Səlib yürüşləri hər nə qədər xristian inancının məhsulu olaraq bilinsə də, əslində təməli tamamilə maddi çıxarlara söykənən olan döyüşlərdir. Avropanın böyük yoxsulluq və səfalət içində yaşadığı bir dövrdə, Şərqin və xüsusilə də Orta Şərqdəki müsəlmanların rifah və zənginliyi, Avropalıları xüsusilə də kilsəni cəzb etmişdir. Bu cazibənin, xristianlığın dini təlimləriylə də bəzənməsi nəticəsində, dini görünüş altında, lakin gerçəkdə dünyəvi məqsədlərə istiqamətli “Xaçlı” zehniyyəti ortaya çıxmışdır. Xristianların, daha əvvəlki dövrlərdə təməldə sülhsevər siyasət izləyərkən, ani dönüşlə döyüşkənliyə meyl göstərmələrinin əsl səbəbi də budur.
Səlib yürüşlərinin başlanğıc nöqtəsi, 1095-ci ilin noyabr ayında, Papa II Urbanın başçılığında və üç yüz din adamının iştirakıyla reallaşan Klermon (Clermon) şurası oldu. Bu şurada o zamana qədər xristian dünyasında hakim olan sülhsevər doktrina tərk edildi və Səlib yürüşlərinin təməli atıldı. II Urban, Klermon şurasının sonunda, fərqli ictimai siniflərə mənsub insanlar qarşısında etdiyi çıxış ilə bu vəziyyəti elan etdi.
Papa II Urban bu məşhur nitqində, xristianlardan öz aralarındakı çəkişmə və döyüşləri buraxmalarını istədi; zəngin, kasıb, “zadəgan”, “kəndli” hər kəsi tək bir bayraq altında birləşməyə və “Müqəddəs torpaqları müsəlmanların əlindən qurtarmaq üçün” döyüşməyə çağırdı. Ona görə bu, “müqəddəs döyüş” olacaqdı.
Tarixçilərin yaxşı natiq olaraq təyin etdiyi II Urbanın məqsədi, xristianları, müsəlman türklərə və ərəblərə qarşı təhrik etmək idi; bunda da müvəffəqiyyətli oldu. Şərqdəki xristianların çətin vəziyyətdə olduğunu, hacıların təcavüz edildiyini və onlara maneə törədildiyini, xristianlar tərəfindən müqəddəs sayılan yerlərə hörmətsizlik edildiyini iddia etdi. Əlbəttə bunlar gerçəklərə tamamilə zidd idi.
Çünki tarixçilərin də ifadə etdikləri kimi, o dövr, müsəlmanlar Əhli Kitaba böyük tolerantlıq və ədalətlə davranır, hər cür ibadətlərinə də icazə verirdilər. Müqəddəs torpaqlarda yaşayan bütün azlıqlar İslam əxlaqının gətirdiyi bu dinc mühitdən faydalanırdılar. Bununla birlikdə o dövrü zəmanəmizlə müqayisə etdikdə son dərəcə primitiv xəbərləşmə və ünsiyyət şərtlərində, Avropalıların bu gerçəklərdən xəbərləri yox idi əlbəttə. (Latınca yerinə yunancanı istifadə edən Bizanslılar Ortodoks məzhəbi haqqında belə az şey bilirdilər; İslamiyyət və müsəlmanlara dair məlumatları isə bundan daha da az idi, səhv, qulaqdan eşitmə şeylərdən ibarət idi.) Bu səbəblə, Papa, dinləyicilərin duyğularını təhrik etməyi bacardı. Üstəlik əhəmiyyətli bir təşviq olaraq, bu səfərdə olanların bütün günahlarının bağışlanacağı vədini verdi. Çıxışının sonunda böyük bir coşğuya qapılan dinləyicilər, paltarlarına tikmələri üçün onlara paylanan parçadan düzəldilmiş xaçları götürdülər və “müqəddəs döyüş” çağırışını hər kəsə eşitdirmək üçün hərəkətə keçdilər.
Tarixin axışına təsir edəcək bu çağırış “fövqəladə” əks-səda oyandırdı. Qısa müddətdə həm professional döyüşçülərin, həm də on minlərlə sıravi insanın qatıldığı nəhəng “Xaçlı ordusu” meydana gəldi.
Bəzi tarixçilər Şərqin zəngin qaynaqlarını istismar etməyi məqsəd qoyan xristian kralların Papaya belə bir “müqəddəs döyüş” çağırışı üçün təzyiq etdiyini ifadə edərlər. Bəzi tarixçilər isə, Papa II Urbanın bu cəhdində, özünə rəqib olan bir başqa papa namizədini kölgədə saxlaya bilmə istəyinin rol oynadığını düşünürlər.
Papanın çağırışına həyəcanla tabe olan avropalı krallar, şahzadələr, aristokratlar və ya digər insanlar da əslində təməldə dünyəvi niyyətlərlə bu döyüş çağırışını qəbul etmişlərdi. Fransız Cəngavərləri daha çox torpaq ümid etmiş, İtalyan tacirləri Şərqi Avropa limanlarında ticarəti böyütməyi xəyal etmiş, çox saydakı yoxsul insan da, yalnız gündəlik çətinlik və sıxıntılardan qaça bilmək üçün bu səfərlərə qatılmışdı. (World Book Encyclopedia, “Crusades”, Contributor: Donald E. Queller, Ph.D., Prof. of History, Univ. of Illinois, Urbana-Champaign, World Book Inc., 1998.) Necə ki, bu aç gözlü kütlə, yol boyunca bir çox müsəlmanı (hətta yəhudini) sırf “qızıl və ləl-cavahirat tapma” xəyalı ilə öldürdü. Hətta xaçlılar, öldürdükləri insanların qarınlarını deşərək, “ölmədən əvvəl udduqlarına” inandıqları qızıl və qiymətli daşları axtararlar. Xaçlıların maddi ehtirası o qədər böyük idi ki, IV Səlib yürüşündə xristian Konstantinopolu (yəni İstanbulu) belə yağmalamaqdan çəkinməmişlər, Ayasofyadakı xristian freskaların (divar rəsmlərinin) qızıl örtülərini sökmüşlərdi.

