Hz. Mehdi dinsizliyi və xurafatı elm və ideologiya baxımından aradan qaldıracaq

Peyğəmbərimiz, Axırzamandan bəhs edən bir çox hədisində qiyamətin ən əsas əlamətlərindən

Peyğəmbərimiz, Axırzamandan bəhs edən bir çox hədisində qiyamətin ən əsas əlamətlərindən birinin dəccal olduğunu bildirmişdir. Hədislərdə dəccalın insanlar arasında xaos və çaxnaşma salacağı, insanları əxlaqsızlığa, pis əmələ, inkara və üsyana yönləndirəcəyi, terrorun və zorakılığın mənbəyi olacağı xəbər verilmişdir. Peyğəmbərimiz insanları din əxlaqından uzaqlaşdırıb yer üzündə böyük qarışıqlıq və zülmə sürükləyən dəccalın fitnəsinin xurafat və dinsizlik olduğunu bildirmişdir.

Hədislərdə hz. İsa və hz. Mehdinin dəccalın fitnəsini ideoloji cəhətdən zərərsizləşdirəcəyi bildirilmişdir. Hz. Mehdi Allahın varlığını və birliyini dəlillərlə izah edəcək, dinsizliklə ideoloji mübarizə aparacaq, insanları səmimi imana dəvət etmək üçün cəhd edəcək və həqiqi din əxlaqını bütün dünyaya yayacaq.

“Hz. MEHDİ DÜNYANIN ŞƏRQİNİ VƏ QƏRBİNİ FƏTH EDİB İSLAMI (İslam əxlaqını) DÜNYANIN HƏR YERİNDƏ HAKİM EDƏCƏK… ALLAH insanlara elə bir güc verəcək ki, hər kəs olduğu yerdə onun sözlərini eşidəcək və Hz. MEHDİ İSLAMA HƏYAT VERƏCƏK…” (Biharul-Envar, 52-ci cild, səh. 279 ve 53-cü cild, səh. 12 İkmalud- Din, 2-ci cild, səh. 367)

“Əli ibn Əbu Talib belə buyurur: “Hz. Məhəmməd peyğəmbər uzun vəsiyyətində mənə belə buyurdu: “Ya Əli! İman dərinliyi baxımından ən böyük insanlar Axırzamanda gələcək şəxslərdir. Onlar Peyğəmbərimizi görməyib və imam da (hz. Mehdi da) onlardan gizlidir. BUNA BAXMAYARAQ ONLAR AĞ SƏHİFƏLƏRƏ HƏKK OLUNMUŞ QARA XƏTLƏR VASİTƏSİLƏ (YAZILI ƏSƏRLƏRLƏ) İMAN GƏTİRƏCƏKLƏR.” (Men La Yehzuruhul Fakih, 1-ci cild, səh. 269) hədisində diqqət çəkildiyi kimi, Axırzamanda ağ səhifələrdə qara hərfləri olan kitabların nəşr olunacağı və hz. Mehdinin tələbələrinin də hz. Mehdinin rəhbərliyi altında hazırlanan bu əsərləri oxuyacaqları xəbər verilmişdir. Bu əsərləri ancaq Mehdinin tələbələri oxumayacaq, eyni zamanda onlar bütün dünyaya yayılacaq. Belə ki, Peyğəmbərimiz hz. Mehdinin bütün dünyanı elmlə fəth edəcəyini açıqlamışdır.

Hz. Mehdi Allahın varlığını və yaradılışı çox güclü dəlillərlə izah edəcək, dinsizlər ona qarşı dəlil gətirə bilməyəcəklər Hz. Mehdi Allahın varlığını, kainatın və yaradılışın dəlillərini Quran ayələri ilə açıqlayacaq. Axırzaman hadisələrini çox güclü dəlillərlə insanlara açıqlayıb sübut edəcək, başda xurafatçılar və dinsizlər olmaqla heç kim onun bu dəlillərinə qarşı çıxa bilməyəcək.

