Məbədçilərin ən diqqət çəkici xüsusiyyəti, gizliliyə son dərəcə əhəmiyyət vermələri idi. Quruluş ilə bağlanma arasında keçən iki əsr boyunca, bu qanunlarından əsla güzəştə getmədilər. Bu isə ağla, məntiqə və sağlam fikrə tərs bir vəziyyət idi. Çünki belə bir gizlilik üçün heç bir səbəb yox idi. Əgər söylədikləri kimi Katolik Kilsəsinə bağlı idilərsə, onsuz da o dövrlərdə Avropa tamamilə Katolik Kilsəsinin suverenliyi altında idi. Əgər xristianlığın ehtiyaclarını yerinə yetirirlərsə, saxlanacaq, gizlənəcək heç bir şey yox idi; sirliliyin heç bir mənası yox idi. Yalnız bu belə Kilsənin tətbiq və təlimlərinə zidd işlər etdiklərini göstərirdi. Yəni, gizliliyi təməl qanun əldə edən xeyriyyəçi və kömək sevər təşkilat düşünülə bilərmi?
Məbəd cəngavərlərinin öz içlərində uyğun gələn və başqa heç bir yerdə olmayan möhkəm intizam qaydaları vardı. Hər şeydən əvvəl çox qatı əmr zənciri vardı. “Ustadlar”a və “Böyük ustad”a itaət ən əhəmiyyətli şərtlərdən idi. Bu, Tampliyer əsasnaməsində, “Ustad ya da onun səlahiyyətləndirdiyi adam əmr etsə, sanki Allahdan gələn əmr kimi dərhal yerinə yetirilməlidir” şəklində ifadə edilirdi.
Paltarları da özlərinə xas idi. Zirehlərinin üzərinə, qırmızı rəngli böyük xaç işlənmiş, uzun ağ paltar geyərdilər. Beləcə getdikləri hər yerdə ayırd edilə bilirdilər. Məbədçilərin simvollarından olan qırmızı xaçı onlara verən, Saint Bernardın yetişdirdiyi Papa III Eugene idi.
Hər şey təriqətin malı idi. Bir məbədçinin fərdi mal varlığı yox idi. Atlar, gəmilər, silahlar, fermalar, məhsullar, qalalar və hər cür mal varlığının hamısının sahibi təriqət idi.
Bu tarixi təşkilatın diqqət çəkici digər bəzi qaydaları isə bunlar idi: Evlənmək, ailə sahibi olmaq və qohumlarla ünsiyyət qurmaq qadağan idi. Kimsənin özünə aid xüsusi həyatı ola bilməzdi. (John J. Robinson, Born in Blood: The Lost Secrets of Freemasonry, New York, M. Evans & Company, 1989.) Yeməklərini toplu şəkildə yeyərdilər. Məbəd cəngavərlərinin möhüründə, eyni ata minmiş iki adam olaraq təsvir edildiyi kimi ikili qruplar halında gəzərdilər. Bu iki cəngavər hər şeyi ortaq istifadə edər, eyni qabdan yemək yeyərdi. Bir-birlərinə “qardaşım” şəklində xitab edərdilər. Hər cəngavərin üç at və bir xidmətçi saxlama haqqı vardı. Qaydaları tapdalayanlar və ya laqeyd görülənlər ağır şəkildə cəzalandırılardılar.
Məbədçilər üç əsas sinifə ayrılardı. İlk sinifdə “zadəgan” cəngavərlər və müxtəlif rütbəli əsgərlər yer alırdı. İkinci sinif din adamlarından, üçüncüsü isə xidmətçilərdən meydana gələrdi.
Fərdi baxım və təmizlik etməyi hörmətdən salan və utanc verici olaraq qiymətləndirərdilər. Bu səbəblə nadir olaraq yuyunar, tozlu və çirkli paltarlarla, istinin və zirehin təsiriylə tərləmiş, murdar bir halda gəzərdilər.
Tarixi qaynaqlara görə məbədçilər yaxşı dənizçilər idi. Müqəddəs torpaqlarda qaldıqları müddət boyunca Yəhudi və Ərəb qaynaqlarından həndəsə və riyaziyyat kimi elmləri öyrənmişlər, xəritələr əldə etmişlərdi. Bu sayədə, Avropa və Afrika sahillərini gəzmələrinin yanaşı uzaq dənizlərə də səyahət etmə imkanı tapdılar.

