“Qiyamət əlamətlərindən, Axırzaman hadisələrindən və bəzi əməllərin fəzilət və savablarından bəhs edən hədisi-şərif tam aydın olmadığından, ağıllarına güvənən bəzi elm sahibləri, onların bəzisinə zəif və ya saxta (hədis) deyiblər. İMANI ZƏİF VƏ EQOİZMİ GÜCLÜ (güclü) olan bəzi şəxslər isə inkar ediblər.” (Sözlər, səh. 355)
Bəzi insanlar hz. Mehdinin zühur edəcəyi inancına sahib olmalarına baxmayaraq, zaman keçdikcə bu inanclarında zəiflik göstərir və hz. Mehdinin zühuruna görə narahatlıq duyurlar.
Axırzaman ilə bağlı hadisələrin bəziləri hədislərdə bənzətmələr ilə açıqlanmışdır və xüsusi üslub daşıyır. Bədiüzzaman da bu cür hədisləri hər kəsin yaxşı anlaya bilmədiyini ifadə etmişdir. Xüsusilə, öz ağlına güvənən bəzi elm sahibi şəxslərin Axırzaman hədislərinə zəif hədis deyəcəklərini, imanı zəif və eqoist olan bəzi şəxslərin isə bu hədisləri anlaya bilmədikləri üçün, məzmununu da inkar edəcəklərini söyləyir.
Halbuki bilindiyi kimi, Peyğəmbərimiz (s.ə.v)-in Axırzamanda hz. Mehdinin zühuru mövzusundakı hədisləri çox yayılıb. Bunun mənası: Mehdiyyət haqqında söylənilən hədislər bu mövzuda yalan danışmaq məqsədi ilə aralarında razılığa gələ bilməyən şəxslərdən, bir çox fərqli kanal vasitəsi ilə hədis alimlərinə çatmışdır. Üstəlik, dinimizdə çox əhəmiyyətli qaynaq olaraq qəbul edilən “Kutubu Sittə”də də həzrəti Mehdi haqqında bir çox “səhih” hədis var. Kutubu Sittədən başqa digər hədis qaynaqlarında da mehdiyyət ilə əlaqədar bir çox səhih rəvayətlər nəql edilir. Bütün əhli sünnə alimləri həzrəti Mehdinin Axırzamanda gələcəyi mövzusunda razılığa gəliblər. Zühur yeri, zamanı, şəxsiyyəti və buna oxşar təfərrüatlar mövzusunda müxtəlif fərqli şərhlər edilsə də, Peyğəmbərimiz (s.ə.v)-in müjdələdiyi bu şəxsin gələcəyi və İslam əxlaqını yer üzünə hakim edəcəyi haqqında mötəbər İslam alimləri arasında heç bir ziddiyyət yoxdur.
Bununla yanaşı, Peyğəmbərimiz (s.ə.v) hədislərində hz. Mehdinin zühurundan əvvəl bəzi şəxslərin “hz. Mehdi gəlməyəcəkmiş, hz. Mehdi yoxmuş” kimi sözlər sərf etmələrinin, ya da mehdiyyət mövzusunu rədd etmələrinin əslində hz. Mehdinin çıxış əlamətlərindən biri olduğunu bildirmişdir. Bu hədislərdən biri belədir:
“İnsanların ümidsiz olduğu və “HEÇ MEHDİ YOX İMİŞ” dediyi sırada Allah Mehdini göndərər…” (Əli ibn Husaməddin əl-Muttaqi, Kitab-ul Burhan fi- Alamet-il Mehdiyy-il Ahir Zaman, səh. 55)

