Mavi qanadlı balıq yaradılış möcüzəsidir

Balıq dərisi suda niyə korlanmır?

İnsan suyun içində müəyyən müddət qaldıqda dərisi zədələnir və bu müddət artdıqca dərisində əmələ gələn büzüşmələr artır. Halbuki, balıqlar daima suyun içində olmalarına baxmayaraq, heç zərər görmürlər. Üst dərilərindəki bərk parlaq təbəqə sayəsində suyun balığın dərisinə daxil olması və dərisinə mənfi təsir etməsinin qarşısı alınır.

Balıqların üst dərisində keratinə (dərinin alt təbəqələrindəki yaşlı hüceyrələrin ölməsi və yerlərini gənc hüceyrələrə verməsi nəticəsində əmələ gələn bərk, möhkəm maddə) bənzər təbəqə də var. Bu təbəqə suyun bədənə daxil olmasına mane olaraq balığın bədənindəki daxili təzyiq ilə xarici mühitin təzyiqini tarazlayır. Əgər bu təbəqə olmasaydı, içəriyə daxil olan su balığın bədənindəki təzyiqin müvazinətini pozardı. Bu da balığın ölümü ilə nəticələnərdi. Çünki balıqların sudakı hərəkətini asanlaşdıran bir çox sistem var və bunlardan biri olmadan digəri işə yaramaz, ona görə də sistemin bir hissəsindəki çatışmazlıq canlının ölümünə səbəb olur.

Balıq dərsinin hansı funksiyaları var?

Balıqların bir çoxunun bədənini örtən möhkəm dəri alt və üst təbəqələrdən ibarətdir. Üst dərinin tərkibində selik ifraz edən vəzlər var. Selik sürüşkən və ya yapışqan quruluşa malik olub balığın su içində hərəkəti zamanı sürtünməni ən aşağı səviyyəyə endirir. Bu sürüşkənliyə görə, balıq həm daha sürətlə hərəkət edir, həm də düşmənlərinin balığı tutması çətinləşir. Seliyin başqa xüsusiyyəti isə balığı xəstəlik törədən mikroorqanizmlərdən qorumaqdır.

Təkamül nəzəriyyəsi bircə balıqda belə yaradılış xüsusiyyətlərini açıqlaya bilmir

Selikdə sürüşkən, yapışqan və eyni zamanda, mirkob öldürücü xüsusiyyətlərin olması balıq üçün zəruridir. Bütün bu şərtlərin nəhəng kimya müəssisələrində deyil, balığın dərisinin altındakı bir neçə millimetrlik təbəqədə hasil edilməsi canlıları bütün ehtiyaclarını təmin edən xüsusiyyətlərlə birlikdə yaradan Rəbbimizin varlığının dəlillərindəndir.

Darvinizm canlı varlıqlardakı hər cür möhtəşəm sistem qarşısında süqut edir. Yer üzündəki bütün balıq növləri yuxarıda sadalanan xüsusiyyətlərin hamısına malikdir. Balıqlar milyonlarla ildir heç dəyişmədən daima bu mükəmməl xüsusiyyətlərə malik olublar. Bunu milyonlarla il əvvəl yaşamış balıqların dövrümüzə gəlib çatmış qalıqlarında görmək mümkündür. Dövrümüzdə əldə edilmiş 350 milyondan artıq fosil qalığı bizə milyonlarla dəniz canlısından nümunə verir. Bunların tarixi təqribən 540 milyon il əvvəlki Kembri partlayışına qədər gedib çatır. Bu qalıqların böyük əksəriyyəti dəniz canlılarının milyonlarla il əvvəl də dövrümüzdəkilərlə eyni olduğunu, yəni heç bir dəyişiklik keçirmədiyini göstərir. Bu, o deməkdir ki, balıqlar təkamül keçirməmiş, mükəmməl formada yaradılmışlar. Rəbbimizin üstün güc və qüvvəti Quran ayələrində belə bildirilir:

… Göylərdə və yerdə nə varsa, hamısı Ona məxsusdur, hamısı Onun itaətindədir! Göyləri və yeri icad edən  Odur. Bir işin yaranmasını istədiyi zaman, ona  yalnız: “Ol!” –deyər, o da olar.  (Bəqərə surəsi, 116-117)