Masonların dinə qarşı mübarizəsi

Kitabın əvvəlki hissələrində araşdırdığımız kimi, masonluq, dinə və dini təşkilatlara qarşı cəbhə alan bir ənənənin nümayəndəsidir. Məbəd cəngavərləri, xristianlıqdan çıxdıqdan və azğın bir təlimə qapıldıqdan sonra xristianlarla tarixi mübarizə içinə girmişdir. Avropada əsrlər boyunca dinə qarşı icra edilən mübarizədə, liderliyi Məbədçilərin varisi olan masonlar etmişdir. Türkiyədə də masonluq, pozitiv və materialist fikirləri kütlələrə təlqin edən və dindarlara qarşı düşmənliyi qızışdıran bir təşkilat olaraq fəaliyyət görmüşdür.

Türk masonlarının öz mətnlərinə baxdığımızda, dinə qarşı olan bu qəribə düşmənçiliklərinin və bundan qaynaqlanan hərəkət planlarının ifadələri ilə qarşılaşarıq. Məsələn “Mason Mahfili”nin yayımlarındakı bir ifadədə, “mədrəsələr və minarələr yıxılmadıqca, yəni sxolastik düşüncələr, doqmatiq inanışlar ortadan qalxmadıqca, fikirlərdəki əsarət, vicdanlardakı iztirab qalxmayacaq” deyilir. (Ülkü Müht. Mahfili 1952-1953, illəri çalışma Rehb. Rap., Süha Selçuk nəşriyyat) Dini təşkilatların masonları nə qədər narahat etdisə, Ustadı əzəm Haydar Əli Kermenin aşağıdakı ifadələrindən aydın olacaq:

Necə ki, Milli Məclisdə, heç münasibət görmədiyi halda məscidin sıralarından yüksələn azan səsi “mən yaşayıram, ölmədim, ölməyəcəyəm” deyən onun “essela”sından başqa bir şeydirmi?… Məmləkət ziyalılarının qulaqlarını cırmaqlayan bu səs, hamımızın xəbərdarlıq və bəsirət vəzifəsini xəbərdarlıq edən bir xatırlatmadır. (Büyük Üstad Haydar Ali Kermen Hatırası Broşürü, Birlik Tek:. Muh:. Mahfili Yayını, sayı 1, səh. 10)

Görüldüyü kimi azan səsi masonların “qulaqlarını cırmaqlayır” və onlarla masonik vəzifələrini xatırladan bir xəbərdarlıq kimi qəbul edilir. “Mən ölmədim, ölməyəcəyəm” deyən dinin susdurulmasını masonlar ən böyük vəzifə olaraq qəbul etmişlər.

Masonlar din əxlaqının yaşanmasına maneə törətmək üçün müxtəlif üsullar istifadə edərlər. İcma mərkəzləri və ya kənd institutları kimi təşkilatlar bu üsulların yalnız biridir. Bir başqa üsul, masonların idarəsindəki media quruluşları yoluyla dinə və dini dəyərlərə qarşı icra edilən əleyhinə təbliğatdır.

Mason yazıçıların kitabları bir başqa əhəmiyyətli üsuldur. Abdullah Cövdət ilə başlayan bu ənənə, Cümhuriyyət dövründə Cəmil Səna Onqun və ya Orxan Hançerlioğlu kimi ən üst dərəcələrə çatmış Ustad masonlar tərəfindən davam etdirilmişdir. Cəmil Səna Onqunun “Hz. Məhəmmədin fəlsəfəsi” adlı kitabında, İslamın (tənzih edərik) guya Peyğəmbərimiz (s.ə.v)-in bir icadı olduğu iddiası üstü bağlı, amma çox israrlı şəkildə dilə gətirilər. Böyük ustad Orxan Hançerlioğlu isə, “Ümumi elmi lüğət”, “İslam inancları lüğəti” kimi, bir çox universitetdə qaynaq olaraq tədris olan kitablarında yenə ateist və dinsiz təbliğat icra etmiş, dindarlara qarşı əsassız günahlandırma və böhtanlar dilə gətirmişdir. Bu kimi mason nəzəriyyəçilər, ateizmi və materialist fəlsəfəni “elm” zənn edən, dinsiz bir dünya görüşünə sahib olaraq “qabaqcıl” olduqlarını sanan, Darvinin təkamül nəzəriyyəsinə sanki bir din kimi inanan və bütün bu cəhalətliyin içində yaşayarkən də özünü çox ağıllı və mədəni sanan fərdlər yetişdirmişlər.