ŞEYX TUSİ: “Hz. MEHDİNİN HAKİMİYYƏTİ (ÜSTÜNLÜYÜ) ALLAHIN BÜTÜN YARATDIQLARI HAQQINDAKI DƏLİLLƏRDƏNDİR. BU DƏLİLLƏR O QƏDƏR ÇOXDUR Kİ, onun (Hz. Mehdinin) dəlilləri bütün insanlara təsir edəcək və heç kimin ona qarşı əsası olmayacaq. (Bihar-ul Ənvar, 51-ci cild, səh. 70)

Hz. Mehdi dəccalın ordusu olan xurafatçılarla da elmi mübarizə aparacaq

Hz. Mehdi bir tərəfdən də müsəlmanlar arasında fitnə-fəsad törətməyə çalışan xurafatçılarla elmi-ideoloji mübarizə aparacaq.

Bu “din alimlərinin” hz. Mehdiyə qarşı çıxmasının ən mühüm səbəblərindən biri budur ki, hz. Mehdi müsəlmanların mənəvi lideri olduqda bu insanların xalqın içində heç bir etibarı qalmayacaq. Ona görə də hz. Mehdiyə o qədər qəzəblidirlər ki, hətta onun şəhid edilməsinə fətva verməyə çalışacaqlar, ancaq hz. Mehdinin elmi çox güclü olduğu üçün buna cəsarətləri çatmayacaq:

ONUN (Hz. MEHDİNİN) AÇIQ DÜŞMƏNLƏRİ FÜQƏHA (FİQH ALİMLƏRİ) OLACAQ. ÇÜNKİ XALQIN İÇİNDƏ ETİBARLARI QALMAYACAQ. HƏTTA HÖKM VERMƏK ÜÇÜN ELMLƏRİ DƏ AZALACAQ. Bu imamın (hz. Mehdinin) gəlişi ilə alimlərin hökmlərindəki anlaşılmazlıqlar da aradan qalxacaq… BƏLKƏ ƏLİNDƏ QILINC (ELM) OLMASAYDI, FƏQİHLƏR ONUN (Hz. MEHDİNİN) ÖLÜMÜNƏ FƏTVA VERƏRDİLƏR. Lakin Cənabi-Haqq onu (Hz. Mehdini) kərəmi və qılıncı (qardaşları) ilə təmizləyəcək, ONLAR ONA (Hz. Mehdiyə) İTAƏT EDƏCƏKLƏR. ÇÜNKİ XALQIN ARASINDA ETİBARLARI QALMAYACAQ, HƏTTA HÖKM VERMƏKDƏ ELMLƏRİ DƏ AZALACAQ. Hz. Mehdinin gəlişi ilə alimlərin hökmlərindəki ixtilaflar da qalmayacaq. Ondan (hz. Mehdidən) həm qorxacaq, həm də nə isə gözləyəcəklər. ÜRƏKLƏRİNDƏ İSƏ ONA (Hz. MEHDİYƏ) NİFRƏT EDƏCƏKLƏR. LAKİN BUNA BAXMAYARAQ İSTƏR-İSTƏMƏZ HÖKMÜNÜ QƏBUL EDƏCƏKLƏR. (Bərzənci, Qiyamət əlamətləri, səh. 187)

Peyğəmbərimiz hədislərində Axırzamanın mübarək şəxsi hz. Mehdinin müxtəlif xurafatlara və batil inanclara malik xurafatçı kütlələrə qarşı çətin mübarizə aparacağını açıq şəkildə izah etmişdir:

“ÜMMƏTİMDƏN BAŞI SARIQLI YETMİŞ MİN ALİM DƏCCALA TABE OLACAQ”. (İmam Əhməd ibn Hənbəl, Müsned, səh. 796) hədisində dəccala tabe olanları bildirərkən xüsusilə müsəlmanların içindən çıxan, özünü alim kimi göstərən insanlardan bəhs edilir. Peyğəmbərimiz bu hədisi ilə dəccalın tərəfdarları kimi bütün Allah dostlarına qarşı fəaliyyət göstərən, din əxlaqına ən çox zərər verən əsas qrupun, özünü müsəlman kimi göstərən xurafatçılar olduğuna açıq-aşkar diqqət çəkir.

