Əldəki sənədlər və edilən ittihamlar məbədçiliyin sıravi cəngavər təriqəti olmadığını ortaya qoyur. Bu iddialar birləşdirildiyində ortaya kimsənin gözləmədiyi qaranlıq bir mənzərə çıxdı. Qarşımızda fərqli azğın inanclarıyla, qorxunc üsullarıyla, hiyləgər strategiyalarıyla, geniş diametrli və irəliyə doğru planlarıyla, böyük bir hazırlıq içində olan, o günə qədər tayına rast gəlinməmiş təhlükəli təşkilat vardı.
Məbədçilərin, Orta Şərqdə olduqları dövrdə müxtəlif inanclara bağlı axınlarla, mistik təriqətlərlə, mistika və cadugərlərlə əlaqə qurduqları bilinir. Məsələn məbədçilər o dövrdə Orta şərqdə çox təsirli olan və müsəlmanlar tərəfindən də azğın olaraq bilinən xaşxaşilərlə yaxın əlaqədə olmuş, onlardan bəzi mistik təlimləri, təriqət təşkilatlanmasını, vəhşi üsulları öyrənmişlər. Həmçinin sonrakı hissələrdə də görəcəyimiz kimi yəhudi Kabbalasına bağlı mistik təlimlər, boqomillərin təsiri, satanizm kimi azğın meyllər, məbədçilərin inanc və üsullarının əsasını təşkil etmişdir. Bu çərçivədə təriqətin xüsusilə üst addımı xristianlığı tərk etmiş, satanizmi və Kabbala mistisizmi təməl alan bir anlayışa yönəlmişdir. Məbədçilərə görə hz. İsa başqa bir dünyada hökm sürən və bu dünyada çox gücü olmayan bir tanrıdır, buna görə onun yerini, maddi dünyanın əfəndisi olan şeytan almışdır.
Təriqətə qəbul mərasimi əsnasında yeni namizədlərin qaydalara görə Allahı, hz. İsanı və əzizləri rədd etmələri, hz. İsa və müqəddəs dəyərlər üzərinə bir çox hörmətsizlik etmələri, xaça tüpürmələri və ifrazatlarını etmələri, daha köhnə olan Məbəd cəngavərləri tərəfindən ağızlarından, göbəklərindən və ombalarından, “Oscolum Infame” ya da “Utanc öpüşü” adı verilən üsulla öpülmələri, homoseksuallığın və cinsi pozğunluqların sərbəst buraxılması, Böyük Ustadın hər cür səlahiyyətə sahib olması, Kabbala ilə simvolizminə və cadu mərasimlərinə baş vurmaları təriqətin, xristianlıqdan çıxaraq, tamamilə azğın bir təriqətə çevrilmiş olduğunun açıq dəlilləri idi. Cinsi azğınlıqlarının yanında Məbədçilərin digər gizli bir istiqaməti daha ortaya çıxmışdır. Sorğudan keçirilən bəzi məbədçilər öz aralarında etdikləri mərasimlər əsnasında bir növ bütlərə tapındıqlarını etiraf etmişlər, bunun nə olduğu ilk başda aydın olmamış olsa da, sorğulamalar davam etdikcə Məbəd cəngavərlərinin açıq-aydın şeytana tapındıqları ortaya çıxmışdır. Məbədçilərin tapındıqları büt, daha sonra Şeytan Kilsəsinin də simvolu olacaq olan Bafomet adlı keçi başlı şeytanın simvolik fiqurudur. Peter Underwood tərəfindən yazılan “sehrli qüvvələr və fövqəltəbii hadisələr” lüğətində Bafomet termini bu şəkildə açıqlanır:
“Bafomet, Məbəd cəngavərlərinin tapındığı tanrı idi və qara caduda pisliklərin qaynağı və yaradıcısı idi; Sabbath cadugərlərinin satanik keçisi idi…”
Məbədçilərin demək olar ki, hamısı, sorğu əsnasında Bafometdən bəhs etmiş və ona tapındıqlarını etiraf etmişlər. Bu bütü, uzun saqqal və parlaq gözlərə sahib qorxuducu bir insan başı olaraq təsvir etmişlər, bunun yanında pişik və kəllə skeleti bütlərindən də bəhs etmişlər. Ortaq fikir isə bu bütlərin ümumiyyətlə şeytan və şeytana tapınmağı təmsil etdiyi istiqamətindədir. Məbəd cəngavərlərinin tapındıqları Bafomet adlı şeytan, o tarixdən bu günə qədər şeytana tapınmanın simvolu halına gəlmişdir. Dövrümüzdə Bafomet ilə əlaqədar ən detallı məlumat isə 19-cu əsrin əhəmiyyətli Okkultizm və Kabbalistlərdən olan Eliphas Levidən gəlmişdir. Levi, Bafomet ilə əlaqədar etdiyi şəkil və təsvirlərdə onu ümumiyyətlə iki sifətli, insan bədəninin üstündə keçi başı ilə və qanadlarla göstərmişdir. Bafometin insan bədəninin üst hissəsi bir qadına, altı isə bir kişiyə aiddir.
