alınarkən mələyi görərmi?
Ölüm bir növ ölçü və ya aləm dəyişikliyidir. Ölən insanın ruhu ilə dünya həyatındakı bədəni arasındakı əlaqə kəsilər. İnsan ölüm anından etibarən ölüm mələklərini görə biləcəyi bir aləmə keçər. Bu keçid eyni zamanda onun sonsuz həyatının başlanğıcıdır. Məhz bu fərqli aləmə keçidlə birlikdə insanlar canlarını almağa gələn mələkləri görərlər, hətta həmin mələklər onlarla danışarlar. Lakin hər kəsin canı eyni şəkildə alınmaz. Möminlərin canını almağa gələn mələklərlə kafirlərin canını almağa gələn mələklərin davranışları və söylədikləri sözlər tamamilə fərqli olar.
Möminlərin canını almağa gələn mələklər onlara “Salam” deyərək canlarını gözəl şəkildə alarlar. Həmin vaxt onları gedəcəkləri cənnətlə müjdələyərlər. (Nəhl surəsi, 32)
İnkar edənlərin canını almağa gələn mələklər isə gözləmədikləri bir anda onların üzlərinə və kürəklərinə vurmağa başlayarlar. (Məhəmməd surəsi, 27) Canlarını dərin bir əzabla alarlar və bu zaman onların ayaqları bir- birinə dolaşar. (Qiyamət surəsi, 29) Mələklər əllərini onlara uzadarkən, sonsuza qədər davam edəcək alçaldıcı və yandırıcı bir əzabla qarşılaşacaqlarını müjdələyərlər. (Ənam surəsi, 93)

