1997-ci il masonlar baxımından çətin bir dövr idi. İlk dəfə mason məbədlərində gizli çəkilişlər reallaşdırıldı və bu görüntülər “Kanal 7” televiziyasında günlərlə nəşr olundu. İki ayrı lojada çəkilmiş olan gizli kamera görüntüləri həm Türk xalqını, həm də yüksək dərəcələrə çatmamış masonları şok etdi. Bu gizli kamera görünüşlərinin birində, yalnız 33-cü dərəcədən masonların qatıla bildiyi “şeytana tapınma ayini” icra edilirdi. Ayini idarə edən Böyük ustad, lojanın ortasında kəsilən bir keçinin qanını içir və ibrani dilində bəzi dualar oxuyaraq şeytana tapınma ayinini nəticələndirirdi. Digər görüntülərdə isə masonluğu qəbul edilən iki yeni adamın sinəsinə, masonik ayinlərinə görə qılınclar dayadılır, bunlar açıq şəkildə ölümlə təhdid edilirdi. Eyni lojada yazılmış digər bir görüntüdə isə masonlar tərəfindən davamlı olaraq inkar edilən masonik nikah mərasimi vardı.
Masonlarla əlaqədar gizli kamera görüntülərinin nəşr olunması ilə birlikdə masonluq, gündəmin ən üst sıralarına yüksəldi. Mövzunun üzərinə gedən digər bəzi qəzet və jurnallar əhəmiyyətli şərhlər etdilər. Aşağıda bu şərhlərin bəzilərini çatdırırıq:
7 yanvar 1997-ci il bazar ertəsi… “Kanal 7” xəbər saatına baxırıq. Günün əhəmiyyətli hadisələri sıralanır və günün bombası partlayır: “Türkiyədəki 33-cü dərəcədən masonların ayin mərasimlərindən maraqlı görüntülər.” …Masonların nə olduqları, kimə xidmət etdikləri, nə növ fəaliyyət göstərdikləri bilinir. Lakin çox gizli iş metodu tətbiq etdikləri üçün ifşa edilmirdilər. …Masonlar gün işığına çıxdı. Yüksək səviyyə bürokratlar və seçilmişlərin girə bildiyi mason lojalarının ayinlərini izləyərkən dəhşətə düşdük. Şeytana tapınanların dinlədiyi musiqi, başdan aşağı ağ geyimlər, qılınclar, altı bucaqlı ulduz və kəsilən keçi. Kəsilən keçinin qanının qədəhə doldurulması, başının bir çubuğa keçirilərək yandırılması və baş masonun ibrani dilindəki duaları. Bütün bu qəribə səhnələr Türkiyənin göbəyində və İstanbulda yaşandı. Mərasimdə iştirak edənlərə etdirilən andlar və istifadə edilən sözlər içindən çıxılamayacaq növdən… “Uca Kadoş cəngavərləri, verdiyin sözü yerinə yetirməzsənsə, ürəyin, bədənin vəhşi atlar tərəfindən parçalansın. Bədənin kül halına gəlsin. Bu küllər dörd tərəfdən əsən küləklərlə dağılsın…”
Əllərinə keçən, rahatlıqla “Dünyada ilk dəfə reallaşan bir jurnalist hadisəsi” deyə biləcəkləri gizli kamera ilə çəkilmiş bir filmi, cümə günündən bu yana ekranlara daşıyan “Kanal 7” rəhbərliyi başlarına gələni anlamaqda çətinlik çəkir. Necə çətinlik çəkilməsin; bir mason lojasında gizlicə çəkilmiş, üç namizədin təşkilata girişi ilə əlaqədar mərasim və bir başqa mason nikah mərasimi, mediada heç maraq görmədi. Nə bir başqa kanal çəkilişdən görüntülər yayımladı, nə də bir qəzet və jurnal, mövzunu sütunlarına daşıdı. Tam bir səssizlik. Halbuki dini nikahın müzakirə edildiyi bir mühitdə mason nikahı diqqəti cəlb etməli idi. Əslində səssizliyin səbəbi “Kanal 7”-nin gizli çəkilişlərində də aydın olur. Mason təşkilatına