Maddənin “əsli ilə təmasda olmamaq” nə deməkdir?

Dünya haqqında bütün məlumatlar bizə beş duyğu orqanımız vasitəsilə çatır. Yəni, gözlərimizin gördüyü, əllərimizin toxunduğu, burnumuzun iylədiyi, dilimizin daddığı və qulaqlarımızın eşitdiyi bir dünyanı tanıyırıq. Lakin bu gün bir çox elm sahəsində aparılan tədqiqatlar hisslərimizin yalnız elektrik siqnallarının beynimizdə yaratdığı təsirlər olduğunu bildirir. Buna görə xarici dünyadakı insanların, rənglərin, sahib olduğumuz hər şeyin yalnız beynimizə çatan surəti ilə təmasda oluruq.

Məsələn, bir meyvəni düşünək: Meyvənin dadı, qoxusu, görünüşü, sərtliyi ilə əlaqədar elektrik siqnalları sinirlərimiz vasitəsiylə beynimizə çatar və orada meyvəni meydana gətirər. Əgər beyinə çatan siqnallarda bir fasilə olsa, meyvə ilə bağlı hisslər də yox olar. Buradan da anlayırıq ki, bizim meyvə olaraq qəbul etdiyimiz şey, əslində beynimizə çatan hisslərin toplusudur. Meyvə xaricdə vardır, ancaq biz meyvənin xaricdəki halını heç bir zaman bilmərik. Yəni, bu “hisslər toplusu” nun xaricimizdə var olan əsli ilə heç bir şəkildə təmasda ola bilmərik. Çünki beynimizin xaricinə heç vaxt çıxa bilmərik, bu hisslərdən başqa heç bir şeylə təmasda ola bilmərik.