Mədinə Müqaviləsi müsəlmanların, bütün digər din mənsublarının və müşriklərin haqqlarına və hüquqlarına qarşı qoruyucu rəftarını göstərən tarixin ilk hərtərəfli və ən demokratik konstitusiyasıdır

Mədinə müqaviləsi və demokratik quruluş

Peyğəmbərimiz (s) yazılı şəkildə Mədinə dövlətinin ilk qanunu olan Mədinə müqaviləsi ilə müxtəlif irq, din və qəbilələrdən ibarət şəhərə Ərəbistan yarımadasında daha əvvəl heç görünməmiş demokratik quruluşu və sülh mühitini gətirmişdir.

Həmin qanuna görə, Mədinədə mövcud olan bütün topluluqlar sülh içində bir yerdə yaşayacaqlar. Yaşayışlarını öz din və inancları əsasında quracaqlar. Öz quruluş və qanunlarına fayda gətirməklə bunları tətbiq edəcək gücə sahib olacaqlar.

Mədinə müqaviləsi bundan təqribən 1400 il əvvəl, 622-ci ildə fərqli inanclara sahib xalqların tələblərinə cavab verməklə hz. Məhəmmədin (s) liderliyi ilə qələmə alınıb və yazılı hüquqi müqavilə kimi həyata keçib. Bunun nəticəsində 120 il boyunca bir-birinə düşmən olan fərqli din və irqlərə sahib cəmiyyətlər bu müqavilədə yer tutdular. Hz. Məhəmməd (s) bu müqavilə vasitəsilə hər fürsətdə bir-birilərinə hücum edən və heç cür uzlaşmayan cəmiyyətlərin münaqişələrə son verib rahat şəkildə bir yerdə yaşaya biləcəyini göstərdi.

Mədinə müqaviləsinə əsasən, hər kəs heç bir təzyiq olmadan istədiyi inancı, yaxud siyasi və ya fəlsəfi düşüncəni mənimsəməkdə azad idi. Öz düşüncələrinə sahib insanlarla topluluq qurub öz hüquqlarını tətbiq edə bilərdi. Lakin cinayət törədənləri heç kim qorumayacaqdı. Müqaviləyə razılıq verən qruplar öz aralarında yardımlaşıb bir-birilərinə dəstək verəcəkdilər. Bununla belə, Peyğəmbərimizin (s) himayəsi altında olacaqdılar. Qarşılıqlı tərəflər arasındakı anlaşılmazlıqlara görə Allahın Rəsuluna müraciət edəcəkdilər. Belə ki, müşriklər belə, daima ən ədalətli şəxs kimi Peyğəmbərimizin (s) hakimliyinə üstünlük vermişdilər.