Məbədçilərin sirri və Qotik arxitekturası

Namizədliyi St. Bernard tərəfindən dəstəklənmiş olan, II Innocent, Papa seçilincə, Tampliyerlərə verdiyi ilk imtiyaz öz kilsələrini tikmə haqqı idi. Belə bir imtiyaz kilsənin tarixində ilk dəfə görülürdü. Bu imtiyaz, bu gün üçün çox mənası olmasa da, Kilsənin hökm sürdüyü və ən yetkin güc olduğu o dövrdə çox məna ehtiva edirdi. Məbəd cəngavərləri yalnız Papaya qarşı məsul olduqlarından, digər səlahiyyətlilərin (bunların arasında krallar da vardı) idarəsindən xilas olurdular. Əldə etdikləri bu haqla Papaya olan məsuliyyətlərini də minimuma endirmiş olurdular. Öz kilsələrini tikmək demək; eyni zamanda öz vergilərini yığmaq və öz məhkəmələrini meydana gətirmələri demək idi. Ən əhəmiyyətlisi də özlərinə xas dünya görüşlərini də kilsənin heç bir təzyiqi olmadan buralarda reallaşdıra biləcəkdilər.

Bu məqsədlə özlərinə xas arxitektura anlayışı meydana gətirdilər. Bu arxitektura anlayışına “Qotik” adı verildi. Graham Hancock, “The Sign and the Seal” (İşarə və möhür) adlı kitabında Qotik arxitekturanın 1134-cü ildə Şartr Baş kilsəsinin şimal qülləsinin inşası işləri əsnasında doğulduğunu ifadə edirdi. Bu işlərin arxasındakı adam da yenə məbədçilərin ruhani lideri St. Bernard idi. St. Bernard Kabbala anlayışı və məbədçilərin çox əhəmiyyət verdiyi sirlərin bu arxitektura şəklində olmasına çox əhəmiyyət verirdi. Eyni əsər bu mövzunu belə izah edirdi:

“Tampliyerlərin dini öndəri St. Bernard, Qotik arxitekturanın erkən dövründə, bu üslubun yayılması və inkişafında quruluşçu rol oynamışdır. 1134-cü ildə, Şartr baş kilsəsinin şimal qülləsinin inşası əsnasında St. Bernard gücünün zirvələrindədir və bu möcüzə quruluşun inşasında, xüsusilə şimal qülləsinin tikintisində istifadə edilən müqəddəs həndəsə qanunlarını davamlı olaraq əsərlərində vurğulamışdır.”

Bütün Şartr baş kilsəsi, böyük diqqətlə, dərin dini sirlərin bir açarı olaraq, xüsusilə dizayn edilmişdir. Nümunə olaraq; memarlar və bənna ustaları, quruluşun bir çox fərqli yerində, daşlar üzərinə qaranlıq mənalar daşıyan mərasimvari sözləri həkk edərkən “qematria” (əlifbadakı hərflər yerinə ədədlərin istifadə edildiyi qədim ibrani şifrə sistemi) istifadə etmişlər. Eyni şəkildə, dizaynerlər və heykəltəraşlar da, yaratdıqları minlərlə fərqli bəzəmə və fiqurlarda, insan təbiəti, keçmiş hadisələr və İncilin mənası haqqında kompleks mesajları diqqətlicə gizləmişlər. Bir başqa nümunə, şimal qapısı üzərində yerləşən bir səhnədə, bir öküz arabasına yerləşdirilmiş olan Əhd Sandığının bilinməyən bir istiqamətə doğru daşınması təmsil edilir. Silinmiş və köhnəlmiş kitabədə “Hic Amicitur Archa Cederis” (Əhd Sandığı burada gizlidir) sözləri var.”

“Tampliyerlərin arxitektura ustalıqları demək olar fövqəltəbii bir inkişafla, xüsusilə qövslər və iti damlarla diqqət çəkir… İti damlar və qövslər, eyni zamanda Qotik arxitektura nizamının ayırd edici xüsusiyyəti olub, 12-ci əsrdə tikilən Şartr və digər fransız baş kilsələrində diqqətə çarpandır. Bu strukturları, elmi mənada, o dövrün arxitektura məlumatlarından daha üstün olaraq qiymətləndirən mütəxəssislər vardır.”⟦SUP:29 ⟧