Məbədçilərin məqsədi

O dövrdə Qüdsdə məbədçilərdən başqa hərbi təriqətlər də vardı. Ancaq onlar quruluş məqsədlərinə uyğun işlərlə məşğul idilər. Məsələn məbədçilərlə eyni dövrdə qurulan və böyük təşkilat olan St. John cəngavərləri, ya da digər adıyla Malta cəngavərləri təşkilatı xeyir işləri edir, Müqəddəs Torpaqlardakı xəstələ və kasıblara kömək edirdi. Digər tərəfdən, 9 Məbəd cəngavərinin, elan etdikləri kimi, Hayfadan Qüdsə qədər olan bir bölgəni öz başlarına qorumaları fiziki olaraq qeyri-mümkün idi. Məbədçilərin kömək sevərlik deyil, əksinə iqtisadi və siyasi çıxarlar arxasında olduqları açıq idi.

Masonluğun tanınmış adlarından biri olan 33-cü dərəcədən böyük ustad Albert Pike (1809-1891), masonluğun təməl əsərlərindən biri qəbul edilən “Morals and Dogma” (Əxlaq və doqma) adlı kitabında, məbədçilərin həqiqi məqsədini belə açıqlayar:

“1118-ci ildə, aralarında Geoffroi de Saint-Omar və Hugues de Payensin də olduğu, Şərqdəki doqquz Xaçlı cəngavəri özlərini dinə həsr etdilər və Photius zamanından bəri Romanın dini nüfuzuna gizli, ya da açıq daim düşmənlik göstərən bir Yepiskopluq olan Konstantinopolun patriarxının qarşısında and içdilər. Tampliyerlərin elan edilən vəzifəsi, müqəddəs yerləri ziyarətə gələn xristianları qorumaq idi. Gizli məqsədləri isə, Ezekielin xəbər verdiyi modelə uyğun olaraq Süleyman Məbədini yenidən tikmək idi… Məbədçilər, ən başdan bəri Romanın (Papalıq) və onun krallarının suverenliyinə qarşı idi. Məqsədləri, zənginlik və güc əldə etmək və lazım olsa döyüşərək Kabalizm doqmasını yerləşdirmək idi.” (Albert Pike, Morals and Dogma, The Roberts Publishing Co., Washington, 1871.)

Hər ikisi də mason olan İngilis yazıçıları Kristofer Knight və Robert Lomas da, “The Hiram Key” (Hiram açarı) adlı kitabında Məbədçilərin mənşəyi və məqsədlərinə yer verirlər. Onlar Pikenin verdiyi məlumatlara bəzi əlavələr edərlər. Yazıçıların tezisinə görə, Məbədçilər Qüdsdə olduqları dövrdə həqiqətən də böyük dəyişiklik yaşamışlar, Xristianlıq inancı yerinə başqa təlimlər qəbul etmişlər. Bunun təməlində isə, Qüdsdəki hz. Süleymanın Sarayında “kəşf etdikləri sirr” vardır. Onsuz da məbədçilərin Qüdsdəki əsl hədəfləri, hz. Süleymanın sarayının xarabalarını araşdırmaq olmuşdur. Yazıçılar, məbədçilərin “Fələstinə gedən xristian hacıları qorumaq” şəklindəki görünüşünün yalnız bir örtük olaraq istifadə edildiyini, təriqətin əsl hədəfinin daha fərqli olduğunu belə açıqlayırlar:

“Məbədçilərin qurucularının heç vaxt hacıları qoruma təmin etdiklərinə dair heç bir dəlil yoxdur, amma digər tərəfdən Herod məbədinin (Süleyman Məbədinin yenidən tikilmiş halı) xarabalıqları altında araşdırma qazıntıları etdiklərinə dair son dərəcə qane edici dəlillər tapırıq.” (Christopher Knight, Robert Lomas, The Hiram Key, Arrow Books, 1997, səh. 37.)

