Məbədçilər, inqilablar, cinayətlər və mafiya

Məbəd cəngavərlərinin gizli tarixini və bu təşkilatın masonluğa necə çevrildiyini əvvəlki hissələrdə araşdırdıq. Şübhəsiz, Məbəd cəngavərləri ilə masonluq birə-bir eyni təşkilatlar deyil, ancaq sahib olduqları fəlsəfə eynidir. Bu fəlsəfə, xristianlıq (və ya İslam) kimi İlahi dinlərin yerinə bütpərəst bir inancı və dünya görüşünü yerləşdirməyi məqsəd qoyan, bu hədəf üçün hər cür dini inancı və təşkilatı hədəf alan, mistisizm və okkultizm boyasına batmış materializmə söykənən, azğın təlimdir.

Məbədçilərdən miras qalan bu təlim, masonluğun əsasını meydana gətirir. Masonluq, bu bütpərəst təlimi ən yüksək dərəcələrdə tam olaraq açıqlayır, daha alt dərəcələri isə addım-addım açıqlayar. Masonların qlobal strategiyası isə bəhs etdiyimiz təlimi, mümkün ola biləcək ən cazibədar şəkildə, geniş kütlələrə təlqin etmək və bu təlimin qarşısında dayanan gücləri ortadan qaldırır.

18-ci əsrdən bu yana Qərb dünyasında inkişaf edən bəzi fikri axınların və siyasi hərəkətlərin pərdə arxasında, məhz masonluğun bu qlobal strategiyası yatır.

İngilis tarixçisi Michael Howard, “The Occult Conspiracy” (okkultizm sui-qəsdi) adlı kitabında, məbədçi ənənədən gələn masonluq, Qızılgül-Xaç, İllüminatlar kimi okkultizm (gizli) dərnəklərin, Qərb mədəniyyətini xristianlıqdan əvvəl bütpərəst mədəniyyətə geri çevirmək üçün icra etdikləri uzun mübarizəni izah edir. Kitabın girişində mövzu belə açıqlanır:

“Gizli dərnəklərin və okkultizm qruplarının (bunlar qədim gizli təlimlərin qoruyucusudurlar) millətlərin tarixi üzərində minlərlə ildir olduqca güclü və çox vaxt da həyati rol oynadıqları çox az bilinən bir gerçəkdir. Masonlar, Məbəd cəngavərləri və ya Qızılgül-Xaçlar olaraq, bu gizli dərnəklər Fransız və Amerikan inqilablarının axışını və bir o qədər də Orta əsrlər nizamının yıxılışına təsir etmişlər… Nasistlər, İngilis təhlükəsizlik gücləri, Amerikanın qurucuları və hətta Vatikan, bütün bunlar bu və ya başqa şəkildə gizli sui-qəsdində rol oynamışlar.”

Hovardın da ifadə etdiyi kimi, bu mübarizə tək bir qəlib içində deyil. Neo-bütpərəst ənənədən doğan fəlsəfi və ya siyasi axınlar; Fransız İnqilabını hazırlayan “marifləndiricilər”dən bütün Avropada sosialist inqilabı etmək istəyən Bavyera İllüminatlarına, Nazı partiyasının təməllərini atan Alman irqçilərindən İtalyan milli birliyinə liderlik edən Carbonari təşkilatına qədər geniş şəkildə uzanır. Bu axınlar arasında əhəmiyyətli fərqlər olmasına baxmayaraq demək olar ki, hamısı, dinin cəmiyyət həyatından xaric olması, dini inancların yerinə materialist və naturalist fəlsəfənin mənimsənməsi və dini təşkilatların təzyiq altına alınması kimi təməl bəzi nöqtələrdə ittifaq edir. Məhz masonluq, bu təməl ittifaq nöqtəsi üzərində 18-ci əsrdən bu yana fərqli şəkillərə girmiş, öz bünyəsinə fərqli siyasi və ya fəlsəfi axınlardan insanlar qatmışdır. (Hətta, yuxarıdakı sitatda də ifadə edildiyi kimi, masonluq Vatikana da sızmış və bu təşkilatı öz fəlsəfəsinə görə istiqamətləndirməyə çalışmışdır.)

Masonluğun bir başqa qeydə dəyər istiqaməti isə, üzvləri üçün əhəmiyyətli mənfəət vasitəsi meydana gətirməsidir. Bu təşkilat bütpərəst (və dolayısilə dünyəvi) olduğuna görə, üzvlərinin idealist hədəflərdən çox dünyəvi qazanclar arxasında olması təbiidir. Bu səbəblə masonluq bir tərəfdən fəlsəfi kimi görünən mübarizə icra edərkən, bir tərəfdən də siyasi və iqtisadi çıxar mərkəzi olmuşdur. Eynilə məbədçilərin bir tərəfdən bütpərəst təlimin təqibçiliyini edərkən bir tərəfdən də Avropanın ən zəngin bankirləri halına gəlmələri kimi masonluğun irəliləyən səhifələrdə araşdıracağımız “mafiya əlaqəsi”nin təməlində, təşkilatın bu xüsusiyyəti yatır.

Masonluq təbiəti gərəyi gizli təşkilat olduğu üçün, təşkilatın tarixdəki bütün fəaliyyətlərini bir-bir ortaya qoymaq mümkün deyil. Tək çözüm, aysberqin görünən qisimlərini tapmaq və buradan yola çıxaraq aysberqin hamısını təxmin etməyə çalışmaqdır. Bu hissədə, məhz bu məntiq içində, masonluğun son iki əsrin tarixində buraxdığı bəzi izləri araşdıracağıq.