Hz. Mehdidən bəhs edilməsi hz. Mehdinin çıxış əlamətlərindəndir
Hicri 13-ci əsrin mücəddidi Bədiüzzaman əsərlərində hz. Mehdinin gəlişi və İslam əxlaqını bütün dünyaya hakim etməsi mövzusunda bütün müsəlmanlara yol göstərən əhəmiyyətli açıqlamalar etmişdir. Ancaq bəzi kütlələr Bədiüzzamanın əsərlərində geniş yer verdiyi “Mehdiyyət mövzusundan açıq şəkildə bəhs edilməsinin bir çox baxımdan səhv və təhlükəli olacağını” dilə gətirir.
Halbuki “Mehdiyyət məsələsi gizlənilməli, ört-basdır edilməli deyil; müjdələnməli mövzudur”. Hz. Mehdinin gəlişi şəxsən Peyğəmbərimiz (s.ə.v) tərəfindən müjdələnmişdir və Peyğəmbərimiz (s.ə.v)-in bu mövzuda çoxlu səhih hədislər vardır. Peyğəmbərimiz (s.ə.v) bir hədisində “hz. Mehdi ilə müjdələnin. O Qureyşdən və Əhli Beytimdən bir şəxsdir.” (Kitab-ul Burhan Fi Alamet-il Ahir zaman, səh.13) sözləri ilə bu mövzunun müsəlmanlar üçün müjdə olduğunu bildirmişdir. Bir başqa hədisində isə Peyğəmbərimiz (s.ə.v) “Mehdi zühur edər, hər kəs yalnız ondan danışar, onun sevgisi ilə qidalanar və ondan başqa bir şeydən bəhs etməzlər.” (Kitab-ül Burhan Fi Əlamət-el Mehdiyy-il Axır Zaman, səh. 33) sözləri ilə hz. Mehdinin ortaya çıxacağı dövrdə hər kəsin bu mübarək şəxsdən bəhs edəcəyini xəbər vermişdir. Peyğəmbərimiz (s.ə.v)-in bildirdiyi bu hədislər dövrümüzdə həyata keçməyə başlamışdır və hər kəs hz. Mehdidən bəhs edir.
Bədiüzzaman da əsərlərində bu mövzuya geniş yer vermiş, bu mövzunu yüzlərlə səhifədə açıqlamışdır. Bu mövzunun gizlənilməli olduğunu, ya da oxunmasının gərəksiz olduğunu düşünsəydi, bu xüsusdakı açıqlamalarını risalələrə daxil etməzdi. Necə ki, təhlükəli mövzu olduğunda Bədiüzzaman əsərlərində bunun “məhrəm” və nəşr olunmamalı olduğu üçün risalələrə qoyulmadığını müxtəlif yerlərdə ifadə etmişdir. Bədiüzzamanın bu açıqlamasından biri belədir:
“Risalələrə gəldikdə, bu cür risalələri özəl adlandırdıq…. nəşrini qadağan etdik.” (Bediüzzaman ve Talebelerinin Mahkeme Müdafaları, səh.187)
Bədiüzzamanın da söylədiyi kimi, gizli olan nəşr olunmaz. Ancaq Mehdiyyət mövzusunda bunun tam əksi olmuşdur. Bədiüzzaman hz. Mehdinin gəlişini yüzlərlə səhifə boyunca açıqlayaraq bu mövzuya aydınlıq gətirmiş və bunun gizlənəcək məsələ olmadığını açıq şəkildə ifadə etmişdir. Necə ki, illərdir risalələrin milyonlarla insan tərəfindən oxunması da bu mövzunun gizli deyil, hamıya elan edilməli mövzu olduğunu açıq şəkildə ortaya qoyur.
