Hz. Mehdi (ə.s)-ın Çıxış Zamanı

  • MEHDİ (Ə.S)-IN GƏLİŞİ BÜTÜN İNSANLAR ÜÇÜN BİR MÜJDƏDİR.

 MEHDİ İLƏ MÜJDƏLƏNİN. O Qüreyşdən və Əhli-Beytimdən olan bir kəsdir. O, insanların ixtilafda və ictimai sarsıntılar içində olduqları bir vaxtda çıxar… (Hz. Ebu Said el Hudri (ra) / Ramuz El-Ehadis 1. cilt, Sayfa 7, No 7 – Kitab-ül Burhan fi Alamet-il Mehdiyy-il Ahir Zaman, səh. 13)

 

  • PEYĞƏMBƏRİMİZ (S.Ə.V) HZ. MEHDİ (Ə.S)-IN MÜJDƏLƏNİLMƏLİ OLDUĞUNU BİLDİRMİŞDİR

 Əbul Hicaf da Peyğəmbər (s.ə.v)-in üç dəfə belə buyurduğunu rəvayət edir: ”HZ. MEHDİ (Ə.S) BARƏSİNDƏ MÜJDƏLƏR OLSUN SİZLƏRƏ. Xalqın dağıldığı və çətinliklərin baş verdiyi zaman hz. Mehdi (ə.s) zühur edəcəkdir….” (Peygamberin Ehl-i Beytinden Olan Hz. Mehdi (as), səh. 16; Bihar-ül Envar, 51-ci cild, səh. 74)

EY İNSANLAR, MEHDİNİN ÇIXIŞI İLƏ MÜJDƏLƏNİN. Çünki AIlahın vədi həqiqətdir, boşa çıxmaz. Onun hökmü geri götürülməz. O, hər şeyi hikmətlə edər və hər şeyi bilər. Allahın qələbəsi yaxındır. (Yenabiu’l-Mevedde, Süleyman el-Hüseynî el-Kunduzî, səh. 440)

 

  • MEHDİ (Ə.S)-IN ÇIXIŞ ƏLAMƏTLƏRİ BİR-BİRİNİN ARDINCA HƏYATA KEÇƏR

 Qiyamət əlamətləri bir-birini izləyərək meydana çıxar. BİR DÜZÜMDƏKİ MUNCUQLARIN ARD-ARDA QOPMASI KİMİ. (Ramuz-El Ehadis, 2776; Camiü’s Sagir, səh.3167)

ƏLAMƏTLƏR, ÖDÜ QOPARILIB QAÇAN BALIQLARIN BİR-BİRİNİ QOVDUĞU KİMİ QOVALAYAR. Ölüm, Kıyamet ve Diriliş, İmam Şarani, səh. 478)

  

  • ZÜHURU BİRDƏN OLACAQDIR

 Kumeytdən, İmam Baqirin yanına gedib soruşdum: “Qaim Məhəmməd Mehdi nə vaxt zühur edəcək?”. Belə cavab verdi: “Eyni sual Allahın elçisinin qarşısında da soruşulmuşdu və o belə demişdi: “Onun çıxışı anidən olan yenidən diriliş anına bənzəyər”. (İmam Mehdi Hakkında Sorular ve Cevaplar, Seyid Hüseyin Hüseyni)

Hz. İmam Rza belə buyurdu: “…Atalarımdan nəql edilmişdir ki: HZ. MEHDİ (Ə.S) GİZLİCƏ VƏ ANİDƏN ZÜHUR EDƏCƏKDİR”. (Yenabi-ul Mevedde, 2-ci cild, səh. 197)

 

  • ZÜLMÜN ARTDIĞI BİR DÖVRDƏ ÇIXACAQ

 Mehdi barəsində sizlərə müjdələr olsun.

  XALQIN DAĞILDIĞI VƏ ÇƏTİNLİKLƏRİN BAŞ VERDİYİ BİR ZAMANDA MEHDİ ZÜHUR EDƏCƏKDİR. Zülm və şikayətlə dolmuş yer üzünü ədalətlə dolduracaqdır… (Bihar-ul Envar, 51-ci cild, səh 74)

