Yunis surəsi, 15. “özlərinə ayələrimiz açıq-aydın oxunduğu zaman,”. Bağlı deyil, dəqiq, aydın olan, “açıq-aydın oxunduğu zaman”. Mövzunu açıqlayacaq, dəqiqləşdirəcək, aydınlaşdıracaq, dəqiqliklə “oxunduğunda, Bizimlə qarşılaşmağa ümid etməyənlər,” münafiqlər, fırıldaqlar, küfr əhli. ”Deyərlər ki: “Bundan başqa bir Quran gətir və ya onu dəyişdir.” Xurafatçıların məntiqi.
”Bundan başqa bir Quran gətir və ya onu dəyişdir.” Bu, necə olacaq? Xurafat ilə olar. Münafiqin dini xurafat üzərində quruludur. Quran üstəlik xurafat və yaxud mənə vəhy gəldi deyər, yeni əlavələr edər. ”De ki: “Mənim onu öz nəfsimə görə dəyişdirməyim mənim üçün mümkün deyil.” Peyğəmbərimiz (s.ə.v) Quranda nə varsa mən onu xəbərdar edənəm, deyir. “Mən, yalnız mənə vəhy olunana uyaram.” Peyğəmbərimiz (s.ə.v) Quranda nə vəhy olunursa, deyir mən ona uyuram. Peyğəmbər (s.ə.v) mən özümdən, öz düşüncəmə görə hərəkət etmərəm, deyir. Nəyə görə hərəkət edir? “Mən, yalnız mənə vəhy olunana uyaram.” Qurana görə hərəkət edərəm. “Əgər Rəbbimə üsyan etsəm, həqiqətən, mən böyük günün əzabından qorxaram.” deyir. Peyğəmbər (s.ə.v) üsyan edə bilməz, inşaAllah.
Onlardan (kitab əhlindən) bir dəstə də kitabı oxuyarkən dillərini əyib-bükərlər ki, onu (oxuduqlarını) kitabdan hesab edəsiniz. Halbuki, o (oxuduqları), kitabdan deyildir. Onlar, oxuduqlarının Allah dərgahından olduğunu deyərlər. Halbuki o, Allah dərgahından deyildir. Onlar bilə-bilə Allaha qarşı yalan söyləyirlər. (Ali İmran surəsi, 78)
Ali İmran surəsi, 78-ci ayə: “Onlardan elə bir dəstə də vardır ki,”-münafiq dəstəsinə, bu xurafatçı dəstəsinə deyir-“oxuduqlarını Kitabdan hesab edəsiniz deyə Kitabı oxuyarkən dillərini əyib bükürlər.” Uydurmaq üçün, Quranda varmış kimi göstərib, Quranı oxuyarkən dilini əyib bükərlər. “…Kitabdan hesab edəsiniz deyə…” -yəni Allahın hökmlərindən hesab edəsiniz deyə- “halbuki o, kitabdan deyil” əslində isə Allahın hökmü deyil, deyir Allah, “Onlar: “Bu, Allah qatındandır!”–deyirlər. Halbuki o, Allah qatından deyildir. Onlar bilə-bilə Allaha qarşı yalan danışırlar.”-deyir Allah, xurafat dəstəsinə.

