Məbədçilikdən masonluğa keçid

Məbədçilərin tarixi araşdırıldığında, zamanla böyük dəyişmə göstərdikləri dərhal fərq edilər. İlk əvvəllər xristian şəxsiyyətlə ortaya çıxan Cəngavərlər aradan uzun müddət keçmədən, azğın fəlsəfə və təlimlərlə, qaranlıq dünyanın içinə girmişlər. Bu keçid birdən-birə olmamış, bir çox hadisə bu dəyişməni şəkilləndirmişdir.

Məbədçilərin bu böyük dəyişməsində iki ünsür təyin edici olmuşdur. Bunlardan birincisi, təriqət üzvlərinin Müqəddəs Torpaqlarda olduqları müddət boyunca başda Kabbala olmaq üzrə, müxtəlif yəhudi mistik təlim və inanclarını öyrənmələridir. Bu təlimlərə, xaşxaşilərin azğın anlayışı da əlavə olunmuş, beləcə məbədçilərin xristianlıq inancları itmiş, yerini okkultizm (qara cadu və gizliliyə söykənən) inancı almışdı. Yeni inancla birlikdə, məbədçilərin idealları və məqsədləri də dəyişmiş, təriqət işləri yeni bir hədəfə yönəlmişdir.

Təriqətin dəyişməsində rol oynayan ikinci ünsür isə, kasıb cəngavərlərin qısa müddət içində çox böyük maddi imkanlara qovuşmalarıdır. Bu iki ünsür, yəni dünyanı ələ keçirib nəzarət etməyə imkan verəcəyinə inanılan yeni qaranlıq inanc və bunu dəstəkləyən maddi imkanlar, təriqət mənsublarının gözlərini daha yüksək hədəflərə göz tikmələrinə səbəb olmuşdur.

Mistik və sirli inanclar, xüsusilə məbədçilərin yaşadıqları dövrdə böyük əhəmiyyətə malikdir. Çox sayda insan, böyük güclər və ya maddi imkanlar əldə etmək üçün, ovsunlara, qaranlıq güclərə ehtiyac olduğuna inanır. Bu qaranlıq güclərlə əlaqə qurmaq, onları idarə altına almaq, müxtəlif rəqəmlərlə cadulu şifrələr hazırlamaq, təsirli zəhərlər, ölümsüzlük verən dərmanlar hazırlamaq, müxtəlif mədənləri qızıla çevirmək, o günlərin ən elmi işləridir. Məbədçilər də dünyaya hakim olmaq üçün belə qaranlıq güclərin arxasında olmuşlar və özləri də qaranlıq güclərə sahib olmaq üçün şeytandan kömək istəməkdən, ona tapınmaqdan çəkinməmişlər.

Bu qaranlıq dünyaya aid simvollar, mərasimlər, ayinlər, bu iş üçün xüsusi olaraq tikilmiş qalalarda, təriqət tərəfindən bir sistem altına toplanmış və sonrakı bütün gizli axınların rəhbəri olmuşdur. Məhz, uzun illər sürən məhkəmələr nəticəsində bu gerçəklər ortaya çıxmış, məbədçilərin, bir xristian təriqəti olmadığı, bu maska altında, dünyada başqa bir idealı yaymaq üçün çalışdıqları sənədləşdirilmişdir.