KÜFR HƏR YANI ZƏBT EDİB, HÖKMÜNƏ CƏMİYYƏT İÇİNDƏ AŞKAR ŞƏKİLDƏ ƏMƏL EDİLMƏDİKCƏ, HZ. MEHDİ (Ə.S) ZÜHUR ETMƏZ. BU VAXTDA, BAŞ VERƏN İSƏ KÜFRÜN ZƏBTİDİR. ONUN QÜVVƏTİDİR. İSLAMIN VƏ MÜSƏLMANLARIN DA ZƏİFLİYİDİR. BU VAXT, RƏSULULLAH (S.Ə.V)-İN, İSLAM ƏHLİNİN ZƏİFLƏDİKLƏRİNİ İZAH ETDİYİ DÖVRDÜR…. (İmam-ı Rabbani, Mektubat-ı Rabbani, 2-ci cild, 381. Mektup, səh. 1184-1186)

 

  • İNSANLAR HZ. MEHDİ (Ə.S)-I İLK DƏFƏ 30-40 YAŞLARINDA TANIMAĞA BAŞLAYARLAR

 YAŞI 30 İLƏ 40 ARASINDA OLDUĞU HALDA GÖNDƏRİLƏCƏKDİR… Mehdi mənim övladlarımdandır. 40 yaşlarındadır. (El-Kavlu’l Muhtasar Fi Alamatil Mehdiyyil Muntazar, səh. 41)

 

  • MEHDİ (Ə.S)-IN GƏLİŞİNDƏN ÜMİD KƏSİLMƏSİ MEHDİ (Ə.S)-IN ÇIXIŞ ƏLAMƏTİDİR

 İNSANLARIN ÜMİDSİZ OLDUĞU VƏ “HEÇ MEHDİ YOXMUŞ” DEDİYİ vaxtda Allah hz. Mehdi (ə.s)-ı göndərər. (Kitab-ul Burhan fi-Alamet-il Mehdiyy-il Axır zaman, səh. 55)

XALQ TAMAM ZÜHURDAN ÜMİDİNİ KƏSDİYİ ANDA O (HZ. MEHDİ (Ə.S)) ZÜHUR EDƏCƏKDİR! Onun zamanında yaşayıb ona kömək edənlər nə xoşbəxtdir! Ona düşmənlik bəsləyib, ona və onun əmrinə qarşı çıxanlara, onun düşmənlərindən olanlara ar olsun! (Şeyh Muhammed ibn İbrahim-i Numani, Gaybet-i Numani səh. 301)

… HZ. MEHDİ (Ə.S) Rəsulullah (s.ə.v)-in bayrağı ilə, insanların başlarına bəla üzərinə bəla yağdığı və ÇIXIŞINDAN ÜMİD KƏSİLDİYİ BİR ANDA ÇIXAR… (Ali Bin Husameddin el-Muttaki, Kitab-ul Burhan fi-Alamet-il Mehdiyy-il Ahir Zaman, səh. 55)

 

  • ÜMİDSİZLİYİN VƏ AĞRILARIN ƏN SIX OLDUĞU DÖVRDƏ ÇIXAR

 Davud ibn Kəsri Rıqqi deyir ki: İmam Əbu Abdullah əleyhissalama belə ifadə etdim: “…Bu əmir (yəni qiyam, hz. Mehdi (ə.s)) çox uzandı belə ki, qəlblərimiz daraldı və dərin kədərdən artıq ölürük”. Buyurdu ki: “BU ZÜHUR, DAHA ÜMİDSİZ VƏ HÜZNÜN DAHA ÇOX OLDUĞU BİR ZAMANDA BAŞ VERƏCƏKDİR”. (Şeyh Muhammed ibn İbrahim-i Numani, Gaybet-i Numani, səh. 208)

… ONUN (HZ. MEHDİ (Ə.S)-IN) ZÜHURU ÜMİDSİZLİK VƏ ÜZÜNTÜ ƏRƏFƏSİNDƏDİR. (Şeyh Muhammed ibn İbrahim-i Numani, Gaybet-i Numani səh. 274)

 

  • İNSANLARIN ƏKSƏRİYYƏTİNİN QƏRARSIZ QALDIĞI BİR DÖVR HZ. MEHDİ (Ə.S)-IN ÇIXIŞ VAXTIDIR

 İmam Sadiqdən: “Zühurundan əvvəlki dövr uzun olduğu üçün yalnız tək bir qrup qərarlı qalacaq və başqa bir qrup “Hələ doğulmadı!” deyəcəkdir. Digərləri isə deyəcəklər ki, “doğuldu və öldü”. Başqa biriləri “İmam Mehdi başqasının bədənində yenidən gəldi və danışır” deyərək günaha girəcəklər”. (Kemal’ud-Din, 2-ci cild, bölüm 34:51)