Ancaq Bədiüzzamanın bu mövzudakı fikirləri çox açıq olduğu halda, bu yanlış düşüncə, Bədiüzzamanın sözlərinə bəzi yanlış mənalar yüklədilərək dəstəklənilməyə çalışılır. Bu məqsədlə irəli sürülən və Bədiüzzaman yanlış şərh olunan sözlərindən biri belədir:
“Qardaşlarımın ikinci səhvi: Fani (keçici) və təkzib edilə bilən bir şəxsiyyəti, bəzi cəhətlərlə (istiqamətləri ilə) birinci vəzifədə liderlik edən Nur tələbələrinin şəxsi-mənəvisini təmsil edən o aciz qardaşına verirlər. Ancaq bu iki iltibas (səhvlər, qarışıqlıqlar) nəinki Risale-i Nurun həqiqi səmimiyyətinə və heç bir şey üçün alət olmamasına, hətta mənəvi və digər dünya mövqelərinə zərər verdiyi kimi, həm də siyasətçilərə zərər verir. Bu zaman, şəxsi-mənəvi zamanı olduğu üçün, belə böyük və əbədi həqiqətlər, fani, aciz və qüsur işləyə bilən şəxsiyyətlər üzərində qurula bilməz. Xülasə: O gələcək şəxsin adını vermək, eyni anda üç vəzifəni xatırlamaq səhv olar. Həm heç bir şeyə alət olmayan Nurdakı ixlas zədələnər, elmi az olan möminlərin nəzərində həqiqətlərin gücü azalar, yakiniyeti-bürhaniyə (yəqin dərəcəsində bilinən, rədd və inkar üçün etiraz qəbul edilə bilməyəcək surətdə həqiqətləri isbat edən qəti dəlil) qəzayanı-makbulədəki (qəbula məzhər olmuş hökm və iddia, etimad edilən şəxslərin söylədikləri və bu etimada görə qəbul edilən) zənni qalibə inqilab edər (həqiqətə yaxın qüvvətli qənaətə çevrilər), daha muannid dəlalətə (təkid edilən dəlilə, işarəyə) və təkid edilən dinsizliyə tam qələbəsi (qalibiyyəti, üstünlüyü), mütehayyir (qarışıqlıq içərisindəki) əhli imanda görünməməyə başlayar; əhli siyasət yanlış fikrə düşər və bəzi hocalar etiraz etməyə başlayar. Onun üçün, Nurlara o adı vermək münasib (uyğun) görülmür. Bəlkə mücəddiddir, onun pişdarıdır (qabaqcılıdır) deyilə bilər.” (Sikke-i Tasdik-i Gaybi, səh.10)
Bədiüzzamanın bu sözündə izah etdiyi həqiqətlər təhrif edilir və “hz. Mehdi məsələsindən açıq-açıq bəhs edilməsinin çox zərərli olacağını söylədiyi” irəli sürür. Halbuki, bu düşüncə tamamilə yanlış şərhə əsaslanır. Çünki Bədiüzzaman bu sözündə izah etdiklərini öz yaşadığı dövrə uyğun açıqlamışdır. Bədiüzzaman tələbələrinin ona Mehdilik mövzusunda hüsnü-zənn bəslədiklərini ancaq bunun, “qarışdırmadan qaynaqlanan yanlış olduğunu” dilə gətirir. Bu səbəblə də özü üçün, “belə söyləməyin; belə Mehdilik iddiası etməyin” deyir. Ancaq diqqət yetirilsə, Bədiüzzaman burada “Mehdilik mövzusundan bəhs etməyin deyil; “səhv qənaətə əsaslandığı üçün ona Mehdilik isnad etməyin” təhlükəli və zərərli olacağından” bəhs edir. O dövrdə Bədiüzzaman haqqında bu cür düşüncənin gündəmə gətirilməsinin ixlası zədələyəcəyini, bəzi siyasətçilərin narahatlığına səbəb olacağını, Risalə-i Nurun nəşr edilməsinə zərər verə biləcəyini və Risalə- Nurun inkar edənlərə qarşı əldə edəcəyi qalibiyyətinin yarımçıq qalacağını xatırladır. Bədiüzzaman belə yanlış hüsnü-zənn edilməsinin Mehdiyyət mövzusunda yanlış “zənni qalib” (həqiqətə yaxın qüvvətli qənaət) meydana gəlməsinə və beləliklə, iman əhlinin səhv istiqamətləndirilməsinə səbəb olacağını; bu qarışıqlıq nəticəsində də bunun, müsəlmanların əsl hz. Mehdini fərq etmələrinə maneə olacağını söyləyir.
