Hər şeyin maddədən ibarət olduğunu zənn edən materialistlər insan ruhunu və şüurunu heç bir şəkildə izah edə bilmirlər. Bildiyimiz kimi, insan bədəni də daxil olmaqla hər şey atomlardan ibarətdir. Yəni canlı-cansız bütün varlıqlar atomların fərqli formalarda bir araya gəlməsi ilə yaranırlar. Məhz, materialistlərin ən çox çətinliyə düşdükləri məqamlardan biri budur.
İnsan şüurlu, iradə sahibi olan, düşünə, danışa, dərk edə, qərar verə və mühakimə yürüdə bilən bir varlıqdır. Belə bir varlığın, materialistlərin iddia etdiyi kimi, nəzarətsiz təsadüflərlə, şüursuz atomların öz-özünə bir araya gəlməsi nəticəsində ortaya çıxması qeyri-mümkündür. Düşünə bilməyən, dərk etməyən, qərar qəbul edə bilməyən atomların ani bir qərarla bir araya gəlib insan ruhunu formalaşdırmaları mümkün deyil. Buna görə də materialistlərin insanın sahib olduğu ruhla bağlı hər hansı bir izahı da yoxdur. (

