Maddənin “əsli ilə təmasda olmamaq” nə deməkdir?

Dünya ilə əlaqədar bütün məlumatlarımız bizə beş duyğu vasitəsi ilə çatır. Yəni biz gözümüzün gördüyü, əlimizin toxunduğu, burnumuzun iylədiyi, dilimizin daddığı, qulağımızın eşitdiyi dünyanı tanıyırıq.

Ancaq bu gün bir çox elm sahəsində aparılan tədqiqatlar, hisslərimizin yalnız elektrik siqnallarının beynimizdə yaratdığı təsir olduğunu söyləyir. Buna görə xarici dünyadakı insanların, rənglərin, sahib olduğumuz hər şeyin yalnız beynimizə çatan surəti ilə təmasda oluruq.

Məsələn, bir meyvəni düşünək: Meyvənin dadı, qoxusu, görünüşü, sərtliyi ilə əlaqədar elektrik siqnalları sinirlərimiz vasitəsi ilə beynimizə çatır və orada meyvəni meydana gətirir. Əgər beyinə çatan siqnallarda bir fasilə olsa, meyvə ilə bağlı hisslər də ortadan qeyb olar. Buradan da anlayırıq ki, bizim meyvə olaraq qəbul etdiyimiz şey, əslində beynimizə çatan hisslərin toplusudur.

Meyvə xaricdə vardır, ancaq biz meyvənin xaricdəki halını heç vaxt bilə bilmərik. Yəni, bu “hisslər toplusu”nun xaricimizdə var olan əsli ilə heç bir şəkildə təmasda ola bilmərik. Çünki heç vaxt beynimizin xaricinə çıxma, bu hisslərdən başqa bir şeylə təmasda olma imkanımız yoxdur.