Masonluq Türk millətini bu şəkildə inanclarından qoparmağa çalışarkən, dindarlara qarşı da böyük təzyiq siyasəti təşkil etmişdir. Bir loja kitabçasında yazılı olan aşağıdakı ifadə, bu mövzuda olduqca açıqlayıcıdır:

Cəmiyyətimizdə İslam mədəniyyətindən qalma və onu mədəniyyətə bağlamağa çalışan gizli qüvvələr vardır. Bunun varlığını qəbul etməkdən qaçmaq lazımdır. Amma onu əzəcək tədbirləri düşünmək və tətbiq etmək əsas şərtdir. (Bilgi Locası Neşriyatı, sayı 1, Kürtüncü Matbaası, Ankara, səh. 74)

Dindarları əzməyə istiqamətli bu “masonik tədbirlər”; keçmiş əsrdə Şehbenderzadə Filibəli Əhməd Həmdi, İskilipli Atif hoca, Bədiüzzaman Səid Nursi, Süleyman Helmi Tunahan kimi böyük İslam alimlərinə edilən təzyiqlərin də pərdə arxasını meydana gətirir. Bədiüzzaman Səid Nursinin əsərlərində bu gerçəyə həsr olunmuş olan bəzi qisimlər də vardır. Bədiüzzaman, Nur Risalələrinin dəyişik yerlərində, masonluğun dinə qarşı olan düşmənliklərini belə vurğular:

İndi aydın oldu ki, millət, vətən və İslamiyyətə ən dəhşətli zərər verən kommunistlik, masonluq və dinsizlikdir. (Beyanat ve Tenvirler, səh. 77)

Çünki masonluq, kommunistlik, dinsizlik birbaşa anarxistliyi doğurar. Və bu dəhşətli vəziyyətə qarşı ancaq və ancaq Həqiqəti Quraniyyə ətrafında Ittihadi İslam dura bilər. (Beyanat ve Tenvirler, səh. 21)

Bir başqa yerdə Bədiüzzaman, masonların din düşmənliyini bu şəkildə ifadə edir:

Min illik müsəlman Türkün mənəvi bağlarını qoparıb onu başqa bir yola sürümək istəyən bir qrup belə deyir: “Biz artıq Allahı həyat məqsədi olaraq tanımayacağıq. Biz bir məqsəd yaratdıq; o məqsəd Allah deyil bəşəriyyətdir.” (Son Şahitler, səh. 272)

Mason ayinlərini araşdırdığımızda Bədiüzzamanın diqqət çəkdiyi “biz artıq Allahı həyat məqsədi olaraq tanımayacağıq. Biz bir məqsəd yaratdıq; O məqsəd Allah deyil bəşəriyyətdir” ifadəsinin, 1923-cü ildə nəşr olunan “Meşriki Əzəm İctimai Zabıtları” adlı masonik jurnalda nəşr olunduğu görülür. Yəni, Bədiüzzamanın “Türkün mənəvi bağlarını qoparıb onu başqa bir yola sürümək istəyən qrup” deyərkən nəzərdə tutduğu kəslər, “dünyəvi humanizm” dininə inanan masonlardır.

