Materialistlər insan ruhunu necə izah edirlər?

Materializm insan şüurunu açıqlaya bilməz

Hər şeyin maddədən ibarət olduğunu zənn edən materialistlər, insan ruhunu və şüurunu heç bir şəkildə açıqlaya bilməzlər. Bilindiyi kimi, yer üzündə insan bədəni də daxil olmaqla hər şeyin kökü atomlardır. Yəni canlı-cansız bütün varlıqlar atomların fərqli şəkillərdə bir yerə gəlməsiylə meydana gələrlər. Materialistlərin ən sıxışdıqları nöqtələrdən biri budur.

İnsan şüurlu, iradə sahibi, düşünə bilən, danışa bilən, ağıllı, qərar verə bilən, mühakimə edə bilən bir varlıqdır. Belə bir varlığın, materialistlərin iddia etdiyi kimi özbaşına təsadüflərlə, şüursuz atomların nəzarətsiz bir yerə gələrək ortaya çıxmış olması qeyri-mümkündür. Düşünə bilməyən, ağlını istifadə etməyən, qərar ala bilməyən atomların ani bir qərarla bir yerə gəlib insan ruhunu meydana gətirmələri mümkün deyil. Bu səbəbdən, materialistlərin insanın sahib olduğu ruh ilə əlaqədar hər hansı bir izahları da yoxdur.