Onlar Allahın lənətlədiyi və qulaqlarını kar, gözlərini də kor etdiyi kəslərdir. Bəs onlar Quranı düşünmürlərmi?! Yoxsa qəlbində qıfıllarmı var?! Haqq yol özlərinə bəlli olduqdan sonra buna arxa çevirənlərə gəldikdə, şeytan (bu hərəkətlərini) onlara gözəl göstərmiş və (uzun ömür sürəcəklərinə dair) ümid vermişdir. Çünki onlar Allahın endirdiyini bəyənməyənlərə: “Bəzi məsələlərdə sizə itaət edəcəyik!” – dedilər. Halbuki Allah onların gizlətdiklərini bilir. (Məhəmməd surəsi, 23-26)
Məhəmməd Surəsi, 23-26-cı Ayələr
