- Sevdiyiniz başqa bir şey də – Allah dərgahından kömək və yaxın qələbə gözləyir. Möminlərə müjdə ver! (Səff surəsi, 13)
- Biz kitabdan sonra Zəburda da torpağa yalnız Mənim saleh bəndələrimin daxil olacağını yazmışdıq. (Ənbiya surəsi, 105)
- Allah aranızdan iman gətirib yaxşı işlər görənlərə – yalnız Mənə ibadət edərlər, heç nəyi Mənə şərik qoşmazlar deyə – onları özlərindən əvvəlkilər kimi yer üzünün varisləri edəcəyini, onlar üçün onların Allahın bəyəndiyi dinini möhkəmləndirəcəyini və onların qorxusunu sonra əmin-amanlıqla əvəz edəcəyini vəd buyurmuşdur. Bundan sonra küfr edənlər, şübhəsiz ki, əsl fasiqlərdir! (Nur surəsi, 55)
- And olsun ki, elçilərimiz haqqında əvvəlcədən bu sözümüz deyilmişdi: “Onlar mütləq qalib gələcəklər. Bizim əsgərlərimiz labüd olaraq zəfər çalacaqlar!” (Saffat surəsi, 171-173)
- Allah: “And olsun ki, Mən və elçilərim qalib gələcəyik!” – deyə yazmışdır. Həqiqətən, Allah yenilməz qüvvət sahibi, qüdrət sahibidir! (Mübarizə surəsi, 21)
- Allahın elçilərə verdiyi vədə xilaf çıxacağını sanma! Həqiqətən, Allah yenilməz qüvvət sahibi, intiqam sahibidir! (İbrahim surəsi, 47)
- Müşriklərin xoşuna gəlməsə də, onu bütün dinlərdən üstün etmək üçün Öz elçisini hidayət və haqq dinlə göndərən Odur! (Səff surəsi, 9)
- Onu bütün dinlərdən üstün etmək üçün Öz elçisini hidayət və haqq dinlə göndərən Odur. Allahın şahid olması kifayət edər! (Fəth surəsi, 28)
- Müşriklərin xoşuna gəlməsə də, onu bütün dinlərin fövqündə etmək üçün Öz elçisini doğru yolla və haqq dinlə göndərən Odur! (Tövbə surəsi, 33)
- Onlardan sonra da yurdlarında sizi yerləşdirəcəyik. Bu, məqamımdan və əzabımdan qorxanlara aiddir!” (Elçilər düşmənləri üzərində qələbə çalmaqdan ötrü Allahdan) kömək dilədilər. Hər bir inadkar təkəbbür sahibi isə ziyana uğradı. (İbrahim surəsi, 14-15)
I …
- Allahın köməyi və zəfər gəldiyi zaman. İnsanların dəstə-dəstə Allahın dininə daxil olduqlarını gördüyün zaman Rəbbini həmd-səna ilə təqdis et və Ondan bağışlanmağını dilə. Həqiqətən, O, tövbələri qəbul edəndir! (Nəsr surəsi, 1-3)
- Həqiqətən, Biz sənə açıq-aşkar bir zəfər bəxş etdik! Allah sənin əvvəlki və sonrakı günahlarını bağışlayacaq, sənə olan nemətini tamam-kamal edəcək və səni düz yola müvəffəq edəcəkdir! Allah sənə yenilməz qələbə verəcəkdir! (Fəth surəsi, 1-3)
- And olsun ki, Allah Öz elçisinin yuxusunun çin olduğunu təsdiq etdi. Siz, inşaAllah, əmin-amanlıqla, başınızı qırxdırmış, qısaltmış halda və qorxmadan Məscidül-hərama daxil olacaqsınız. (Allah) sizin bilmədiklərinizi bilir. O, bundan əlavə tezliklə bir qələbə də bəxş edəcəkdir. (Fəth surəsi, 27)
- Onlardan əvvəlkilər də tələ qururdular. Bütün hiylələrin cəzasını ancaq Allah verəcəkdir. (Allah) hər kəsin nə qazandığını bilir. Kafirlər axirət yurdunun kimin olacağını biləcəklər! (Rəd surəsi, 42)
- Ancaq iman gətirib yaxşı işlər görən, Allahı çox zikr edən və zülmə uğradıqdan sonra intiqamını alanlardan başqa! Zülm edənlər isə hansı dönüşə dönəcəklərini mütləq biləcəklər! (Şuəra surəsi, 227)
- Sonra elçilərimizi və iman gətirənləri xilas edərik. Möminləri belə xilas etmək Bizə vacibdir. (Yunus surəsi, 103)
- De: “Haqq gəldi, batil yox oldu. Çünki batil yoxluğa məhkumdur!” (İsra surəsi, 81)
- Onların ardınca yer üzünün varisləri sizi təyin etdik ki, görək özünüzü necə aparacaqsınız. (Yunus surəsi, 14)
- Zəif görünən o tayfanı yer üzünün daim xeyir-bərəkət verdiyiniz şərq tərəflərinə varis etdik. Səbir etdiklərinə görə Rəbbinin İsrail övladına verdiyi gözəl sözlər tam yerinə yetdi. Fironun və onun camaatının qurduqları və ucaltdıqlarını isə viran qoyduq. (Əraf surəsi, 137)
- Onlar Allahın nurunu ağızları ilə söndürmək istəyirlər. Allah isə kafirlərin xoşuna gəlməsə də, ancaq öz nurunu tamamlamaq istər. (Tövbə surəsi, 32)
- Onlar Allahın nurunu öz ağızları ilə söndürmək istəyirlər. Allah isə kafirlərin xoşuna gəlməsə də, öz nurunu tamamlayacaqdır. (Səff surəsi, 8)
- (Allah) sizə onların yerlərinə, yurdlarına və mallarına, üstəlik də ayağınız dəyməyən bir yerə varis etdi. Allah hər şeyə qadirdir! (Əhzab surəsi, 27)
- De: “Hamı gözləməkdədir, siz də gözləyin. Doğru yol sahiblərinin kimlər olduğunu və kimin haqq yolu tapdığını biləcəksiniz!” (Taha surəsi, 135)
- Allah müttəqilərə imanlarına görə nicat verər. Onlara pislik toxunmaz və onlar qəm-qüssə də görməzlər. (Zumər surəsi, 61)
- Xeyr, Biz batili haqla rədd edərik və o da onu yox edər. (Bir də baxıb görərsiniz ki) o yox olub getmişdir. (Allaha) isnad etdiyiniz sifətlərə görə vay halınıza! (Ənbiya surəsi, 18)
- Günahkarlar istəməsələr də, Allah sözləri ilə haqqı gerçəkləşdirəcək!” (Yunus surəsi, 82)
- kəslər ki, əgər onları yer üzündə yerləşdirsək, namaz qılar, zəkat verər, yaxşı işlər görməyi əmr edib, pis işlər görməyi qadağan edərlər. Bütün işlərin sonu Allaha aiddir. (Həcc surəsi, 41)
- Ruhdan düşməyin və qəmgin olmayın. Halbuki, əgər möminsinizsə, siz çox yüksəkdə durursunuz! (Ali İmran surəsi, 139)