girərkən sanki dini bir ayin yaşayırlar. Gizli kameranın girə bilmədiyi bir düşüncə otağında bir müddət tutulur, sonra əyilməyə məcbur edilərək bir ensiz taxtanın altından keçirlər. İçəridə gözləri bağlı ikən, əlləriylə yoxlamaları istənən bir qılınc sinəsinə dirənir. “Burada öyrəndiklərini çöldə açıqlasan nəticəsinə dözərsən” mesajı bir dəfə daha şifahi olaraq çatdırılır. Gözlərini açar açmaz gördükləri “qardaşlar” hər hərəkət və danışıqlarından əvvəl əllərini boğazlarına apararaq kəsmə işarəsi edən insanlardır. (Fehmi Koru, Zaman, 18 yanvar 1997)
“Kanal 7” neçə gündür masonluq ilə əlaqədar görüntülər verirdilər. Dünya tarixində ilk dəfə reallaşan bir jurnalistika müvəffəqiyyətidir bu. Bir masonun lojaya qəbulu gizli kamera ilə əldə edilmiş görüntülər vasitəsilə ictimaiyyətə çatdırılır… Mediamızda, ya da açıq çağırış edilməsinə baxmayaraq masonlarda ən kiçik bir tərpənmə yox… Yer üzünün bilinən ən qədim və ən davamlı təriqəti ilə əlaqədar görüntülər “Kanal 7” ekranlarında verilməsinə baxmayaraq, hələ də bir televiziya kanalı, bu görüntülərə… maraq göstərmədi… “Kanal 7”-nin günlərdir şərh gözlənməsinə, masonluq ayinindən inanılmaz görüntüləri ekrana gətirməsinə baxmayaraq heç səs çıxmamasında, reaksiya verilməməsində, hələ də medianın hadisəni tamamilə görməməzlikdən gəlməsində, bu dünyanın içində var olan təsirli adların, lojalarına qarşı etdikləri sədaqət andının payı varmı deyərsiniz? (Şükrü Kanber, 17 yanvar 1997, Milli Gazete)
Bu görüntülərin televiziyalarda göstərilməsinin ardından masonluqdan daha əvvəlki illərdə ayrılan, ancaq özlərinə ayrıldıqlarına dair heç bir sənəd verilməyən Mömin Qılınc və Öndər Aktaç, kameraların qarşısına keçərək mason lojalarındakı çirkli işlər haqqında əhəmiyyətli şərhlər etdi.
Mövzu TBMM (Türkiyə böyük millət məclisi) də gündəmə gəldi. Tokat millət vəkili Əhməd Fevzi İnceöz, mason lojaları mövzusunda Daxili İşlər Nazirliyinə təklif verdi. Təklifdə, televiziyalara əks olunan görüntülərə söykənərək bu açıqlama edilirdi:
Görüldüyü kimi, “Böyük Mason Məhfili Dərnəyi” adı altında fəaliyyət göstərən mason dərnəyi, dövlətimizin təhlükəsizliyini və milli mənfəətlərimizi təhdid edən, insanların açıq şəkildə təhdid edildiyi, təhlükəsizlik məntəqələrini idarə edən və yoxlamasından qaçan, içində qeyri-qanuni evliliklərin qıyıldığı, üsulsuz pulların toplanıb xərcləndiyi, icazəsiz silahların olduğu bir mərkəz vəziyyətindədir. Həqiqi rəhbərlik mərkəzi xaricdə olan, beynəlxalq quruluşu olan, milli mənfəətlərimiz və dövlət təhlükəsizliyimiz baxımından çox təhlükəli olan bu təşəkkülün fəaliyyətlərinin dayandırılması lazımdır.
Ancaq başda ifadə etdiyimiz kimi bütün bu çağırışlar cavabsız qaldı. Masonlar mövzu haqqında heç bir şərh etməyərək və idarələri altındakı medianı mövzudan uzaq tutaraq gündəmin dəyişməsini təmin etdilər. Bir-birlərinə “Kadoş cəngavəri” (İntiqam cəngavəri) olaraq xitab edən bu dövrümüzün məbədçiləri, əsrlərdir etdikləri kimi yenə yeraltında qalmağa başladılar.

