Quranın bir çox ayəsində insanların Allahın yaratdıqları üzərində düşünmələrinin vacib olduğu bildirilmişdir. İnsanlar göyün və yerin yaradılışı, meyvələr, bitkilər, dənizlər, heyvanlar, öz bədənləri qısaca desək, ətrafda gördükləri hər şey üzərində düşünməyə dəvət edilmişdir.
“Onlar ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı xatırlayar, göylərin və yerin yaradılması haqqında düşünərlər (və belə deyərlər:) “Ey Rəbbimiz! Sən bunları boş yerə yaratmamısan. Sən pak və müqəddəssən! Bizi cəhənnəm əzabından qoru!” (Ali İmran surəsi, 191)
Quranda elm təşviq edilir və elmin Allahın sənətini öyrənmə yollarından biri olduğu xəbər verilir. Elm və texnologiyanın inkişaf etdiyi və insanların yeni məlumatlara yiyələnməsinin asan olduğu bu əsrdə məlumatların elmi tapıntılarla və dəlillərlə dəstəklənməsi imanın təmin edilməsində əhəmiyyətli vasitədir.
“Biz dəlillərimizi onlara həm kainatda, həm də onların özlərində mütləq göstərəcəyik” (Fussilət surəsi, 53)
Belə hesab edilir ki, dünyada İslamın yayılmaması Quran və hədislərin izah edilməməsi ilə bağlıdır. Halbuki hidayət üçün iman həqiqəti lazımdır.

