Mafiya və Məbəd Cəngavərləri

Bir ölkədəki masonik fəaliyyətləri anlamaq üçün istifadə edilə biləcək araşdırma üsullarından biri, digər ölkələrdə ortaya çıxmış olan masonik fəaliyyətlərlə müqayisə etməkdir. Masonluq beynəlxalq bir təşkilat olduğu və hər ölkədə eyni sistemə sahib olduğu üçün, bir ölkədə ortaya çıxan “masonik qalmaqal” digərləri üçün də aydınlatıcı ola bilər.

İtalyan masonlarının mafiya ilə olan yaxın əlaqələri, bu “aydınlatıcı” gerçəklərdən biridir. P2 mason lojası qalmaqalı və ardından edilən digər bəzi istintaqlar, ölkədəki mason lojaları ilə mafiyanın bir çox istiqamətdən iç-içə olduğunu göstərmişdir. İtaliyada 1990-cı illərə damğasını vuran və mafiya təşkilatlanmasının böyük ölçüdə təmizlənməsiylə nəticələnən məşhur “Təmiz əllər əməliyyatı” çərçivəsində də, masonluq ilə mafiya arasındakı əhəmiyyətli əlaqələr bir daha sübut edilmişdir. İtaliyadakı mafiya təşkilatlanması haqqında istintaq icra edən İtalyan Parlamentinin əlaqədar komissiyası (Commissione Parlamentare Antimafia) masonluq ilə mafiya arasındakı əlaqəni 1993-cü il tarixli bir hesabatda belə açıqlamışdır:

Cosa Nostra (Mafiya) ilə bəzi rəsmi vəzifəlilər və xüsusi sektordakı professionallar arasındakı əlaqələrin qurulduğu və icra edildiyi ən fundamental kanal masonluqdur. Masonluq əlaqəsi, (mafiya ilə rəsmi vəzifəlilər arasındakı) əlaqənin daimi və orqanik şəkildə icra edilməsini təmin edir. Masonların mafiya mənsublarını öz aralarına, həm də ən üst dərəcələrə qədər qəbul etmələri, təsadüfü və ya istisnasız bir vəziyyət deyil, strateji bir seçimdir… Masonluq təşkilatları, mafiyaya öz güclərini yaymaq üçün çox əhəmiyyətli bir vasitə meydana gətirir və hər sahədə üstünlüklər və imtiyazlar əldə etmələrini təmin edir. (Commissione Parlamentare d’inchiesta sul fenomeno della mafia e sulle altre associazioni criminali similari, Relazione sui Rapporti tra Mafia e Politica, səh. 59, Roma, 1993)

Yaxşı bəs, İtaliya ilə mədəni, tarixi və sosioloji bənzərliklər daşıyan Türkiyədə görəsən vəziyyət nədir? Masonluq ilə mafiya arasındakı əlaqə, Türkiyə üçün də keçərlidir?

Bu suala cavab verən bəzi açıqlamalar son illərdə rəsmi ağızlar tərəfindən dilə gətirilmişdir. Məsələn TBMM Susurluq Komissiyası üzvlərindən millət vəkili Heyrəddin Dilekcan etdikləri araşdırmalar nəticəsində əldə etdikləri məlumatlar işığında bu şərhi etmişdir:

“…İtaliyada P2 lojası vardı. Türkiyədə İtaliyadakı P2 lojası kimi bir hadisənin olduğunu artıq rahatlıqla söyləyə bilərik… Mövcud vəziyyəti mafiya olaraq təbir etmək hadisəni kiçik hesab etmək olar. P2 lojasını sadə bir mafiya olaraq qiymətləndirə bilməzsiniz. Türkiyədə loja hakimiyyəti mövcuddur. Türkiyədə bəziləri bir yerə gəlmək istəyirsə bu lojalarda qərar verilir. Bu lojaları Türkiyə aşa bilmədiyi müddətcə həll etməmiz uzun zaman alacaq deməkdir… P2 lojasına baxdığımız zaman Baş naziri və nazirləri təyin edən bir mövqeyə çatmış… Türkiyədə partiya ümumi başçılarının təyin olunması mövzusunda belə təsirli olmuşlar, artıq geri qalanını siz təxmin edin.” (Selam gazetesi, Gündem “Susurlukta ikinci bölüm”, Cevdet Kılıçlar, 30 avqust-5 sentyabr 1998)

Eyni şəkildə, Susurluq Komissiyasının spikeri olan millət vəkili Bedri İncetahtacı da, etdiyi bir şərhdə “mafiya” olaraq təyin olunan təşkilatlanmanın masonluqla olan əlaqəsinə diqqət çəkmişdir:

Keçən il “Qladio” adıyla İtaliyada ortaya çıxan “Dərin dövlət” adını verdiyimiz təşkilat ilə (arxasından mason lojaları çıxmışdır, İtaliyadakının) Türkiyədəki indi adını tam olaraq qoya bilmədiyimiz, amma yalnız etdiklərindən anladığımız və varlığından xəbərdar olduğumuz təşkilat arasında çox böyük bənzərlik olduğunu bilirik…” (Milli gazete, Mustafa Yılmaz, 24 sentyabr 1997)

Qısacası, Türkiyədəki sui-istifadə hadisələrinin üzərinə gedən millət vəkilləri, bu kompleks hadisələrin ardından mason lojalarının olduğuna dair güclü dəlillər əldə etmiş və bunu ifadə etmiş vəziyyətdədirlər.

Həqiqətən də Türkiyədəki sui-istifadələrin, haqsızlıqların, günahsız insanlara qarşı edilən təzyiqlərin ardında müasir Məbəd cəngavərlərinin, yəni masonların böyük rolu vardır. Bunlar, ölkəmizi öz siyasi və iqtisadi mənfəətlərinə görə yönləndirməyə çalışır, bunun üçün hər cür çirkli və qaranlıq üsulu istifadə edirlər. Dindarlara, xüsusilə də masonik fəlsəfəyə qarşı çıxaraq dini müdafiə edənlərə qarşı hər cür təzyiq, böhtan, qaralama üsulunu istifadə edirlər.

Bu səbəblə Türkiyəni sevən, Türk millətinin milli və mənəvi dəyərlərinə inanan, inanc sahibi hər insanın “Məbəd cəngavərləri”nin təsirinə qarşı olması lazımdır. Bu din əleyhinə mənfəət mərkəzinə qarşı həm fəlsəfi, həm də hüquqi mübarizə icra edilməli, bu mərkəzin təhriklərinə qarşı da çox oyanıq olunmalıdır.

İnanırıq ki, bu fikri mübarizə müvəffəqiyyətə çatacaq və Türkiyə, milli və mənəvi dəyərlərinə bağlı, müasir və güclü bir dövlət olaraq önümüzdəki 21-ci əsrə damğasını vuracaq.