Mason qaynaqlarında məbədçi etirafları

Əvvəlki hissədə də gördüyümüz kimi məbədçilər inkvizisiya cəzası almamaq üçün özlərini gizləmiş bunun üçün müxtəlif təriqətlərə və təşkilatlara sızmışlar. Təriqət mənsubları bu məqsədə ən uyğun yol olaraq masonluğa sızmış, ələ keçirmiş, öz fəlsəfə, inanc və ayinlərini masonluğa qəbul etdirmişlər. Əslində məbədçilər eyni zamanda bir mason yəni divar ustası olaraq illər boyunca təhsil almış, qotik sənətin ən əhəmiyyətli nümunələrindən olan, böyük qalalar və kilsələr tikmişlər. Buna görə onsuz da praktik olaraq inşaat işi üçün təşkilatlanmış olan mason lojalarına sızmaq və ya onları nəzarət etmək, məbədçilər üçün heç də çətin olmamışdır. Masonlar tərəfindən qələmə alınan təməl əsərlərdə bu tarixi birliyin simvolik xüsusiyyətlərinə daha çox yer verilərkən, masonluğun məbədçilərdən miras aldığı qaranlıq xüsusiyyətlər daha geri planda tutulur. Bir qaynaqda belə keçir:

“Tampliyerlər ilə masonluq arasındakı konkret əlaqəni gücləndirən bir dəlil də, Böyük ustadın Abak adı verilən əsasıdır. Bu əsa, hz. Harunun canlı əsasının simvoludur. Əsanın toppuzu məbəd şəklindədir; gövdəsində, müəyyən uzunluq ölçüləri işarələnilmişdir. Əsa, inşaatçılıq, daha doğrusu tamamilə masonluq simvoludur.

Tampliyerlər və masonlar, gərək Qüds və gərəksə Fransada iç-içə yaşamışlar. Bundan ötəri gizli istiqamətdən bir-birlərini təsir etmiş olmalıdırlar. Qüdsün Xaçlılar tərəfindən alınmasından sonra ortaya çıxan arxitektura üslub araşdırıldığında, Avropadakı ilk planlı kilsə inşaatlarının bu tarixlərdən sonra başladığı və Qotik tərzinə keçildiyi aydın olur.

Tampliyer Böyük ustadının eyni zamanda mason Böyük ustadı olmasıyla birlikdə, operativ masonluq tərzindən spekulyativ masonluğa doğru da tədrici keçid başlamışdır. Onsuz da inşaat işlərinin planlanması kimi işlərlə məşğul olan Cistercien rahiblərinin də mason lojası üzvü olmaları, din adamı (və ya keşiş) mason tipinin nümunəsidir, bununla yanaşı, Parisdə digər peşələrin bir mərkəzi olmasına qarşı, masonların ayrı bir mərkəzinin olmaması və masonların mərkəz olaraq Tampliyerlərlə eyni məkanları istifadə etmələri, iki təşkilat arasındakı yaxınlığı şərhi baxımından diqqət çəkicidir. Papanın fərmanı ilə 1312-ci ildə ləğv edilən Tampliyer təriqəti ilə birlikdə masonların sərbəst hərəkət haqları da qaldırılmışdır. Bu səbəblə Fransadakı masonların Almaniyaya qaçması ilə bu ölkədəki Qotik arxitektura üslubu birdən-birə zirvəyə çıxmışdır. Fransadan qaça bilən Tampliyer cəngavərlərinin sığındıqları operativ mason lojaları da zamanla spekulyativ masonik tərzə çevrilmişdir. Necə ki, 1390-cı ildə yazıldığı qəbul edilən ilk masonik əlyazması Regiusun nəzm tərzindəki dili yanında, loja yığıncaqlarında Lordlardan, Leydilərdən bəhs edilməsi, hələ o tarixlərdə belə masonluğun spekulyativ bir xüsusiyyət qazandığını göstərir. Əslində, insanlıq tarixi qədər köhnə olan masonluğun 1390-cu il tarixli Regiusdan daha əvvələ aid bir nizamnaməsinin olmaması da diqqət çəkicidir. Ancaq, arxitekturanın və inşaatçılığın bəzi irəli məlumatlara ehtiyacı olduğu bir gerçəkdir. Bu üst səviyyə məlumatların işin əhli olmayanların əlinə keçməsini önləmək istəyən peşə mütəxəssisi, qaydaları heç bir zaman yazıya keçirmək istəməmişlər. Bu üsul texniki olaraq bir şərh ola bilər. Ancaq, öz qaydalarının belə yazılı olmamasının səbəbi, yenə özləri kimi sirr saxlayan bir təriqətin içində yaşamaları ola bilər. Masonlar, bu təriqətin içində, ləğv edilənə qədər, sirləri ilə birlikdə güvən içində qalmışlar. Ancaq, təriqət ləğv edildikdən sonra bəzi sirlər yavaş-yavaş su üstünə çıxmağa başlamışdır. Tampliyerlərin qaydaları eyni zamanda masonların da qaydalarıdır… Yuxarıda qısaca şərhə etməyə çalışdığımız kimi, iki yüz il bir yerdə və iç-içə yaşayan Tampliyer təriqəti və masonluq təşkilatı bir-birlərini diqqətə çarpan ölçüdə təsir etmişlər. Hətta, təşkilatlarının ayinləri sanki Tampliyerlərdən alınmış deyiləcək qədər bənzərdir. Beləliklə, masonların özlərini böyük ölçüdə Tampliyerlərlə qaynaşdırdıqları və əslində xüsusi kimi görünən masonik gizliliyi içində əhəmiyyətli ölçülərdə Tampliyer mirası olduğu ifadə edilə bilər. Xülasə olaraq, araşdırmanın başlığında ifadə edildiyi kimi, masonik kralı sənət və təşəbbüs-məxfilik xəttin başlanğıc nöqtəsi Tampliyerlərin, son nöqtəsi də azad masonlar olaraq qəbul edilə bilər”

