Hz. Mehdi harada zuhur edəcək?

HZ. MEHDİ KİMİ ŞƏXSLƏR haqqındakı rəvayətlərin fərqləri və sirri budur ki: Hədisləri

“HZ. MEHDİ KİMİ ŞƏXSLƏR haqqındakı rəvayətlərin fərqləri və sirri budur ki: Hədisləri açıqlayanlar hədis mətnlərindəki şərhlərinə və istinbatlarına (gizli mənaları meydana çıxarmalarına) tətbiq ediblər. Məsələn: MƏRKƏZİ SƏLTƏNƏT o vaxt Şamda və ya Mədinədə olduğu üçün hadisələri hz. Mehdiyyə və ya Süfyaniyyəni (Hz. Mehdi və Süfyan ilə əlaqədar hadisələri) MƏRKƏZİ SƏLTƏNƏT ətrafında olan Bəsrə, Kufə, Şam kimi yerlərdə təsəvvür (düşünərək) edərək təfsir ediblər (açıqlayıblar).” (Sözlər, səh. 359)

Bədiüzzaman son səltənət və Xəlifəliyin mərkəzi İstanbulda olduğu üçün hz. Mehdi ilə əlaqədar hadisələrin də bu şəhərdə olacağını bildirmişdir.

Peyğəmbərimiz hədislərində özündən sonra gələcək bir çox şəxs olacağını bildirmişdir. Bu şəxslərin bəziləri gəlmiş, vəzifələrini icra edib vəfat ediblər. Hər əsrin əvvəlində göndərilən mücəddidlər bunlardan bəziləridir. Peyğəmbərimizin gələcəyini xəbər verdiyi şəxslərin bəziləri də hələ də gözlənilir. Bədiüzzaman da əsərlərində hələ də gözlənilən bu Axırzaman şəxsləri haqqında hədislər istiqamətində təfərrüatlı məlumatlar vermişdir. Hz. İsa və hz. Mehdi ilə yanaşı Dəccal və Süfyan (hədislərdə Axırzamanda İslam dünyası içərisində ortaya çıxacağı və hz. Mehdiyə qarşı mübarizə edəcəyi bildirilən və Süfyani Dəccal olaraq xatırlanan şəxs) kimi inkara əsaslanan mübarizə aparacaq Axırzaman şəxsləri də Bədiüzzamanın məlumat verdiyi bu şəxslər arasındadır.

Bədiüzzaman buradakı “HZ. MEHDİ KİMİ ŞƏXSLƏRİN” sözləri ilə əvvəlcə çox açıq şəkildə hz. Mehdinin mənəvi varlıq olmadığını, “BİR ŞƏXS OLDUĞUNU” ifadə etmişdir. Bədiüzzaman bu ifadəsi ilə üstəlik hz. Mehdi kimi, digər Axırzaman şəxslərinin də mənəvi şəxsiyyətlər olmadıqlarını, eyni şəkildə “BİR ŞƏXS” olduqlarını açıqlamışdır. Şübhəsiz ki, Bədiüzzamanın bu sözləri, Axırzaman şəxslərindən bəzilərinin “şəxs”, bəzilərinin isə “şəxsi-mənəvi” olaraq gələcəkləri iddialarını etibarsız edir. Çünki Bədiüzzaman “hz. Mehdi kimi şəxslər” sözləri ilə bunların hamısını əhatə edən və hamısını “ŞƏXS” kimi xarakterizə edən ifadədən istifadə edir.

Necə ki, Bədiüzzaman əsərlərində Dəccal və Süfyanın şəxs olduqlarını nə qədər dəqiq şəkildə açıqlamışdırsa, hz. İsa və hz. Mehdi mövzusunda da bu həqiqəti o qədər açıq və aydın ifadələrlə dilə gətirmişdir. Dəccalın da fiziki xüsusiyyətlərini izah etmiş, hz. İsa və hz. Mehdinin də fiziki xüsusiyyətlərini təsvir etmişdir. Buna görə də hz. İsa və hz. Mehdinin şəxsi-mənəvi olacaqları düşüncəsi Bədiüzzamanın bu açıqlamalarının hamısına ziddir. Bədiüzzaman bu sözündə hz. Mehdi haqqında şəxs sözündən istifadə edərək bəhs edir və əks düşüncələrin etibarsızlığını ortaya qoyur.

Peyğəmbərimizin hədislərini təfsir edənlər o dövrlərdə səltənətin mərkəzi Bəsrə, Şam, Kufə kimi yerlərdə olduğu üçün hz. Mehdi ilə əlaqədar hadisələrin bu ərazilərdə həyata keçəcəyini düşünüblər. Ancaq Bədiüzzaman son səltənət və Xəlifəliyin mərkəzi İstanbulda olduğu üçün hz. Mehdi ilə əlaqədar hadisələrin də bu şəhərdə olacağını bildirmişdir.