Məbədçilər təşkilatı qısa müddət sonra yeni iştiraklarla sürətlə böyüməyə başladı. 1120-ci ildə Foulgues Angers, 1125-ci ildə Champagne Qrafı Hugo Təriqət Cəngavəri oldular. Təriqətin sirli havası və mistik təlimi bir çox avropalı “zadəgan”ın marağına səbəb olmuşdu. Bu inkişaf, təriqətin 1128-ci ildəki Troyes Şurasında Papalıq tərəfindən rəsmi olaraq tanınması ilə daha da sürət qazandı. (Finke, Papsttum und Untergang des Tempelordens; Henry D. Funk, “The Trial Of The Knights Templar”, The Builder, 1916.)
Məbədçilərin Roma Kilsəsi tərəfindən rəsmi olaraq tanınması Türk masonlarının ən böyük nəşr orqanı “Memar Sinan” jurnalında belə izah edilər:
“Bu dini təsdiqi reallaşdırmaq üzrə, təriqətin öndəri böyük ustad Hugues de Payens beş cəngavərlə birlikdə gedər Papa II Honoriusu ziyarət edər. Qüds patriarxının və Kral II Baudoinin məktublarını təqdim edər; Tampliyerlərin vəzifələrini, xidmətlərini və faydalarını izah edər. 13 yanvar 1128-ci il tarixdə Troyesdə mövzunun müzakirəsi üçün məclis toplanar. Məclisə çox sayda yüksək din vəzifəlisi ilə bərabər xüsusilə Citeaux bas rahibi Etienne Harding və Clairvaux baş rahibi Saint Bernard da qatılar. Böyük ustad, məclislərə Tampliyer təşkilatını yenidən təqdim edər. Qane olan Troyes Konsili, İsanın Kasıb Cəngavərləri adıyla dini cəngavərlik təriqətinin qurulmasına və nizamnaməsinin Saint Bernard tərəfindən hazırlanmasına qərar verər. Beləcə Tampliyer təriqəti rəsmi olaraq qurular.” (Teoman Bıyıkoğlu, “Tampliyeler ve Hürmasonlar”, Mimar Sinan, 1997, sayı 106.)
Məbədçilərin həm təşkilatlanmasında, həm də irəliləməsində ən çox qatqısı olan adam Saint Bernard idi. Saint Bernard (1090-1153) hələ 25 yaşında Clairvaux monastırının baş rahibi olmuş, Katolik kilsəsi içərisində yüksəlmiş, xristian dünyasının natiqləri arasında yerini almışdı, hətta Fransa kralı ilə Papaya sözü keçər vəziyyətə gəlmişdi. Bunu da əlavə etmək lazımdır ki, Saint Bernard, məbədçilər təşkilatının qurucularından Andrew de Montbardın əmisi oğlu idi. Məbəd cəngavərlərinin nizamnaməsini, öz mənsubu olduğu Sistersiyen məzhəbinin qanun və qaydaları istiqamətində qələmə aldı. Digər bir ifadə ilə məbədçilər onun təyin etdiyi qanunları özlərinə rəhbər etdilər. Ancaq bunu xüsusilə ifadə etmək lazımdır ki, bunların bir hissəsi yalnız kağız üzərində qaldı, həyata keçirilmədi. Məbədçilər kilsə tərəfindən qadağan edilən işləri etməkdən çəkinmədilər.
Bernard böyük ehtimalla aldadılmış, bilməyərək məbədçilərin murdar işlərinə alət olmuşdu. Necə ki, məbədçilərə dəstək vermək üçün yazdığı “De Laude Novae Militae”də (“Yeni cəngavərliyə tərif”), “Böyük ustad” Hugues de Payensin özündən belə bir şey yazmasını üç dəfə istədiyini xüsusilə vurğulamışdı. (Alan Butler, Stephen Dafoe, The Templar Continuum, Templar Books, Belleville-Ontario, 1999, səh. 55.) Yəni məbədçilər onun yaxşı niyyətindən, xristian Avropasındakı inam və etibarından faydalanaraq böyük çıxarlar təmin etmişdi. Çünki o sırada Bernard, “Christendom” yəni “Xristianlıq”da papadan sonra ən nüfuzlu insan idi.
Bernardın dəstəyinin nə qədər təsirli olduğu bir qaynaqda belə ifadə edilir:
“Bernardın sənədi, “De Laude Novae Militae” (Yeni cəngavərliyə tərif), Christendomun bir ucundan digər ucuna qasırğa kimi keçdi, dərhal ardından məbədçi əsgərlərin sayı artdı. Eyni zamanda Avropanın kralları və baronlarından bəxşişlər, hədiyyələr məbədçilərin qapısına mütəmadi olaraq gəlirdi. Heyrətverici sürətlə, doqquz cəngavərdən ibarət olan kiçik qrup, Məbədçilər şirkətinə çevrildi.” (Alan Butler, Stephen Dafoe, The Templar Continuum, Templar Books, Belleville-Ontario, 1999, səh. 55.)