Bədiüzzaman burada istifadə etdiyi ifadələrlə, özünün hz. Mehdi olmadığını da bir daha ifadə etmişdir. Məsələn, “mən hz. Mehdinin üç vəzifəsini birdən yerinə yetirdim” demir. Diqqət yetirilsə, özünün “yalnız hz. Mehdinin birinci vəzifəsi olan iman həqiqətləri mövzusunda hz. Mehdinin qabaqcılı olduğunu və bunu da yalnız bəzi cəhətlərdə (yerinə yetirdiyini” ifadə edir. “O gələcək şəxsin adını vermək… yanlış olar” sözləri ilə “bu ismin hz. Mehdi olmadığı halda ona verilməsinin yanlış olacağını və ixlasa zərər verəcəyini; bu səbəblə hz. Mehdi adının ona deyil, o gələcək şəxsə verilməsini” ifadə edir. Özü üçün isə “bəlkə mücəddid və hz. Mehdinin pişdarı, yəni qabaqcılı deyə bilərsiniz” deyir.
Bunlarla yanaşı, Bədiüzzamanın hz. Mehdinin çıxışı ilə əlaqədar olaraq verdiyi tarix 2011-ci ildir. Belə əhəmiyyətli hadisənin reallaşmasına bu qədər az müddət qalmış bu mövzudan hələ bəhs edilməməsi və gizli tutulması mümkün deyil.
Bədiüzzamanın sözləri çox açıqdır. Bədiüzzaman risalələrin “avamdan havassa (elmi az olan sıravi insandan Quranı və mənəvi sirlərə və xüsuslara vaqif olan, elm, ibadət və təqva yolunda yüksəlmiş Övliyaullaha) ya da orta məktəb tələbəsindən filosofa qədər hər kəsin asanlıqla anlaya biləcəyi” (Kastamonu Lahikası, səh. 70) (Şualar, səh. 549) əsərlər olduğunu ifadə etmişdir. Bədiüzzamanın bu mövzudakı sözlərindən bəziləri belədir:
“….Risalə-i Nur bu vəzifəni; ən dəhşətli zamanda ən vacib bir zamanda, hər kəsin anlayacağı tərzdə, Quran həqiqətləri və imanın ən dərin və ən gizli hissələrini çox qüvvətli dəlillər ilə isbat edər.” (Şualar, səh. 748)
“…Risalə-i Nuru qadın, kişi, məmur, iş adamı, alim və filosof kimi hər cür xalq təbəqəsi oxuyub anlaya bilər…” (Şualar, səh. 549)
Buna baxmayaraq, risalələri yalnız xüsusi sirlərə vaqif, xüsusi təfsir gücü olan və xüsusi qabiliyyətlərə sahib bəzi xüsusi şəxslərin anlaya biləcəyini qarşıya qoyaraq, Bədiüzzamanın sözlərinə fərqli şərhlər etmək çox yanlışdır. Bu vəziyyətdə istəyən hər kəs Bədiüzzamanın sözlərindən öz dünyagörüşünə görə yeni qənaətə gələ biləcək. Bu şəkildə risalələr də, Bədiüzzamanın əsl sözlərini deyil, bu sözləri öz məlumat və anlayışı içərisində təfsir edən şəxslərin düşüncələrini əks etdirən əsərlərə çevriləcək. Belə təfsir məntiqinin Bədiüzzamanın yığcam və səmimi dillə qələmə aldığı Külliyyatı üzərində necə yanlış təsir meydana gətirəcəyi diqqətlə qiymətləndirilməli mövzudur.
Bədiüzzaman ona Mehdilik mövzusunda hüsnü-zənn bəsləyənlərə, Mehdi olmadığını dəlilləri ilə birlikdə açıqlamışdır
Yaşadığı dövrdə tələbələrindən və yaxın ətrafından Bədiüzzamana Mehdi olub olmadığı mövzusunda bəzi suallar yönəldilmişdir. Tarix boyunca bənzər suallar Bədiüzzamandan əvvəl yaşamış mücəddidlərə də yönəldilmiş, tələbələrindən onlara Mehdilik iddiası ilə yaxınlaşanlar olmuşdur. Onlar da tələbələrinə, Mehdi olmadıqlarını; hz. Mehdinin xüsusiyyətlərinin onlara uyğun olmadığını dəlilləri ilə birlikdə açıqlamışlar. Hz. Mehdinin nə vaxt və harada çıxacağını, nə kimi xüsusiyyətlərə sahib olacağını, mübarizəsini, İslam əxlaqını nə şəkildə hakim edəcəyini detalları ilə təsvir etmişlər. “Mən Mehdi deyiləm, çünki hz. Mehdi bu yaşında olacaq, oradan çıxacaq, bu xüsusiyyətlərə sahib olacaq, seyid olacaq” kimi Peyğəmbərimiz (s.ə.v)-in hədislərə bəzi şərhlər etmişdir.
