Məbədçilər və Kipr adası arasındakı əlaqəni anlaya bilmək üçün III Səlib yürüşünü başladan hadisələri nəzərdən keçirmək lazımdır. 4 iyul 1187-ci ildə Luzuinyalı Qay həbs edilmiş və Qüds Səlahəddin tərəfindən ələ keçirilmişdi. Sonra Qay bir daha hücum etməyəcəyinə and içərək sərbəst buraxıldı.
Qüdsə təkrar girilmə qərarı almağına, Fransa və İngiltərə tərəfindən verilmiş və xristian dünyası üçün əvvəlcə liman şəhəri olan bir sahənin ələ keçirilməsi lazım olduğu düşünülmüşdü. Bu sahə Əkka olacaqdı. Bu məqsədlə Fransa kralı Filip və İngiltərə kralı Şirürəkli Riçard dənizdən yol almağa başladılar. Riçard, donanmasına Kiprin alınması əmrini verdi.
Riçardın Kipri ələ keçirməsinin ardından məbədçilərin ustadı olan Robert de Sable səhnəyə girdi və Riçarda adanı ondan satın almağı təklif etdi. Riçard adaya 100.000 bezant (Bizansın qızıl pul vahidi) kimi böyük pula satmağı dərhal qəbul etdi. Məbədçilərin ustadı De Sablenin Hıttin itkisindən sonra çox sürətli şəkildə 40.000 bezant pulu nağd ödəməsi nə qədər böyük sərvətləri olduğunu göstərir.
1291-ci ildə Əkkanın məğlub olması və Fələstindəki Xristian varlığının tamamilə bitməsi ilə, Əkkadan ayrılan Məbəd cəngavərlərinin bir hissəsi Kipr adasına yerləşdi. Kipr adası Məbədçilər üçün mərkəz halına gəldi. Kipr yalnız keçici baza idi. Məbədçilərin uzun müddətdir Tevton cəngavərlərinin Avropanın yuxarı qisimlərində sahib olduqlarının bənzəri bir şahzadəlik istədiklərini hər kəs bilirdi. Onların istədiyi bu yer isə tam Avropanın ortasında, böyük ehtimalla Fransa torpaqları içində idi.
Məbədçilərin geri qalan hissəsi Fransadakı ustadlarının başçılığında Avropada fəaliyyət göstərməyə davam etdilər. Sərhədsiz sərbəstliyə sahib idilər. Böyük ustadları krala yaxın haqlara sahib idi. Sərhədlərinin ən geniş dövründə şimalda Danimarkadan cənubda İtaliyaya qədər hər bölgədə torpaqları vardı. Çox böyük və döyüşçü orduları vardı. Bu böyük əsgəri və siyasi güc, şübhəsiz Avropadakı kralları narahat edir və gələcəkləri baxımından təhlükə olaraq görülürdü. Üstəlik iqtisadi olaraq o qədər güclü idilər ki; Avropadakı xanədanlıqlar arasında məbədçilərə borclu olmayan yox idi.
“Həqiqətdə İngilis taxtı xronik bir şəkildə Tampliyerlərə borclu idi. Kral John və 1260-1266-cı illəri arasındakı hərbi səfərlərdə xəzinəsi tükənən III Henry həmişə məbədçilərdən borc almışdı.” (Ferris, The Financial Relations of the Knights Templars to the English Crown, səh. 10.)
“…Fransadakı Paris binası eyni zamanda həm dövlətin həm də təriqətin zənginliyini saxlayan ən əhəmiyyətli krallıq xəzinəsi idi və cəngavərlərin xəzinədarı eyni zamanda Kralın da xəzinədarı idi. Fransa krallığının bütün pul vəsaiti buraxan beləcə Tampliyerlərin boyunduruğu altına girmiş və Tampliyerlərə bağlı idi…” (Michael Baigent, Richard Leigh, The Temple and the Lodge, London: Corgi Books, 1990, səh. 69.)