Hz. Mehdi bu insanları bir-bir xüsusiyyətlərinə görə müəyyən edəcək və onların xurafatçı düşüncələrini Quran və hədislərlə elmi cəhətdən darmadağın edəcək. Hz. Mehdinin daima Allahın nəzarəti altında olacağı, çox təsirli kitablar hazırlayacağı hədislərdə müjdələnir. Bu hədislərdən biri belədir:

“İmam Baqir və İmam Cəfəri Sadiq nəql edir: “ONA (Hz. MEHDİYƏ) İMAMLIQ VERƏN ELM VƏ KİTABLAR VERƏCƏK VƏ ONU NƏZARƏTSİZ BURAXMAYACAQ”. (Numani, Qeybet-i Numani, səh. 387)

Hz. Mehdinin xurafatçılara qarşı ən təsirli mübarizə üsullarından biri Quranı və hədisləri çox yaxşı anlayıb açıqlamasıdır. Peyğəmbərimizin hədisində bu təsirli elmi mübarizə belə xəbər verilmişdir:

Muhəmməd ibn Sinandan, Əmir ibn Şamirdən, Cəbirdən, Əbu Cafirdən rəvayət edilmişdir: “ALLAHIN KİTABI HAQQINDAKI BİLİYİ VƏ ONUN ELÇİSİNİN SÜNNƏSİ MEHDİMİZİN QƏLBİNDƏ BİR BİTKİ KİMİ YETİŞƏCƏK.” (Bihar-ul Ənvar, cilt 51, səh. 72)

Peyğəmbərimizin hədislərində verilən məlumatlara əsasən hz. Mehdi haqq dinə qarşı mübarizə aparan dəccalı məğlub edəcək və onun qurduğu batil sistemə son qoyacaq. Hz. Mehdi bütün insanları Allahın Quranda bildirdiyi haqq dinə dəvət edəcək, dəccalın və onun inkarçı sisteminin aradan qaldırılması ilə insanlar dəstə-dəstə din əxlaqına üz tutacaqlar. Yer üzündə Quran əxlaqı hakim olacaq və bu şəkildə bütün bəşəriyyət sülh və əmin-amanlığa qovuşacaq.

ALLAHPƏRƏSTLİK NƏFSPƏRƏSTLİYƏ ÇEVRİLDİKDƏN SONRA HZ. MEHDİ GƏLƏCƏK VƏ NƏFSPƏRƏSTLİYİ ALLAHPƏRƏSTLİYƏ ÇEVİRƏCƏK. QURAN FİKİR VƏ DÜŞÜNCƏLƏRƏ UYĞUNLAŞDIRILDIQDAN SONRA HZ. MEHDİ GƏLİB FİKİR VƏ DÜŞÜNCƏLƏRİ QURANA UYĞUNLAŞDIRACAQ… (Nəhcül Bəlağa, səh. 424)

Peyğəmbərimiz hz. Mehdi və tələbələrinin dinsizliyin və xurafatın ideoloji sistemini Quranla, elmlə, ağılla, imanla aradan qaldıracağını bildirmişdir. Hz. Mehdi, Allahın izni ilə, qalib gələcək və batil düşüncə, ateist, darvinist, materialist ideologiya məhv olacaq.

Peyğəmbərimiz hz. Mehdinin dəccaliyyətin fitnəsini elmi cəhətdən məhv edəcəyini belə bildirmişdir:

“…BU MÜCAHİDLƏR ƏRAZİYƏ GƏLİB MƏSKUNLAŞDIQDA SİLAHLA DÖYÜŞMƏZ, OX DA ATMAZLAR. LƏ İLAHƏ İLLƏLLAHU ƏKBƏR DEYƏRƏK TƏKBİR GƏTİRƏRLƏR. Bu təkbirlə şəhərin iki tərəfindəki qala sədlərindən biri dağılar. Sonra ikinci dəfə təkbir gətirərlər. Bu dəfə də şəhərin digər tərəfində olan sədd dağılar. Üçüncü dəfə təkbir gətirərlər. Bu zaman İslam ordusu üçün sədlərin arasından cığırlar açılacaq, onlar da bu cığırlardan girərək şəhəri fəth edəcəklər. (İmam Şarani, Ölüm-Kıyamet-Ahiret ve Ahir Zaman Alametleri, səh. 445)

Qurandakı bir ayədə Allah batil sistemləri ideoloji cəhətdən məhv etməyə diqqət çəkir:

“Xeyr, Biz haqqı batilin üstünə atarıq və o da onun işini bitirər. Bir anda (batilin) yox olub getdiyini görərsiniz…” (Ənbiya surəsi, 18)