Mehdi Sözünün Mənası Nədir?

“Mehdi”, söz olaraq, “hidayətə çatmış, hidayət tapmış insan” mənasını verər (İslam Ensiklopediyası, “Mehdi”, cild 5, səh. 149). Dini ədəbiyyatda və xalq arasında isə Peyğəmbərimiz (s.ə.v)-in Axırzamanda gələcəyini müjdələdiyi mübarək şəxsin adı olaraq keçir. Bir İslami qaynaqda sözün tərifi belə edilir:

“Mehdi”: Allahın həqiqətən haqq yoluna apardığı kimsədir. Bu söz, adlar arasında o qədər çox istifadə edilmişdir ki, bilinən adlardan olmuşdur. Peyğəmbərin Axırzamanda gələcəyini müjdələdiyi kimsə bu adla adlandırılmışdır. (İbnül-Esir əl-Cezeri, “en-Nihayə fi Garibil-Hadisi vəl-Əsər”, cild 4, səh. 244)

Bir başqa qaynaqda da hz. Mehdi haqqında belə bir şərhə yer verilib:

Mehdi Allahın haqq yola çatdırdığı kimsədir. Mehdi Peyğəmbərin (s.ə.v) Axırzamanda gələcəyini müjdələdiyi, öz ailəsindən olan kimsənin adıdır. Yer üzünü ədalət və bərabərliklə dolduracaq; zülm və haqsızlıqla dolmuş ikən o Konstantiniyyədə (əl-Müncid Fil-Alam) Məsih ilə birlikdə olacaq. Ərəbə və Ərəb olmayan hər kəsə hökm edəcək, Dəccalı öldürəcək… Onun zühur edəcəyini dost və düşmən inkar etmişdir. Onun qiyamına dair rəvayətlər təvatürə çatmışdır. Allahım! Onun zühurunu tezləşdir… (Fahrettin et-Türeyhi, Mecmaül-Bahreyn və Matlaün-Nayyireyn, cild 1, səh. 475-476)