Ölüyə Quran oxunmaz

Çoxluq həqiqət ölçüsü deyil

İnsanları ən çox yanıldan mövzulardan biri “çoxluğun” etdiklərinin doğru olduğuna inanmalarıdır. Bir insan doğruları düşünərək tapmaq əvəzinə həmişə ətrafındakı insanların öyrətdiklərini qəbul etməyə yönələr. Çox vaxt özünə ilk öncə qəribə gələn şeyləri digər insanların normal qarşıladıqlarını görər və bir müddət sonra özü də bunları mənimsəməyə başlayar.

Məsələn, ətrafındakı insanların çox böyük bir qismi bir gün öləcəyini düşünməz. Hətta ölümü xatırlamamaq üçün bir adamın belə bu mövzu barəsində danışmasına izin verməzlər. Bunu görən insan da ətrafına baxar; “hər kəs belə olduğuna görə mən də belə hərəkət etsəm bir problem olmaz” deyər və ölümü heç ağlına gətirmədən yaşamağa başlayar. Halbuki ətrafındakı hər insan Allah qorxusuyla hərəkət etsə və axirət həyatı üçün ciddi bir səy göstərsə, böyük ehtimal ki, bu adam da öz rəftarını dəyişdirəcək.

Bundan əlavə hər gün televiziyada, jurnallarda yüzlərlə fəlakət, haqsızlıq, ədalətsizlik, zülm, intihar, cinayət, oğurluq, fırıldaqçılıq hallarına aid xəbərlər oxunur, köməyə möhtac olan minlərlə insandan bəhs edilir. Ancaq bir çox insan bu xəbərləri oxuyub qəzetin səhifələrini könül rahatlığı ilə çevirir. Ümumiyyətlə insanlar bu tərz xəbərlərin niyə bu qədər çox olduğu, bunların qarşısını almaq üçün nələr edilməsi, nə kimi tədbirlər görülməsinin lazım olduğu, hətta özlərinin bu mövzuda nələr edə biləcəklərini düşünməzlər. Çünki ətraflarındakı digər insanların böyük bir hissəsi də bunları düşünməz. Çox insan “dünyanı qurtarmaq mənəmi qaldı?” məntiqi çərçivəsində məsuliyyəti başqalarının boynuna atar.

blank