Məbədçilərin əsl üzü

Məbədçilər, missioner xristian təriqəti görünüşündə, cahil xalqın gözünü boyayaraq böyük və haqsız şöhrətə qovuşmuşlar. Xalq üçün onlar, xristianlığın qoruyucusu, kasıbların köməkçisi, üstün əxlaqi dəyərlərə sahib bir əziz və bir növ dastan qəhrəmanıdırlar. Bu saxta imic o qədər güclüdür ki, məbədçilər, heç narahat edilmədən, xristianlıqla tamamilə zidd həyatı davam etdirməyi bacarmışlar, ticarət, talan etmə, bankirlik kimi fəaliyyətlərlə əldə etdikləri hədsiz qazancların yanaşı, edilən hədiyyələrlə də, sərvətlərinə sərvət qatmışlar. Bu vəziyyəti az çox fərq edən kəslər isə, bu güclü təşkilata qarşı gəlməyə cəsarət edə bilməmişlər. Fransa Kralı IV Filippe isə doğru yoldan çıxmış məbədçilərin əldə etdikləri maddi gücün ortaya çıxara biləcəyi təhlükələrdən qorxmaqdadır.

Məbədçilərin həqiqi üzünü ortaya çıxartmanın vaxtı gəlmişdir. 18-ci əsrdən qalma, masonik bir sənəddə bu izah edilir:

“Bir çox döyüşçünün yorğunluğa, itkilərə və də fəlakətlərə baxmayaraq inanclarını isbat etdiyi bu döyüş, məbədçilər üçün qənimət əldə etmə və şöhrət qazanmaq üçün bir fürsət oldu. Bir neçə göz oxşayan hərəkətlə özlərini göstərdilərsə də, müttəfiqləri belə talan edərək əldə etdikləri qənimətlərlə özlərini zənginləşdirmələriylə, ehtişam və əzəmət mövzusunda səltənət sahibi bir şahzadəyə rəqabət edəcək qədər qürurlu olmalarıyla…, son olaraq, Dağların Yaşlı Adamı Xaşxaşilərin kralı adındakı, qorxunc və qan tökücü Kralla əməkdaşlıq etmələriylə birlikdə, məqsədləri şübhə olmaqdan çıxdı.”

Məbədçilər, kütlələr üzərində yaratdıqları saxta müsbət imicə güvənərək, gizli təlimlərini yaymaq və tətbiq etmək mövzusunda get-gedə daha rahat və yelbeyin davranmağa başlamışlar; bu da azğınlıqlarına şahid olan və dilə gətirən kəslərin sayını artırmışdır.

Məbədçilərin, gizli mərasimlər üçün gizləndikləri xüsusi qalalarda yaşananlar, həm yerli xalqın, həm üst səviyyə kilsə idarəçilərinin həm də krallığın marağına səbəb olmuşdur. Papalıq, xüsusi icazəsiylə hərəkət edən, ancaq üzərində heç bir idarə qura bilmədiyi bu qrupun, dindən kənar həyat yaşadığından demək olar əmindi.

Məbədçilər haqqında çox sayda şikayət və söz-söhbət yayılmağa başlamışdır. Dindar bir təriqətin böyük gizlilik içində hərəkət etməsi, səhv və qadağan bir şey etdikləri iddiasını gücləndirmişdir. Cəngavərlərin acgözlüyü, vicdansızlığı, sərvət ehtirasları və hirsləri geniş şəkildə bilinir. Həmçinin qalalarda təşkil edilən gizli mərasimlər, şeytana tapınma ayinləri, əxlaqdan kənar əlaqələr xalqın dilinə düşmüşdür.

Bütün bu gerçəklər, qalalarda xidmət edən, ya da qalalara yaxın yerlərdə yaşayan xalqın qorxunc müşahidələriylə birləşincə Papalıq çox çətin vəziyyətdə qalmış, nə edəcəyini çaşmışdır. Xüsusilə 1305-ci ildə Papa olan və mövzuyla birinci dərəcədən maraqlanan V Clement, məbədçilər tərəfindən xristianlığın, bu səbəbdən Vatikanın uğrayacağı zərəri hesablayır və bu hadisəni ən yüngül şəkildə sovuşdurmanın yollarını axtarır. Fransa kralı və yerli dini təşkilatlardan gələn təzyiqləri də dayandırmaq məcburiyyətindədir. Eyni il, məbədçilərin lideri olan Jacques de Molay, Kiprdə döyüş hazırlıqları içində olmasına baxmayaraq Fransaya geri çağırılmış və Papa tərəfindən, bu ittihamları araşdırması üçün vəzifələndirilmişdir.

Fransa kralı üçün bu qəbul edilə biləcək bir vəziyyət deyil, buna görə dərhal hərəkətə keçmiş və bir qanun çıxardaraq 13 oktyabr 1309-cu ildə, ölkəsindəki bütün məbədçiləri həbs etdirmişdir. Fransada məbədçiləri mühakimə edən məhkəmədə, yönəldilən ittihamlar bunlardır:

1) Təriqətə giriş mərasimində, namizədlərdən hz. İsanı, Allahı və müqəddəs şeyləri inkar etməsi istənilir.

2) Təriqət üzvləri mərasimlər əsnasında xristianlıq tərəfindən müqəddəs sayılan xaç, müqəddəs fiqurlar kimi şeylərə tüpürmək, ifrazatını etmək kimi iyrənc üsullara müraciət etmişlər.

3) Bədənin müxtəlif bölgələrinə tətbiq olunan və “The Oscolum Infame”, ya da “Utanc Öpüşü” adı verilən mərasim tətbiq olunur.

4) Xeyir-dua mərasimi edilmir və buna inanılmır.

5) Qardaşlar bir pişik və ya baş fiquruna tapınırlar.

6) Təriqət üzvləri homoseksuallığı təşviq edir və tətbiq edirlər.

7) Böyük ustad təriqət üzvlərinin günahlarını bağışlayır, onları Qaya günahdan qurtarır.

8) Təriqət üzvləri qəbul mərasimlərini və azğın tətbiqlərini gecələri, gizlicə edirlər.

9) Məbədçilər, varlıq əldə etmək və zənginliklərini artırmaq üçün qanundan kənar yollara müraciət etmiş və kilsə qaydalarının xaricinə çıxmışlar.