Lut qövmündəki münafiqlər

Keçmişdəki münafiqlərin həyatı dövrümüzdəki münafiqlərin maraqlandıqları mövzular, tərzləri

Keçmişdəki münafiqlərin həyatı dövrümüzdəki münafiqlərin maraqlandıqları mövzular, tərzləri, xarakterləri, davranışları böyük eynilik təşkil edir. Dolayısilə dövrümüzdəki münafiqləri yaxşı müəyyənləşdirə bilmək üçün, keçmiş münafiqlərə baxmaq, onların vəziyyətini də araşdırmaq lazımdır. Məhz şiddətli azğınlıq və Allahın bütöv bir qövmə əzab verməsinin səbəbi olan “homoseksuallığın qanuniləşdirilməsində, genişləndirilməsində və normal qarşılanmasında, münafiqlərin də rolunun böyük olduğu”, Qurandakı keçmiş qövmlərin hekayələrində qeyd edilir.

Tarixdə “homoseksuallıq” deyildikdə ilk ağla gələn, əlbəttə ki, “Lut qövmü”dür. Allah bu həqiqəti Quranda belə bildirir: “Bir zaman Lut qövmünə belə demişdi: “Sizdən əvvəl bəşər əhlindən heç kəsin etmədiyi həyasız-çirkinliyi mi edirsiniz?” Ayənin ifadəsindən göründüyü kimi, Lut qövmündən əvvəl homoseksuallıq heç bir qövmdə görülməmişdir. Bu, Allahın bəyənmədiyi şiddətli azğınlıqdır. Lut qövmündə homoseksuallıq geniş yayılmışdı və bu qövm hz. Lutun xəbərdarlığına baxmayaraq, bu azğın hərəkətlərindən imtina etmədikləri və azğınlıqlarına davam etdikləri üçün həlak edilmişdir. Quranda hz. Lutun, bu homoseksual azğın dəstəni xəbərdar edib doğru yola dəvət etdiyi belə xəbər verilib:

“Doğrudanmı siz insanlar içində ancaq kişilərlə yaxınlıq edir və Rəbbinizin sizin üçün yaratdığı qadınlarınızı tərk edirsiniz? Siz, həqiqətən də, həddi aşan adamlarsınız”. (Şuəra surəsi, 165-166)

“Siz, qadınları qoyub şəhvətlə kişilərin yanına gedirsiniz. Həqiqətən, siz, həddi aşmış adamlarsınız”. (Əraf surəsi, 81)

Homoseksuallığı qanuni hesab edib tətbiq edənlərə, açıqca Allahın qoyduğu həddi aşırlar. Çünki Allah Quranda bu azğınlığı “haram etmişdir”. Lakin Lut qövmü “azğın qövm”dür. Bu hərəkətlərindən imtina etmədikləri kimi, özlərini doğru yola dəvət edən, həqiqətləri açıqlayıb, etdiklərinin səhv olduğunu söyləyən peyğəmbərlərini yurdundan sürgün etməklə təhdid ediblər:

Onlar dedilər: “Ey Lut! Əgər təbliğatına son qoymasan, mütləq qovulanlardan olacaqsan!” (Şuəra surəsi, 167)

Onların bu azğınlıqlarına və təhdidlərinə baxmayaraq, hz. Lut qətiyyətlə onları xəbərdar etməyə davam etmişdir:

O dedi: “Mən sizin əməllərinizə nifrət edənlərdənəm. Ey Rəbbim! Məni və ailəmi onların tutduqları işdən xilas et!” (Şuəra surəsi, 168-169)

Lut Peyğəmbərin bu reaksiyası, homoseksuallığın heç vaxt qəbul edilə bilməz, haram hərəkət olmasındandır. Əlbəttə, bunu da qeyd etmək lazımdır ki, “homoseksuallığa qarşı olmaq; heç vaxt bu insanlara feli surətdə zərər verilməsini qanuni hesab etmək mənasını verməz”. Sadəcə, insanları bu azğınlığa qarşı xəbərdar etmək, onlara doğrunu başa salmaq və bu əxlaqsızlığın cəmiyyətə yayılmasına mane olmaqdır.

