Məkkə dövründə müsəlmanların çətin imtahanı

Bəzi İslam əleyhdarları müsəlmanları “Məkkə dövrü müsəlmanları” kimi təsvir edirlər

Bəzi İslam əleyhdarları müsəlmanları “Məkkə dövrü müsəlmanları” kimi təsvir edirlər. Onlara görə, Peyğəmbərimizin (s) Məkkədə olduğu dövr müharibələrin baş vermədiyi sülh dövrüdür. Peyğəmbərimiz (s) Mədinəyə hicrət etdikdən dərhal sonra müharibələr başlamışdır. Bəziləri də bunu nəzərdə tutub İslamda müharibəni müdafiə edənlərin yalnız Mədinə dövründə vəhy olunan ayələri qəbul etdiklərini, sülhdən yana olanların isə ancaq Məkkə dövrü ayələrini qəbul etdiklərini iddia edirlər. Bu, çox yanlış və məntiqsiz iddiadır.

Bir adam Quran ayələrinin heç birini digərindən ayırd etmədən hamısına inanırsa, deməli, o şəxs müsəlman xüsusiyyətini daşıyır. Tək bir ayənin hökmünü qəbul etməzsə, müsəlman xüsusiyyətini itirir. Odur ki, müsəlman olduğunu deyən adam ayırd etmədən bütün ayələri qəbul etməlidir.