Bütün bu etiraflar və ortaya çıxan gerçəklər nəticəsində məbədçilərin çoxu həbsə məhkum edilmiş, məbədçilərin həqiqi üzü də daha açıq bir şəkildə ortaya çıxmağa başlamışdır. Məhkəməyə edilən etiraflarda təriqət üzvlərinin hz. İsaya inanmayıb onu “saxta peyğəmbər” olaraq gördükləri, təşkilata giriş mərasimi əsnasında və daha sonrakı mərhələlərdə homoseksual tətbiqlər etdikləri, müəyyən bir bütə tapındıqları, satanizm üsullarını tətbiq etdikləri qeydlərə keçmişdir. Məbədçilərin homoseksual əlaqələri haqqında çox şey deyilmiş, təriqətin gerbində, bir atın üzərində oturmuş iki döyüşçü şəkilinin də bunun göstəricisi olduğu ifadə edilmişdir. Umberto Eco, “Foucault Sarkacı” adlı romanında, təriqətin bu istiqamətini vurğulamışdır.
Bu ciddi etiraflar nəticəsində Papa 72 məbədçini öz hüzurunda yenidən sorğulamışdır. Bu sorğuda doğrunu söyləmək üçün and içən məbədçilər, əvvəlki etiraflarının doğru olduğunu təsdiq etmişlər. Yəni məbədçilər hz. İsanı rədd etdiklərini, təriqətə qəbul edilərkən xaça tüpürdüklərini, və digər Kilsə qeydlərindəki ifadəyə görə “qorxunc və iyrənc” şeyləri etdiklərini etiraf edib təsdiqləmişlər. Daha sonra da diz çöküb, ağlayaraq üzr istəmişlər.
Sorğular nəticəsində ortaya çıxan gerçəklər, bu azğın təriqətin qadağan edilməsinə və Böyük ustad Jacques de Molayın 1314-cü ildə xaç üzərində yandırılaraq edam edilməsinə gətirib çıxarmış, fərqli ölkələrə qaçmağı bacarmış olan məbədçilər təqib edilmişlər. Fransa xaricində, İtaliya, Almaniya, İngiltərə kimi ölkələrdə də məbədçilər sorğulanmış, bəzi ölkələr isə müxtəlif səbəblərlə onları qorumaqdan imtina etməmişlər. Xüsusilə İngiltərədə Kral II Edward 10 noyabr 1307-ci ildə Papaya yazdığı məktubla, məbədçiləri qorumuş və onlara qarşı bir şey etməyəcəyini ifadə etmişdir. Ancaq iki il sonra, V Clementin etdiyi sorğu və Papalıq bəyannaməsində keçən ifadələr nəticəsində məbədçiləri mühakimə etməyi qəbul etmişdir. Papalıq tərəfindən nəşr olunan sənədə görə məbədçilər “bilinən azğınlığa aid deyilə bilməyəcək günahlar və nifrət oyandırıcı cinayətlər” işləmişlər və bu vəziyyət, hər kəs tərəfindən bilinir.
Nəticədə, 1312-ci ildə toplanan Viyana Konsulunun qərarı ilə məbədçilik bütün Avropada qadağan edilmiş, tutulan üzvləri cəzalandırılmışdır. Papa V Clementin 22 mart 1312-ci ildə nəşr etdiyi və tarixə “Vox en excelso” adıyla keçən fərmanı ilə təriqətə paylanmış və kağız üzərində rəsmi olaraq tarixdən silindiyi qəbul edilmişdir:
“… Dinlə! Hiddətlənməyə məcbur edilmiş peyğəmbər: Şəhərin xalqından bir səs! Məbəddəki bir səs! Dəyərsizlikləri pisliklərinə görədir. Onları evindən çölə at, köklərinin qurumasına icazə ver, onların meyvə vermələrinə icazə vermə və bu evin, ağrıdan büdrəyən sütunları olmasına, ya da can yandıran bir tikan olmasına icazə vermə.
Yaxın keçmişdə, baş yepiskop seçkiləri zamanında, Lyondakı tac qoyma mərasimindən əvvəl və sonra Məbəd cəngavərlərinin müəllimləri, rəhbərliyi və qardaşları tərəfindən gizli təhdidlər almışdı.
Roman Kilsəsi bu adamları şərəfləndirdi, Məbəd cəngavərlərini xristianların düşmənlərinə qarşı silahlandırdı və onları xüsusi bir şəkildə dəstəklədi. Bunlara ən yüksək səviyyədə vergilər verildi. Ancaq xristianların düşmənlərinə qarşı olduqları zənn edilən bu qrupun qarşısında əslində hz İsa var. İnanclarını dəyişdirən bu kafirlər (Məbəd cəngavərləri) günahın içinə düşmüşdü, çox pis vərdişləri olan bütpərəstlikləri, ölümcül nəticələrə gətirib çıxaran homoseksuallıqları və digərləri…”