Homoseksuallıq Quranda açıqca bildirildiyi kimi, “çirkin həyasızlıqdır”. Belə azğınlığın cəmiyyətdə yayılmasına mane olmaq bütün müsəlmanların məsuliyyətidir. İman edənlər bu vəziyyətə tamaşaçı qalmamalıdır. Bu əxlaqsızlığın təbliğatının edilməsinə göz yummamalı, reklamı etdirilməməli, insanlar bu əxlaqsızlığa təşviq edilməməlidir. Şüursuzca bu azğınlığa dəstək verməmələri və belə əxlaqsızlığa meyl göstərməmələri üçün, cahil və məlumatsız insanlar Quranla öyrədilməlidir.

Lut qövmünün homoseksuallıq məsələsindəki bu azğınlıqları və bunun nəticəsində də kütləvi şəkildə həlak olmaları, demək olar ki, hər kəs tərəfindən bilinir. Lakin bu pozğunluğun genişləndirilməsində o “dövrün münafiqlərinin oynadığı rol” çox vaxt diqqətdən yayınar. Halbuki münafiqlərin bu təhlükəli cəhətinin bütün müsəlmanlar tərəfindən çox yaxşı bilinməsi olduqca əhəmiyyətlidir. Çünki münafiqlər tarixin başlanğıcından bəri, bütün peyğəmbərlərin dövründə hansı oyun və hiyləgər üsullarla ortaya çıxdılarsa, indiki vaxtda da şeytanın eyni sistemini davam etdirəcəklər. Dolayısilə Quranda bildirilən münafiq xarakterinə dair hər təfərrüat, bütün müsəlmanlar üçün çox əhəmiyyətli və yolgöstəricidir.

Bir Quran ayəsində; “Allahın özlərinə qəzəbləndiyi qövmü vəli (dost və müttəfiq) tutanları görmədinmi?…” (Mücadilə surəsi, 14) sözləriylə, münafiqlərin “Allahın bəyənmədiyi, haram etdiyi hərəkətləri edən insanlarla dostluq əlaqəsi qurduqlarına” diqqət çəkilmişdir. Məhz hz. Lut dövründə də bu ayə təcəlli etmiş, Peyğəmbərin yanında olan münafiqlər, Lut qövmündəki homoseksuallara gizlincə dəstək vermişlər. Bu azğın insanların iyrəncliklərini rahatlıqla yaşaya bilmələri üçün, onlara “məlumat ötürmüş” və onları gücləndirə bilmək üçün əllərindən gələni etmişlər.

Lakin nəticə münafiqlərin əleyhinə olmuş; özlərini çox hiyləgər və ağıllı zənn edən Lut qövmü münafiqləri Allahın əzabı ilə qarşılıq almışlar. Həmçinin beləliklə Allah onları, hiyləgərcəsinə müsəlmanları aldatdıqlarını düşünən bütün münafiq dəstəsi üçündə ibrət etmişdir.

Ən birinci münafiq şeytandır. Ümumiyyətlə şizofreniyalı ruhu vardır; yəni homoseksual və şizofreniyalı xarakteri göstərir. Məsələn, Lut qövmünə gələn də şeytandır. Homosesksual olaraq gəlmişdir və oradakı qövmü pozmuşdur. Onlara da homoseksuallığı bulaşdırmışdır. O dövrə qədər tarixdə heç bir qövm bilmirdi belə bir azğınlığı. Lut qövmü homoseksuallığın nə olduğunu bilmirdi. İlk dəfə onlara öyrədən “şeytan”dır. İnsan formasında gəlmişdir. Onları o şəkildə yönləndirmişdir. Mələklər gəldikdə, hətta münafiqlər mələklərin də üstünə gedirlər. Şeytan təhrik edir onları mələklərə yönəlmələri üçün. Sonunda Allah yeri alt-üst edir, həlak edir bu qövmü. Oradakı günah homoseksuallıqdır. Lut qövmünün darmadağın edilməsinin səbəbi budur; homoseksual azğınlıq.