Mələklər necə varlıqlardır?

Mələklərin vəzifələri və xüsusiyyətləri

Mələklər Allaha qulluqda qətiyyən səhv etməyən və insanlardan ayrı bir aləmdə yaşayan varlıqlardır. Mələklər insanlar kimi imtahan olmaq üçün yaradılmamışlar. Allah onları səhv etməyən varlıqlar olaraq yaratmışdır. Allah hər birini ayrı vəzifələrlə vəzifələndirmişdir və bu vəzifələrini nöqsansız olaraq yerinə yetirirlər. Cəbrayıl, Allahın vəhyini elçilərinə çatdırmaqla vəzifəli olan mələkdir. Hər insanın iki yanında onun hər etdiyini yazan yazıçı mələklər vardır. Ölüm anı gəldiyində insanın canını almaqla vəzifəli mələklər vardır. Zəbanilər isə cəhənnəm əhlinə ən şiddətli əzabı yaşamalarından məsul olan mələklərdir.

Allah mələklərin qulluğunu belə bildirir:

… Allaha yaxın olan mələklər, Allaha qul olmaqdan əsla özlərinə ar bilməzlər… (Nisa surəsi, 172)

Allah Özündən başqa ibadətə layiq olan məbudun olmadığına şahidlik etdi, mələklər və elm sahibləri də şahidlik etdilər. Allah əbədi olaraq ədalətlidir. Ondan başqa ibadətə layiq olan məbud yoxdur, Qüdrətlidir, Müdrikdir. (Ali İmran surəsi, 18)