Hz. Mehdinin zühuru

Dünyanın sonundan əvvəlki dövr, yəni “Axırzaman” Allahın bütün müqəddəs kitablarında

Dünyanın sonundan əvvəlki dövr, yəni “Axırzaman” Allahın bütün müqəddəs kitablarında bildirdiyi bəzi əlamətləri ehtiva edir. Fitnə və qarışıqlığın ən çox yayıldığı, din əxlaqından uzaqlaşmanın və anormal həyatın çox qabarıq şəkildə yaşandığı bu xüsusi dövrdə Rəbbimiz “hidayət verici” sifəti ilə hz. Mehdini göndərəcək. Allahın bu əhəmiyyətli vəzifə üçün göndərdiyi hz. Mehdi imanındakı səmimiyyət, güclü Allah sevgisi və qorxusu ilə bütün dünyanın hidayətinə vəsilə olacaq. Allahın diləməsi ilə hz. Mehdi taleyində olan bu üstün vəzifədə müvəffəq olacaq və din əxlaqını bütün dünyaya hakim edəcəkdir, inşaAllah.

Bu səbəblə, hz. Mehdinin zühuru dünya tarixinin ən böyük hadisəsidir və bu böyük hadisəyə bütün müqəddəs kitablarda işarə edilir. Hz. Mehdinin gəlişi yalnız peyğəmbər (s) zamanından deyil, minlərlə ildən bu yana bilinən və gözlənilən bir müjdədir. Peyğəmbərimiz (s) hədislərində Allahın vəhyi olan bütün kitablarda hz. Mehdinin zühurunun xəbər verir:

Naim buyurdu ki: Mən hz. Mehdini (ə.s.) peyğəmbərlərin suhufunda (səhifələrdə; Adəm, Şit, İdris və İbrahim peyğəmbərlərə endirilən səhifə şəklindəki kitablarda) belə tapıram: “Hz. Mehdinin (ə.s.) əməlində nə zülm, nə də eyib yoxdur”. (Kitabül-bürhan fi əlamətil-Mehdiyyil-axır zaman, səh. 21)

Peyğəmbərlərə dair kitablarda “Hz. Mehdinin (ə.s.) işi zülm və pislik deyil” şəklində ifadələr vardır. (Əl-qövlül-müxtəsər fi əlamətil-Mehdiyyil-müntəzər, səh. 49)

İbni Münavi deyir ki: “Danyalın (ə.s.) kitabında belə yazılıb: “Hz. Mehdi (ə.s.) çıxacaq və Allahu-təala daha əvvəl fəsada düçar olanları və iman əhlini onunla qurtaracaq.”. (Kitabül-bürhan fi əlamətil-Mehdiyyil-Axırzaman, səh. 34)

Bu hədislərdən aydın olur ki, Mehdi mövzusu bütün haqq dinlərin kitablarında yer almışdır. Tövrat və İncildə də hz. Mehdinin gələcəyi, xüsusiyyətlərinin nə olacağı, fəaliyyətləri və vəsiləsi ilə həyata keçəcək din əxlaqının hakimiyyət dövrü minlərlə il əvvəldən bildirilmişdir.

Hər nə qədər hazırkı dövrdə təhrif olunmuş halları olsa belə, Tövrat və İncilin pozulmadan qaldığına hüsnü-zənn etdiyimiz hissələrinin Quran ayələri və Peyğəmbərimizin (s) hədisləri ilə uyğun olduğunu görürük.

Allahın vəhyi olan kitablarda minlərlə il əvvəldən hz. Mehdinin çıxışı ilə əlaqədar işarələrin olması, bu hadisənin çox əhəmiyyətli olduğunun bir başqa dəlilidir. Axırzamanda, qiyamətə yaxın bu dövrdə Allahın son xəbərdar edici və müjdə verici olaraq göndərdiyi elçisi hz. Mehdinin xüsusiyyətlərini və fəaliyyətlərini bilmək son dərəcə əhəmiyyətlidir. Həmçinin bu vacib mövzudan hər kəsi xəbərdar etmək və bu mübarək şəxsin tələbəsi olmaq bütün iman edənlərin üzərinə düşən əhəmiyyətli bir vəzifədir.

Peyğəmbərimiz (s) bundan təxminən 1400 il əvvəl yaşadığımız dövrə işarə edərək insanların Quran əxlaqından uzaqlaşacaqları bir dövrü, dünyada böyük bir pozulma, fitnə və qarışıqlığın olacağını xəbər vermişdir. Bundan sonra isə Allahın “Mehdi” sifəti ilə mübarək bir qulunu vəsilə edərək bütün dünyada islam əxlaqını hakim edəcəyini və yaşanan mənəvi pozuntunun yerini gözəl əxlaqa, dinclik, sülh, xoşbəxtlik və rifaha buraxacağını bildirmişdir. Peyğəmbərimiz (s) bu dövrdə daha əvvəl Allah qatına yüksəldilmiş olan hz. İsanın da ikinci dəfə dünyaya gələcəyini və hz. Mehdi ilə birlikdə dəccala və onun fikir sisteminə qarşı mübarizə aparacağını xəbər vermişdir. Allahın izni ilə dəccaliyyət bu mübarək dövrdə hz. İsa və hz. Mehdi vəsiləsi ilə sona çatacaq və təsirsiz hala gətiriləcək.

Onlar ağızları ilə Allahın nurunu söndürmək istəyirlər. Ancaq kafirlərin xoşuna gəlməsə də, Allah əsla Öz nurunu tamamlamaqdan geri durmaz. Müşriklərin xoşuna gəlməsə də, onu (İslamı) bütün dinlərdən üstün etmək üçün elçisini hidayət yolu və haqq din ilə göndərən Odur. (Tövbə surəsi, 32-33)

Bu vəd Allahın təyin etdiyi tale içində mütləq reallaşacaq. Hz. Mehdi sevimli Peyğəmbərimizin (s) vəd etdiyi bütün xidmətlərini yerinə yetirəcək və Allahın izni ilə Quran əxlaqını bütün dünyaya hakim edəcək. Bolluğu, bərəkəti, insanlara təmin edəcəyi hər cür rahatlığı və hüzurlu mühiti ilə hər müsəlmanın yaşamaq istəyəcəyi bu dövr iman edən insanlar üçün dünya həyatında çox üstün bir mükafatdır.

… O (Mehdi) ərzə sahib olar və özündən əvvəl əzab və zülmlə dolu olan ərzi ədalətlə doldurar. Sizdən kim ona yetişsə, qar üzərində sürünərək də olsa gəlsin, ona qoşulsun. Çünki o, Mehdidir. (Axırzaman Mehdisinin əlamətləri, Cəlaləddin Suyuti, səh. 14)