Allah onları doğru yola yönəldəcək, onların halını yaxşılaşdıracaq və onları özlərinə tanıtmış olduğu Cənnətə daxil edəcəkdir. Ey iman gətirənlər! Əgər siz Allaha (Onun dininə) kömək göstərsəniz, O da sizə kömək göstərər və ayaqlarınızı möhkəmlədər. Qoy məhv olsun kafirlər! Allah onların əməllərini puça çıxardar. Bu ona görədir ki, onlar Allahın nazil etdiyinə nifrət etdilər, O da onların əməllərini puça çıxartdı. Məgər onlar yer üzündə gəzib dolaşıb özlərindən əvvəlkilərin aqibətinin necə olduğunu görmürlərmi? Allah onları yerli-dibli yox etmişdir. Kafirləri də buna bənzərləri gözləyir. Bu ona görədir ki, Allah möminlərin Himayəçisidir. Kafirlərin isə heç bir himayəçisi yoxdur. (Məhəmməd surəsi, 5-11)
Məhəmməd Surəsi, 5-11-ci Ayələr