Bədiüzzamanın da bu mövzudakı düşüncələrini soruşanlara iki cür cavabı olmuşdur;
Açıq şəkildə özünün hz. Mehdi olmadığını ifadə etmiş və ona Mehdilik iddiası ilə yaxınlaşan şəxslərə “Mehdi olmadığını və niyə ola bilməyəcəyini” əsərlərində səhifələr dolu izahlarla açıqlamışdır.
Ona Mehdilik iddiası ilə yaxınlaşanlara “hüsnü-zənn əvvəldən bəri cərəyan edir, buna etiraz edilməz; buna görə mən də hüsnü-zənn bəsləyənlərə ilişməzdim” deyərək cavab vermiş, ancaq bu şəxslərə də ona yönəldilən “Mehdilik iddiasını qəbul etmədiyini” açıqlamışdır.
1) Bədiüzzaman “Mehdilik isnadını heç qəbul etmədiyimə bütün qardaşlarım şahidlik edirlər” (Şualar, səh. 365) demiş və bunu risalələrdə yüzlərlə səhifədə əsaslandırmışdır:
Bir haqda sual veriləndə Bədiüzzamanın bu mövzuya nə cavab verdiyi əhəmiyyətlidir və özü hz. Mehdi olmadığını açıqca söyləmişdir. Bədiüzzaman əsərlərində, “onun hz. Mehdi olmadığını” (Emirdağ Lahikası, səh 266), “hz. Mehdinin özündən yüz il sonra gələcəyini” (Kastamonu Lahikası, səh. 57), “onun hz. Mehdinin bir əsgəri, nəfəri və qabaqcılı olduğunu” (Barla Lahikası, səh. 162), “əsərləri və etdiyi çalışmalar ilə hz. Mehdiyə zəmin hazırladığını” (Sikke-i Tasdik-ı Gaybî, səh. 189), “özünün və Risalə-i Nurların Mehdi sanılmasının isə yanlış və qarışdırma olduğunu” (Emirdağ Lahikası, səh. 266) ifadə etmişdir.
“Hz. Mehdinin “seyid” olacağını” (Tenvir, Şualar, səh. 365), “siyasət, səltənət və dəyanət aləmində üç böyük vəzifəni bir yerdə yerinə yetirəcəyini” (Şualar, səh. 456) (Şüalar, s. 590) (Emirdağ Lahikası, səh. 259-260), “Peyğəmbərimiz (s.ə.v)-in xəlifəsi və bütün müsəlmanların mənəvi lideri ünvanını daşıyaraq İslam əxlaqının əsaslarını yenidən canlandıracağını” (Sikke-i Tasdik-i Gaybi, səh. 9), “bütün dünyaya sülh və ədalət gətirəcəyini” (Emirdağ Lahikası, səh. 259) (Məktubat, səh. 411-412), “Mücəddid-i Əkbər”, yəni “ən böyük mücəddid” xüsusiyyətini daşıyacağını” (Tılsımlar Mecmuası, səh. 168) “İslam birliyini təmin edəcəyini” (Emirdağ Lahikası, səh. 260), “bütün İslam aliminin, Peyğəmbərimiz (s.ə.v)-in soyundan gələn seyidlərin və bütün müsəlmanların dəstəyini alacağını” (Emirdağ Lahikası, səh. 260), “Xristian dünyası ilə ittifaq edəcəyini” (Sikke-i Tasdik-i Gaybi, səh. 9), “hz. İsa ilə birlikdə namaz qılacaqlarını” (Şualar, səh. 493), “Quran əxlaqını bütün dünyaya hakim edəcəyini və bütün insanları doğru yola sövq edəcəyini” (Sikke-i Tasdik-i Gaybi, səh. 9) (Mektubat, s. 473) (Məktubat, səh. 473) ətraflı olaraq izah etmişdir.
Bədiüzzaman yaşadığı dövrdə “bütün müsəlmanları tək bir dam altında yığaraq İslam birliyini meydana gətirməmiş; bütün inananların xəlifəsi (mənəvi lideri) xüsusiyyətini daşımamışdır”. “Bütün dünyaya haqq və ədalət gətirməmiş”, “İslam əxlaqını bütün yer üzünə hakim etməmişdir”. “Mücəddid-i Əkbər və Hakim xüsusiyyətlərinə sahib olmamış”, “bütün İslam alimlərinin, Peyğəmbərimiz (s.ə.v)-in soyundan gələn seyidlərin və bütün müsəlmanların dəstəyini almamışdır.”