Bədiüzzaman, Risalə-i Nurda masonların özünə olan xüsusi düşmənliklərini də ifadə etmişdir. Bu böyük alimə edilən haqsız təzyiq və zülmlərdə masonların böyük rolu vardır:

Burada bir gündə çəkdiyim çətinlik və əzabı, Əskişəhərdə bir ayda çəkməzdim. Dəhşətli masonlar, insafsız bir masonu mənə müsəllət etmişlər, ta ki hiddətimdən və işgəncələrinə qarşı “artıq yetər” deməmdən bir bəhanə tapıb, zalımanə təcavüzlərinə bir səbəb göstərərək yalanlarını gizləsinlər. (Şualar, səh. 262)

Bədiüzzamanın həyatını izah edən “Son şahidlər” adlı kitabda, bu böyük İslam aliminə qarşı masonların çəkdirdiyi çətinlik və əziyyətlər izah edilir. Bədiüzzamanın öz ağzından masonların günahsız yerə özünü həbsə atdırdığı bildirilir.

Bədiüzzaman özünə aid günahlandırmaları cavablandırdığı “On dördüncü Şüada” da masonların düşmənliyini bir daha ortaya qoyur. Məhkəmənin Bədiüzzamanın gizli düşmənləri olduğunu rədd etməsinə qarşılıq, Bədiüzzaman bu iddianın səhv olduğunu, kommunistlərin və masonların özünə böyük düşmənlik bəslədiklərini ifadə edər. Bununla yanaşı, Bədiüzzaman, Nur Risalələrində öz vəzifəsinin yalnız Allahın varlığını izah etmək və dinsizlik axınına qarşı imanı qorumaq olduğunu bildirmişdir. Bir məktubunda bu vəziyyəti açıq şəkildə izah edir. Hadisələr detallı şəkildə araşdırıldığında, özünə əziyyət edən və geniş ölçüdə hakim olan gücün masonluq və kommunist ideologiya olduğunu bu sözləriylə ortaya qoyar:

Mən də beş on gün içində üç dəfə siyasət dünyasına baxdım. Müdafiəmdə dediyim kimi masonlar və kommunistlər hesabına işləyən ikiüzlü cərəyan, təzyiq və rüşvət istifadə edərək bizi belə işgəncələrlə əzməyə çalışmış. İndi o qüvvəti qıracaq başqa bir cərəyanın bu vətəndə təzahürə başladığını gördüm. Çox baxmaq peşəmə görə icazəm olmadığından daha baxa bilmədim. (Emirdağ Lahikası, səh. 15)

Öz vəzifəsinin, dinsizliyə qarşı yerinə yetirilməsi lazım olan üç böyük vəzifədən biri olan imanı təhqiqi qurtarmaq olduğunu və dinsizliklə, masonluqla edilən mübarizənin daha sonra tam olaraq hədəfinə çatacağını izah edən Bədiüzzaman, tələbələrinə bu məşhur sözünü söyləmişdir: “Ümidvar olun, bu gələcək inkılabatı içərisində ən yüksək və gur səda İslamın sədası olacaq.” (www.saidnur.com/hayat4.htm)

İslamın “ən yüksək və gur səda” olmasından narahat olan masonlar isə, Bədiüzzaman dövründən bu yana din əleyhinə təbliğatı və dindarlara qarşı təzyiq siyasətini davam etdirirlər. Təşkilat, 14-cü əsr Avropasında Məbəd cəngavərləri tərəfindən başladılmış olan “dinə qarşı mübarizə”nin bütün dünyada olduğu kimi Türkiyədə də icra edir.

Məbədçi-mason təşkilatlanmasının bir başqa əhəmiyyətli istiqaməti isə, daha əvvəlki hissələrdə araşdırdığımız kimi, siyasi və iqtisadi mənfəətlərə istiqamətli qeyri-qanuni fəaliyyətlərdir. Türkiyədəki masonluq, bu mövzuda da xarici qardaşlarıyla uyğunluq içindədir.