Mələklər Allaha itaətdə qətiyyən xəta etməyən və insanlardan fərqli bir aləmdə yaşayan varlıqlardır. Mələklər insanlar kimi imtahan olunmaq üçün yaradılmamışlar. Allah onları günahsız varlıqlar kimi yaratmışdır. Allah onların hər birini ayrı-ayrı vəzifələrə təyin etmişdir və onlar bu vəzifələri tam şəkildə yerinə yetirirlər. Cəbrayıl, Allahın vəhyini peyğəmbərlərə çatdırmaqla vəzifəli olan mələkdir. Hər insanın iki yanında onun hər bir əməlini qeydə alan yazıcı mələklər vardır. Ölüm anı gəldikdə insanın canını almaqla vəzifəli olan mələklər mövcuddur. Zəbanilər isə cəhənnəmdəkilərin ən şiddətli əzabı yaşamasına cavabdeh olan mələklərdir.
Allah mələklərin itaətini belə bildirir
… mələklər Allahın bəndəsi olmağı əsla özlərinə ar bilməzlər… (Nisa surəsi, 172)
Allah şahidlik etdi ki, Özündən başqa heç bir ilah yoxdur. Mələklər və elm sahibləri də ədalətlə (buna şahidlik etdilər). O qüdrətli və hikmət sahibindən başqa heç bir ilah yoxdur. (Ali İmran surəsi, 18)

