Max Planck (Nobel mükafatlı fizik)

Kainat necə var oldu?

Yaşadığımız ucsuz-bucaqsız kainat necə var olub?
Bu kainatdakı müvazinət, ahəng və nizam necə meydana gəlib?
Yaşadığımız Yer kürəsi bizim həyatımız üçün necə bu qədər uyğun sığınacaq olub?

Məhz bu suallar tarixin başlanğıcından etibarən insanların diqqətini çəkib. Bu sualları ağılla təhlil edən elm adamları və mütəfəkkirlər daima bu nəticəyə gəliblər: kainatdakı bu nizam bütün kainata hakim olan üstün bir Yaradanın – Allahın varlığının dəlillərindən biridir.

Ağıl, vicdan və dəlillərlə gəldiyimiz bu nəticə tamamilə doğrudur. Allah 14 əsr əvvəl Peyğəmbərimizə (səv) vəhy etdiyi insanlara yolgöstərən Quranda bu həqiqəti bildirir. Allah Quranda kainatı yoxdan yaratdığını və müəyyən məqsəd üçün nizamladığını, kainatdakı bütün sistemi və müvazinətləri insan həyatı üçün var etdiyini xəbər verir.
Allah ayələrində insanı bu mühüm həqiqət üzərində düşünməyə belə çağırır:

Sizin yaradılışınız çətindir, yoxsa göyün? O, onu qurdu, onun qübbəsini yüksəltdi və düzəldib kamilləşdirdi, gecəsini qaranlıq edib, səhərini də (nurlandırdı). Sonra yeri döşəyib düzəltdi. (Naziat surəsi, 27-30)

Bundan əlavə, Allah kainatdakı üstün sistem və müvazinətləri insan üçün yaratdığını bildirir və insana dərk edərək bunlar üzərində düşünməyə və ibrət götürməyə çağırır:

O, gecəni və gündüzü, Günəşi və Ayı sizə ram etdi. Ulduzlar da Onun əmrinə boyun əymişdir. Doğrudan da, bunda ağılla düşünənlər üçün ibrətlər vardır! (Nəhl surəsi, 12)

Qurandakı digər ayədə isə uca Allah belə buyurur:

O, gecəni gündüzə, gündüzü də gecəyə qatır. O, günəşi və ayı ram etmişdir. Onların hər biri müəyyən olunmuş vaxtadək hərəkət edir. Bu sizin Rəbbiniz olan Allahdır. Mülk Onundur. Sizin Ondan başqa yalvardıqlarınız xurma çəyirdəyinin pərdəsinə belə sahib deyillər. (Fatir surəsi, 13)

Quranda xəbər verilən bu həqiqət müasir astronomiyanın banisi olan bir çox tanınmış elm adamı tərəfindən də qəbul edilmişdir. Qaliley, Kepler, Nyuton kimi dühalar kainatın, Günəş sisteminin quruluşunu, fiziki qanunları və müvazinətləri kəşf etdikcə bütün bunların Allah tərəfindən yaradıldığını anlayıblar.