Qısacası onun sayəsində məbədçilər bənzəri görülməmiş imtiyazlara sahib oldular; digər dini təriqətlərə yad olan imtiyazlar əldə etdilər. Bu mövzudakı araşdırmalarıyla tanınan Alan Butler və Stephen Dafoenin ifadəsiylə, “Orta əsrlərin ən müvəffəqiyyətli əsgəri, ticari və maliyyə təşkilatlarından biri” oldular. Müqəddəs Torpaqlardan Avropaya qədər hər yerdə “əfsanə” olaraq dildən-dilə gəzməyə başladılar. Təşkilat qısa zaman dilimində, doqquz cəngavərdən yaxşı təhsilli on minlərlə işçiyə və böyük sərmayəyə sahib nəhəng şirkətə çevrildi: “Yeni üzvlər, pul və ərazi təklifləri hər yerdən axmağa başladı. Qısa zamanda tikilən bir çox qala, ferma və kilsə, Məbəd cəngavərləri və xidmətçiləri tərəfindən istifadə edildi. Məbədçilər gəmiləri təchiz etdilər, həm ticarət, həm də döyüş gəmiləri donanması meydana gətirdilər. Zamanla dövrlərinin ən tanınmış döyüşçüləri, səyyahları, bankirləri və maliyyəçiləri oldular.” (Alan Butler, Stephen Dafoe, The Templar Continuum, Templar Books, Belleville-Ontario, 1999, səh. 9.)
Həqiqətən də təriqət tam muxtariyyət qazanmışdı. Krallara, imperatorlara, ya da yepiskoplara qarşı məsul deyildirlər. Yalnız Papaya qarşı məsuliyyətləri vardı. Zənginlikləri gündən günə artmağa başlamışdı. Qurulduqları gündən, Əkkanın məğlubiyyətinə qədər Müqəddəs Torpaqlarda çox böyük güc qazandılar. Avropadan Fələstinə gələn xristian hacıların və yüklərin rotası tamamilə bu təriqətin idarəsində idi. Amma bunlar belə məbədçilərin ümumi fəaliyyətlərinin içində çox kiçik bir hissəsini meydana gətirirdi.
“İsanın yoxsul əsgərləri” olma iddiasıyla ortaya çıxmışlardı. Halbuki heç bir şey, gerçəklərdən bu qədər uzaq ola bilməzdi. Məbədçilər arasında Avropanın ən zəngin insanlarını, Paris və Londonun məşhur bankirlərini görmək mümkün idi. Champagne qrafı Hugh, Blanche of Castile, Alphonso de Poitiers, Robert of Artois kimi. Araqon kralı I Ceyms və Napoli kralı I Charlesin maliyyə nazirləri, Fransa kralı VII Luisin baş müşaviri məbədçi idi. (Gmelin, Die Tempelherren; Henry D. Funk, “The Trial Of The Knights Templar”, The Builder, 1916.)
1147-ci ilə gəldikdə yalnız Qüdsdə 700 cəngavər, 2400 xidmətli və o dövrdə bilinən dünyanın bütün əhəmiyyətli nöqtələrinə yayılmış 3468 ədəd qəsr vardı. Həm dənizdə, həm quruda əhəmiyyətli ticarət yolları və mərkəzləri meydana gətirməklə kifayətlənməmiş, bir çox döyüşə qatılaraq qənimətlər və Avropa dövlətləri arasında siyasi güc əldə etmişlərdi. Dövlət içində dövlət görünüşü verən məbədçilər o qədər güclü idilər ki, anlaşılmazlıqlarda və ya krallar arasındakı qarşıdurmalarda belə hakim olaraq vəzifə almışlar.
13-cü əsrdə 20 mini cəngavər olmaq üzrə cəmi 160 min məbədçi olduğu təxmin edilir. Əlbəttə o günün şərtlərində bu böyük bir rəqəmdir.
İngilis yazıçılar Baigent, Leigh və Linkolnun “The Temple and the Lodge” (Məbəd və Loja) adlı kitablarında da ifadə edildiyi kimi, fəaliyyət sahələri çox geniş idi; xristian Avropasında qarışmadıqları heç bir iş yox idi. Magna Cartanın imzalanmasındakı rolları buna bir nümunə olaraq verilə bilər.
Çox böyük sərvət yığmağı bacarmışlardı. Qərbin yalnız ən böyük əsgəri gücü olmaqla qalmırlar, eyni zamanda ən təsirli bankirləri olaraq da gözə dəyirdilər. Həmçinin baş kilsələr tikdirir, beynəlxalq əlaqələrdə vasitəçilik edirlər, hətta bütün saraylarda kamerger vəzifələrini boynuna götürürdülər.

