Peyğəmbərimizlə birlikdə olan səhabələrin hamısı üstün əxlaqı və fədakarlığı ilə nümunəvi müsəlmanlardır. Ancaq Suffa Səhabələri olaraq bilinən səhabələr, həyatının hər 24 saatını Allaha həsr etmiş, heç evlənməmiş, ailə, uşaq, mal-mülk, vəzifə dərdində əsla olmamış, daim Peyğəmbərimizin yanında olaraq şəxsən Rəsulullah tərəfindən öyrədilmişdir:
Məscidi Nəbəvinin şimal hissəsinə sonradan əlavə olunan Suffa adlı yerdə qalan, evlənməyən, tayfa və qohumları olmayan, ticarətlə məşğul olmayan, bütün vaxtını yalnız Allah rizası üçün keçirən və ömrünü Peyğəmbərimizdən elm almağa həsr edən səhabəyə verilən addır. Bütün həyatını Allah yolunda həsr etmişdilər. Ailələrindən uzaq, dünya işləri ilə maraqlanmayan davamlı Quran öyrənən və Peyğəmbərimizin dərslərini dinləyərək yetişən bu mübarək insanlar, müsəlman olan qəbilələrə Quranı öyrətmək üçün göndərilərdilər. Sayları 400-500-ə qədər idi. Mədəniyyət ordusu olaraq tanınırdılar.
Peyğəmbərimiz onların təhsili ilə yaxından maraqlanardı.
Tam mənası ilə Allah yolunda özlərini həsr etmiş olan bu seçkin səhabələr, Peyğəmbərin heç bir nəsihətini, heç bir xitabını qaçırmazdılar. Daim orada hazır olar, irşad edilən xitabları və öyüdləri əzbərləyib digər səhabələrə də nəql edərdilər. Bu ayənin Suffa Səhabələri haqqında nazil olduğu da rəvayət edilmişdir.
(Verəcəyiniz sədəqələr,) özünü Allah yoluna həsr edən və buna görə də yer üzündə (qazanc üçün) hərəkət edə bilməyən yoxsullara məxsusdur. Həyalı olduqlarına görə bilməyənlər onları zəngin hesab edərlər. Onları üzlərindən tanıyarsan. Onlar insanlardan israrla bir şey istəməzlər. İnfaq etdiyiniz hər bir xeyri (sədəqəni) şübhəsiz ki, Allah bilir. (Bəqərə surəsi, 273)
Hz. Mehdinin tələbələri də, inşaAllah, Suffa Səhabələri kimi həyatının hər anını Allah yolunda keçirəcək, Hz. Mehdinin yanından heç ayrılmayacaq, şəxsən Hz. Mehdinin hikmətli təhsili ilə öyrədiləcək, təzyiqlərdən, çətinliklərdən əsla qorxmayacaqlar. Və inşallah Hz. Mehdi ilə birlikdə Quran əxlaqının bütün dünyaya hakim olması üçün var gücləri ilə çalışacaqlar.