Bu mövzuda dəlillər tapan yeganə araşdırmaçılar “The Hiram Key” kitabının yazıçıları deyil. Fransız tarixçi Gaetan Delaforge buna bənzər şərhi edir:

“(Məbədçilər təriqətini quran) Doqquz cəngavərin həqiqi məqsədi, yəhudiliyin və qədim Misirin gizli ənənələrinin əsasını təşkil edən qalıqlar və yazıları tapa bilmək üçün bölgədə araşdırma etmək idi. Bu xüsusi vəzifəni yerinə yetirdiklərinə heç şübhə yoxdur” (G. Delafore, The Templar Tradition in the Age of Aquarius; Christopher Knight, Robert Lomas, The Hiram Key, səh. 37.)

19-cu əsrin sonlarında Qüdsdə arxeoloji çalışma icra edən İngilis Kral tədqiqatçısı Charles Vilson da, məbədçilərin Qüds Məbədinin qalıqlarını araşdırmaq üçün oraya getdikləri qənaətinə gəlmişdir. Vilson, məbədin təməllərinin altında bəzi araşdırma və qazıntı izlərinə rast gəlmiş və araşdırmaları nəticəsində bunların məbədçilərə aid vasitələr olduğunu təyin etmişdir. Həmin vasitələr hələ də məbədçilər haqqında böyük arxivə sahib olan Şotlandiyalı Robert Brydonun kolleksiyasındadır. (C. Wilson, The Excavation of Jerusalem, Christopher Knight, Robert Lomas, The Hiram Key, səh. 38.)

“The Hiram Key” kitabının yazıçıları, məbədçilərin bu araşdırmalarının nəticəsiz qalmadığını, bu təriqətin həqiqətən də Qüdsdə, “dünya fikirlərini dəyişdirən” əhəmiyyətli bir şeylər tapdıqlarını yazırdılar. Bir çox tədqiqatçı da eyni qənaətdədir. Məbədçilərin xristian bir dünyada doğulmalarına, xristian mənşədən gəlmələrinə baxmayaraq, xristianlıqdan tamamilə fərqli inanca və fəlsəfəyə bağlanmalarına səbəb olan, onları azğın ayinlərə, qara cadu ayinlərinə yönəldən bir “qaynaq” olmalıdır.

Məhz bu qaynaq, bir çox tarixçinin ortaq fikri ilə, Kabbaladır.

Kabbala, söz mənasıyla “şifahi ənənə” deməkdir. Ensiklopediyalarda və ya lüğətlərdə, yəhudi dininin mistik, ezoterik (qərbi) bir qolu olaraq təsvir edilər. Bu təsvirə görə, Kabbala, Tövratın və digər yəhudi dini qaynaqlarının gizli mənalarını araşdıran bir təlimdir. Ancaq mövzunu bir az daha yaxından araşdırdığımızda, qarşımıza daha fərqli gerçəklər çıxır. Bu gerçəklərin bizə çatdırdığı nəticə isə, Kabbalanın, yəhudiliyin təməli olan Tövratdan da əvvəl var olan, Tövratın vəhy edilməsindən sonra yəhudiliyin içində yayılan, “kafir” yəni bütpərəst mənşəli bir təlim olduğudur.

Kabbalada, minlərlə ildir hər cür cadu ayinlər təməl daşlarından birini meydana gətirmişdir. Yəhudi olmayan bir çox insan da Kabbalanın sirrindən təsirlənmiş, bu təlimi istifadə edərək cadu ilə məşğul olmuşdur. Məbədçilər də bunlardandır; “cadu gücünə sahib olmaq” üçün Kabbala üzərində işlər görmüşlər. Üstəlik gərək Qüdsdə, gərəksə Avropada Kabbalaçılarla əlaqələrini davam etdirmişlər. (İrəlidəki hissələrdə əhatəli olaraq nəzər salacağıq.) Bu fikir, mövzunu araşdıran bir çox araşdırmaçı tərəfindən paylaşılır. (Alan Butler, Stephen Dafoe, The Templar Continuum, Templar Books, Belleville-Ontario, 1999, səh. 70.)