına qalib gələn, başqalarının səhvlərini bağışlaya bilən, qəzəbini cilovlayıb təmkinli davranan, özü ehtiyac içində olsa belə başqaları üçün fədakarlıq edən, malını Allah yolunda xərcləyən, səbir edən, din əxlaqının yayılması üçün gecə-gündüz İslamı təbliğ edən, Allahı çox zikr edən, ibadətlərini dəqiqliklə yerinə yetirən, hər hansı bir haqsızlıqla qarşılaşdıqda təmkinini itirməyən, ədalətli olan və buna bənzər daha bir çox mövzuda səy göstərən insanlar…

Diqqət edilərsə, sadalanan bu əməllərin heç biri yalnız sözlə yerinə yetirilə biləcək məsələlər deyil. Yəni insanın əməli bir səy göstərmədən “mən səy göstərirəm” deməsinin heç bir mənası yoxdur. Yaxud malını Allah yolunda xərcləmədən “ehtiyac olduqda malımı verərəm” deməsi də kifayət deyil. Buna görə də “mən müsəlmanam” demək bəlkə də iman etməyin ilk mərhələsidir. Lakin həqiqi iman yalnız Allahın hökmlərini tam şəkildə yaşamaqla mümkün olar. Quranda bu mövzu belə açıqlanmışdır:

Allaha dəvət edən, saleh əməl işləyən və: “Mən müsəlmanlardanam!” – deyən kimsədən daha gözəl sözlü kim ola bilər?! (Fussilət surəsi, 33) açıqlanır?