Masonlara aid başqa bir sənəddə məbədçi-mason əlaqəsi dəyişik bucaqlardan vurğulanır:

“Le Forestier, məsələni yaxından izləmişdir və gəldiyi nəticə, bu gün üçün, münaqişə aparmaz kimi görünür. Məbədçiləri masonluğun əcdadı vəziyyətinə gətirən ilk sənəd, 1760-cı il tarixli Strasbourg əl yazması olub, ledün elminə meylləndiklərini heç də gizlətmirlər. Bu sənəd əfsanənin əsasını təsis edir, yəni, təriqət sirlərinin Jacques de Molaydan müasir masonluğa qədər intiqal edişini təsbit edir. Le Forestierə görə, Alman Rose-Croixlərinin təsiri şübhəsizdir, lakin “bunların, masonik ənənəyə və sirrə, gizlilik və xüsusilə bir bağlılıq ətf etmək surətiylə, yeni bir təfsir formasını tapmaqdan başqa məqsədləri olmamışdır”. Buna müqabil, məbəd davamlılığı, dövrün ekosizminə müəyyən məntiq gətirirdi: “Bu davamlılıq, eyni zamanda… onda əskik olan tarixi silsiləni və o zamana qədər onda mövcud olmayan əlaqəli nizamı gətirirdi.”

Bu nümunələrdən də aydın olacağı kimi, məbədçilər, ortadan ləğv olmamış, əksinə, ətalətli və gücsüz mason lojalarına girmiş, Qızılgül-Xaç təşkilatını qurmuş, təşkilatlandırmış, güc qazandırmış, öz məqsədlərinə xidmət edən qorxunc silah halına gətirmişlər. Məbədçilər, masonluğun bir parçası və ya bir istiqaməti deyil, həmçinin masonların iddia etdiyi kimi, “masonluq bir az da məbədçilikdən təsirlənmiş” də deyil. Masonluq, simvollarıyla, tarixi ilə, məqsədləri ilə, fərqli ada sahib Məbədçi yuvası olmuşdur. Masonluq tarixinin Hz. Süleyman Məbədinə bağlanması, təməl simvol olan Hiram Usta və bənnalıq peşəsini, Kabbalaya söykənən mistik simvolların istifadəsi, cəngavər təşkilatlanmasının eynilə adaptasiyası, mərasim, and içək, geyim, dərəcələndirmə qaydalarının məbədçilərin nizamnaməsinə görə hazırlanması, və daha saysız dəlil, məbədçi-mason eyniliyini sübut edir.

Təriqət üzvləri, daha əvvəl də ifadə etdiyimiz kimi, dövrün işçi sexlərinə sızmaq mövzusunda heç çətinlik yaşamamışlar. Hətta İngiltərə, Portuqaliya, Almaniya kimi ölkələrdə, qısa müddətdə bu quruluşları ələ keçirərək fərqli şəklə salmışlar, həm mükəmməl bir kamuflyaja, həm də öz məqsədləri istiqamətində dəyişdirməyi və yeni, güclü təşkilata sahib olmuşlar.