Həyatını Quran əxlaqının təbliğinə həsr etmiş, bu yolda hər cür fədakarlığı gözə almış və çox böyük imani xidmət etmişdir. Yaşadığı əsrin mücəddidi olaraq boynuna götürdüyü vəzifəni ən şərəfli şəkildə yerinə yetirmişdir. Ancaq onun təbliği qüvvət və hakimiyyət içərisində deyil, maddi və mənəvi baxımdan çox çətin şərtlərdə və bənzərsiz çətinliklər içərisində keçmişdir. Hakim mövqeyində olmamış; əksinə təzyiq altına alınmış, ömrünü əsarət, maddi çətinliklər altında keçirmişdir. Deyildiyi kimi, geniş kütlənin dəstəyini almamış; əksinə müxtəlif haqsızlıqlara, əziyyətlərə məruz qalmış, həyatının böyük hissəsini həbs və sürgün kimi şərtlər altında davam etdirmişdir. Yuxarıda sayılan imkanların və yerinə yetiriləcək olan məsuliyyətlərin isə, özündən sonrakı əsrin mücəddidi olaraq hz. Mehdiyə nəsib olacağını bildirmişdir.
2) Bədiüzzaman Mehdi olmadığını dəlilləri ilə birlikdə açıqlamış, ancaq ona hüsnü-zənn bəsləyənlərə əhəmiyyət vermədiyini ifadə etmişdir:
Yaşadığı dövrdə yaxın ətrafından Bədiüzzamana Mehdilik mövzusunda hüsnü-zənn bəsləyənlər olmuşdur. Hətta Bədiüzzaman tələbələrinin bu yanaşmalarını ifadə edən sözlərini risalələrin müxtəlif hissələrinə əlavə etmişdir. Ancaq bilindiyi kimi, bir mövzuda bir insana hüsnü-zənn bəslənməsi, bu düşüncənin həqiqəti əks etdirdiyini göstərmir. Bədiüzzaman da risalələrində bunu dilə gətirmişdir. “Ona hüsnü-zənn bəsləyən şəxslər ola biləcəyini; bunun əvvəldən bəri olduğunu, buna etiraz edilə bilməyəcəyini; ancaq əslində bunun qarışdırma və yanlış olduğunu” ifadə etmişdir. Bədiüzzamanın bu mövzunu açıqladığı sözlərindən biri belədir:
“…Risalə-i Nurun şəxsi-mənəvisini haqlı olaraq Mehdi zənn edirlər (şəxsi düşüncə kimi qəbul edirlər). O şəxsi-mənəvinin də bir nümayəndəsi, Nur tələbələrinin həmrəyliyindən gələn bir şəxsi-mənəvisi və o şəxsi-mənəvidə bir növ nümayəndəsi olan biçarə tərcümanı zənn etdiklərindən, bəzən o adı (hz. Mehdi adını) ona da verirlər. Hərçənd bu bir iltibas (qarışdırma) və yanılmadır, lakin onlar ondan məsul deyildirlər. Çünki çox hüsnü-zənn, əvvəldən bəri cərəyan edir və etiraz edilməz. Mən də o qardaşlarımın hüsnü-zənlərini bir cür dua və xahiş və Nur tələbələrinin kamalı etiqadlarının bir tereşşuhu (əks olunması) gördüyümdən, onlara çox əhəmiyyət vermirəm.” (Emirdağ Lahikası, səh. 248)
Bədiüzzaman Risalə-i Nurun şəxsi-mənəvisinin və bu əsərlərin müəllifi olaraq özünün bəzən hz. Mehdi ola biləcəyinin düşünüldüyünü, ancaq bunun qarışdırma və yanlış olduğunu ifadə etmişdir. Bu düşüncəyə sahib olan şəxslərin iman həqiqətlərini izah etdiyinə görə etdiklərini, ancaq hz. Mehdinin digər iki vəzifəsi olan “İslam birliyinin təmin edilməsi, bütün İslam dünyasının lideri olması, İslam əxlaqının dünyaya hakim qılınmasının özündə görünmədiyi xüsusunu diqqətə almadıqlarını” söyləmişdir. Buna görə Risalə-i Nura və ona edilən Mehdilik yaraşdırmasının yalnız bir “zənn”dən ibarət olduğunu ifadə etmişdir.

