Kafirlərin və insanları Allahın yolundan sapdıranların əməllərini Allah puça çıxarmışdır. İman gətirib yaxşı işlər görənlərin, öz Rəbbindən gerçək həqiqət kimi Muhəmmədə nazil edilənə inananların isə Allah günahlarından keçmiş və onların vəziyyətini yaxşılaşdırmışdır. Bu ona görədir ki, kafirlər batilə uymuş, iman gətirənlər isə öz Rəbbindən gələn həqiqətə bağlanmışlar. Beləcə, Allah insanlara onlara aid misallar çəkir. (Məhəmməd surəsi, 1-3)
Məhəmməd Surəsi, 1-3-cü Ayələr
